Icma.az
close
up
RU
3 addımla 45 kilo arıqladı: “İstədiyinizi yeyərək arıqlamaq mümkündür”

3 addımla 45 kilo arıqladı: “İstədiyinizi yeyərək arıqlamaq mümkündür”

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Arıqlamaq prosesi çox vaxt çətin və yorucu görünə bilər. Lakin düzgün plan və şüurlu addımlarla istənilən məqsədə çatmaq mümkündür. 28 yaşlı Benji Xavier də bunun canlı sübutudur. O, 45 kilo arıqlayıb və bu dəfə qazandığı nəticəni qalıcı saxlamağı da bacarıb.

Milli.Az xəbər verir ki, Xavier deyir ki, məktəb illərində arıqlasa da, bu onu xoşbəxt etməyib. Sərt pəhrizlərə əməl etdiyi dövrdə yeməklərlə sağlam olmayan münasibət qurduğunu bildirir: "Daim yeyə bilmədiyim şeylər haqqında düşünürdüm. Özümə qadağa qoyanda daha çox yemək istəyirdim."

O, illər sonra arıqlamağa yenidən qərar verib - bu dəfə özünü məhrum etmədən. 2021-ci ilin avqustunda alış-veriş zamanı geyinə biləcəyi ölçüdə paltar tapmadıqda, həyatında dəyişiklik etməyə qərar verib.

Arıqlamaqda kömək edən 3 əsas addım
Yeməkləri əvvəlcədən hazırlamaq

Xavier deyir ki, sağlam yeməklərə asanlıqla çıxışının olması ona çox kömək edib. Əvvəllər acanda tez bir fast food sifariş edirmiş, bu da arıqlama prosesinə mane olurmuş. "Fast food çox kalorilidir, arıqlamaq istəyən biri üçün təhlükəlidir," - deyə o, qeyd edir.

İndi isə o, həftəsonları marketə gedir, bazar günü isə bütün həftəlik yeməklərini hazırlayır. "Səhərlər yeməyimi bişirib günlər boyu yeyə biləcəyim şəkildə hazırlayıram," Xavier deyib.

Böyük həcmli, az kalorili yeməklər seçmək

Arıqlamaq üçün yandırdığınız kaloridən az yemək lazımdır. Amma bu, ac qalmaq mənasına gəlmir. Xavier "həcmli yemək" üsulunu tətbiq edib: çox, amma az kalorili qidalar. "Az kalori qəbul edərək çox yeyirsiniz," - deyir əlavə edib.

Məsələn, qəlyanaltı olaraq partlamış qarğıdalı yeyir, çünki həm doyurucu, həm də az kalorilidir. Dondurmanı da menyusundan çıxarmayıb, sadəcə az kalorili versiyalarını seçib.

Kaloriləri içkilərlə qəbul etməmək

Xavier, qidalarına yer saxlamaq üçün içkilərdən alınan kalorilərdən uzaq durur. Şirin qazlı içkilərin çox kalorili və qida dəyəri aşağı olduğunu vurğulayır.
Məsələn, bir qutu kolada 240 kalori olur - bu da gündəlik ehtiyacın təxminən 10 faizinə bərabərdir. "Bəzən bu qaydanı pozuram, amma ümumilikdə içkilərdən kalori almamaq çox kömək edir," - Xavier deyir.

Xavier indi 3 ildir ki, arıqladığı çəkini qoruyur. Onun fikrincə, əsas sirr balansdadır:

"Özünüzü ac qoymadan, sevdiyiniz yeməklərin sağlam versiyalarını yeyərək də arıqlamaq mümkündür."

Lalə Qüdrətova
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 30 Oktyabr 2025 07:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see717

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see557

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see554

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see320

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see314

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see308

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see277

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see273

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see269

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see263

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see262

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see262

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see261

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see260

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see257

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see235

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see215

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see210

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see206

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri