Icma.az
close
up
RU
3 cü Dünya Müharibəsinin qapısından qayıtmaq... İsrail İran müharibəsində hər iki tərəf qazandı

3 cü Dünya Müharibəsinin qapısından qayıtmaq... İsrail İran müharibəsində hər iki tərəf qazandı

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“İsrail-İran arasında olan 12 günlük müharibə dünən atəşkəs elan edilərək, dayandırıldı. Atəşkəsdən sonra da bir-birinə raket zərbələri endirdilər. Ancaq sonra Trampın tələbi ilə bu məsələlər dayandı və İran da öz qələbəsini qeyd etdi. İsrail də qələbəsini qeyd etdi ki, “biz istəyimizə çatdıq, müharibəni udduq”. İranda İsrail və ABŞ üzərində qələbə dünən, iyunun 24-də qeyd edildi”.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Elşad Həsənov danışıb. Politoloq bildirib ki, müharibə nəticəsində İsrail tərəfindən İranda 606 nəfər öldürüldü, beş mindən çox yaralı var və nüvə obyektlərinin əksəriyyəti darmadağın edildi: “İsraildə 28 nəfər öldürüldü, 472 nəfər xəsarət aldı. İran İsrailə 550 raket atıb, mindən çox pilotsuz uçuş aparatı ilə hücum edib. Müharibədən sonra hər iki tərəf qələbə əldə etdiklərini bildirirlər”.

Elşad Həsənov

İsrail-İran müharibəsinin qalibi hansı ölkədir?

Elşad Həsənov qeyd edib ki, burada insan zəkası qələbə çaldı və bu, amansız müharibə dayandırıldı.

“Ölənlərin sayı daha çox ola bilərdi. Müharibə dayanandan sonra İran prezidenti Məsud Pezeşkian, onun ardınca da Abbas Əraqçı bildirdi ki, “biz nüvə proqramından əl çəkməyəcəyik”. Nüvə proqramı dedikdə onlar onu nəzərdə tuturlar ki, “biz uzun illərdir bu sahəyə böyük vəsait qoymuşuq və biz nüvə enerjisi əldə edəcəyik” . Ancaq kəşfiyyat məlumatları onu deməyə əsas verir ki, İran məhz nüvə silahı əldə etmək üçün ciddi işlər aparırdı. ABŞ tərəfindən bombalanan Fordo, Netanz və İsfahan nüvə obyektlərinə, eləcə də digər nüvə hazırlanan obyektlərin hamısına hücum oldu. Donald Tramp da öz sosial şəbəkəsində paylaşımlar edərək göstərir ki, onlar dəqiqliklə həmin obyektləri vurdular və darmadağın etdilər və İran 20-30 il bu məsələyə qayıda bilməyəcək. Ümumiyyətlə, İran nüvə silahı əldə edə bilməyəcək. Bunu hərtərəfli vurğulayırlar. Həm Tramp, həm də Netanyahu vurğuladı ki, "Biz öz məqsədimizə çatdıq. Bundan sonra İran nüvə silahı əldə edə bilməyəcək". Eyni zamanda da İran öz qələbəsini qeyd edir. Sevinc içində xalq meydanlara tökülür ki, “biz Amerika Birləşmiş Ştatları və İsrail üzərində qələbə çaldıq”. Əslində burada heç bir qələbədən söhbət gedə bilməz. Qələbə o zaman olur ki, səninlə müharibə aparan dövləti işğal edirsən və ona kapitulyasiya aktı bağlatdırırsan, nəticədə sənə təslim olur. Burada, bu proseslər olmadı. Ancaq İran siyasətinə, hərbi potensialına çox böyük zərbə vuruldu və İran küncə sıxılmış bir şəraitdə qaldı. Bu səbəbdən də, İran bundan sonra öz siyasətini müəyyən mənada dəyişməlidir. Yəni başa düşməlidir ki, nüvə silahı əldə etməsinə icazə verilməyəcək. Artıq İran əhalinin ağır güzəranını yaxşılaşdırmaq üçün işlər görməlidir. Elə Tramp da bunu dedi ki, dünyanın ən varlı ölkələrindən biri İrandır. Neft, qaz sənayesində İranın çox böyük önəmli ehtiyatları var və onlarla əhalinin sosial rifahını qaydasına salmaq olar. Ancaq nədənsə İran rəhbəri fars molla rejimi ancaq özləri ətraflarını varlandırmaq üçün çalışırlar. Əhali isə acınacaqlı vəziyyətdə yaşayır”-deyə politoloq bildirib.

Elşad Həsənov qeyd edib ki, 12 günlük müharibə bitdi və atəşkəs elan olundu.

“Biz də İranın qonşu ölkəsi kimi sevinirik ki, daha çox dağıntı, insan tələfatı olmadı. Müharibə davam edərdisə, Azərbaycana da bu və ya digər şəkildə ziyan dəyə bilərdi. Ona görə hesab edirəm ki, həm İran udub, həm İsrail udub, həm ABŞ udub, həm də biz udmuşuq”-deyə politoloq bildirib.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 25 İyun 2025 22:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see210

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see150

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri