Icma.az
close
up
RU
Stereotipləri qırdı: Çips yeyərək arıqladı, 48 kilo verdi

Stereotipləri qırdı: Çips yeyərək arıqladı, 48 kilo verdi

Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ-də yaşayan 40 yaşlı Keya Vinqfild arıqlama prosesində nə "Ozempic" kimi dərmanlardan, nə də digər tibbi dəstək vasitələrindən istifadə edib. Ən maraqlısı isə, bu müddətdə cips yeməyi dayandırmayıb, amma buna baxmayaraq düz 48 kilo arıqlamağı bacarıb. İndi o, öz brendinə sahibdir və uğurunun sirrini New York Post-a danışıb.

Milli.Az xəbər verir ki, Keya bildirib ki, köklük problemi uşaq yaşlarından başlayıb: "Doğulandan bəri kök idim. Hətta ailəm məni '4 kilolu körpə' adlandırırdı. Bu mənim üçün yeni bir məsələ deyildi, ömür boyu bu problemlə yaşamışam."

30 yaşlarına çatanda artıq sağlamlığını nəzarətə almağın vacibliyini anlayıb. O vaxta qədər kələm şorbası, aralıqlı oruc, az kalorili detokslar kimi saysız-hesabsız pəhrizlər sınasa da, nəticələr uzunmüddətli olmayıb.

Keya iki dəfə hamiləlik keçirib və bu dövrdə təxminən 30 kilo alıb. Lakin ikinci doğuşdan sonra həyatında böyük bir faciə yaşanıb - oğlu doğuşdan bir ay sonra vəfat edib. Bu hadisə onu həm mənəvi, həm də fiziki cəhətdən sarsıdıb: "O dövrdə özümü buraxdım. Yeməyə sığındım. Həyatım nəzarətdən çıxdı."

Amma onu həyata bağlayan səbəb qızı olub. Bir gün səhər qızının üzünə baxarkən qərar verib: "Kızım sağlam və xoşbəxt bir anaya layiqdir. Buna görə dəyişməliydim. Özüm üçün deyil, onun üçün söz verdim."

O vaxt GLP-1 tipli arıqlama dərmanları (məsələn, Ozempic) hələ geniş yayılmamışdı. Keya bu yola tamamilə təbii üsullarla çıxıb. O, əvvəlcə qan şəkərini izləməyə başlayıb və hansı qidaların şəkəri yüksəltdiyini öyrənib.

Hər yeməkdən sonra qısa gəzintilər etməklə bədəninin insulin səviyyəsini tənzimləməyi bacarıb.

Uzun illərdir vegaterian olan Keya əvvəlcə bunun sağlamlıq demək olduğunu zənn edib. Amma qidalanması əsasən karbohidrat ağırlıqlı olub: düyü, kartof, makaron...

Yeni planla o, gündə 1500-1800 kalori qəbul etməyə başlayıb.
Səhər yeməyində qəhvə və tost, ara yeməklərdə fındıq, meyvə, yoğurt və popkorn, əsas yeməklərdə isə tərəvəz, yumurta və makaron üstünlük təşkil edib.

Keya bədənini formaya salmaq üçün ağırlıq qaldırma və boks məşqlərinə başlayıb.

"Boks həm fiziki, həm də emosional baxımdan inanılmaz bir rahatlama verdi. Hər zərbə ilə stresdən azad olurdum," - deyə o, bildirib.

Bu məşqlər sayəsində əzələlərini gücləndirib, bədəni şəkəri daha yaxşı idarə etməyə başlayıb.

Ən maraqlısı isə Keyanın arıqlama prosesində cips yeməyə davam etməsi olub.

Hətta bu vərdiş sonradan iş ideyasına çevrilib. Əri üçün hind ədviyyatları ilə müxtəlif cür kartof cipsləri hazırlayıb. Bu cipslər əvvəl ailəsinin, sonra dostlarının marağına səbəb olub.
Beləcə, o, öz adını daşıyan cips markasını yaradıb. İlk məhsulu "Bombay ədviyyatlı cips" olub və indi onun məhsulları ABŞ-nin 1400-dən çox mağazasında satılır.

"İçində protein yox, xoşbəxtlik var"

Keya, arıqlayarkən belə cipsdən imtina etmədiyini deyib: "Cipsi qatığa batıraraq yeyirəm. Bu həm daha sağlam, həm də doyumludur."

O, məhsulları barədə verilən "Protein varmı? Lif mi?" kimi suallara isə belə cavab verib:

"Xeyr, içində xoşbəxtlik var. 36 qramlıq paketdə saf sevinc gizlənib. Hər şey funksional olmalı deyil. Bəzən sadəcə sizi xoşbəxt edən bir şey yemək kifayətdir."
Lalə Qüdrətova
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 25 Oktyabr 2025 06:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see336

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see320

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see314

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see313

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see285

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see280

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see271

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see259

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see256

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see247

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see245

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see239

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see238

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see234

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see224

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see207

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see200

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see194

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see179

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri