Icma.az
close
up
RU
3 manata görə polisə düşdülər Bolt un sürücüsü döyüldü

3 manata görə polisə düşdülər Bolt un sürücüsü döyüldü

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Abşeron rayonunda 24 yaşlı oğlan gediş haqqı üstündə taksi sürücünə xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin fevralın 24-də Xırdalan şəhərində baş verib. 2002-ci il təvəllüdlü Valeh həmin gün saat 19 radələrində sərnişini olduğu “Toyoto Prius” markalı avtomobilin sürücüsü Sadiq (adlar şərtidir – red.) aralarında gediş haqqınna görə mübahisə yaranıb. 
Şəhərin “AAAF-Park” yaşayış massivində yerləşən məscidin yanında taksi sürücüsünə yumruqla zərbələr vurub, ona xəsarətlər yetirib. 
İş üzrə izahat verən Valeh törətdiyi əmələ görə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Xırdalan şəhəri, “AAAF-park” yaşayış kompleksində Sevda adlı qadınla qeyri-rəsmi birlikdə kirayə yaşayır, vətən müharibəsi iştirakçısıdır:
“Fevralın 24-də, saat 18 radələrində şəhərin H.Əliyev prospektində qeyri-rəsmi birlikdə yaşadığım Sevdanın qızları – Aydan və Ləmanla birlikdə yaşadığımız yaşayış kompleksində yerləşən məscidin yaxınlığına getmək üçün mobil telefonundan “Bolt” tətbiqi vasitəsilə taksi sifariş verdik. Sürücü əvvəllər tanımadığım, adı sonradan mənə məlum olan Sadiq adlı şəxs bizi “AAAF-park”da bazarın yaxınlığına aparacağını dedi. Lakin biz məscidin yanına getməli olduğumuzu söylədik”. 
Təqsirləndirilən şəxs deyib ki, qeyd olunan ünvana çatdıqda Aydan sürücünün kartına 3 manat göndərib və onlar maşından düşüblər: “Sürücü isə əlavə pul verməyimizi istədi. Həmin vaxt aramızda sözlü mübahisə yarandı. Aydan pulunu artıqlaması ilə verdiyini dedi. Bu zaman sürücü Aydanın ünvanına xoşagəlməz sözlər işlətdi. Mən isə sürücüyə getməsini dedim. Bu zaman o, məni də söydü və maşından düşərək mənə yumruq atdı. Onun atdığı yumruq sifətimə dəydi. Mən də cavab olaraq onun sifətindən bir dəfə yumruq vurdum. Bu zərbə onun sol gözünün üstünə dəydi, qaş nahiyəsi qanadı”. 
İş üzrə zərərçəkmiş Sadiqin sözlərinə görə, özünə məxsus olan avtomobillə taksi fəaliyyəti ilə məşğul olur:
“Fevralın 24-də, saat 18:46-da “Bolt” tətbiqində daxil olmuş sifariş əsasında Xırdalan şəhəri, H.Əliyev prospekti, "OMİD" mağazası yaxınlığında bir nəfər oğlan və iki nəfər qadını sərnişin qismində götürdüm və sifariş əsasında Xırdalan şəhəri, "AAAF Park" yaşayış kompleksinin girişində yerləşən bazarın yanına gətirdim. Həmin şəxslər kompleksdə yerləşən məscidin yanında düşməli olduqlarını bildirdilər. Mən isə sifarişdə qeyd edilənin göstərilən ünvan olduğunu dedim, əlavə ünvana aparmağım üçün əlavə ödəniş etməli olduqlarını bildirdim. Həmin şəxslər sürməyimi dedilər və mən də yola davam edərək onların dedikləri ünvana çatdım. Bu zaman onlar maşından düşdü və xanım sərişinlərdən biri məndən kart nömrəmi istədi. O, kartıma ilk ünvan üçün qeyd olunan 3 manat məbləği göndərdi. Mən isə əlavə ödəniş də etməli olduqlarını dedim. Lakin qadınlardan biri məni təhqir edərək getməyimi bildirdi”. 
Zərərçəkmiş qeyd edib ki, bu zaman o həmin qadına cavab verib: “Onlarla birlikdə gələn, adı sonradan mənə məlum olan Tural adlı şəxs məni söydü, yaxınlaşaraq anda sifət nahiyəmə iki dəfə yumruq zərbəsi vuraraq oradan qaçdı. Bundan sonra Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng edərək hadisə barədə məlumat verdim”.
Abşeron Rayon Məhkəməsinin hökmü ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci bəndi tətbiq edilib, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib.
Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilib.
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 20 Aprel 2026 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see551

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see499

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see378

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see318

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see270

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see249

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see241

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see222

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see216

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see212

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see204

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see202

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see198

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see192

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see191

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see185

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see184

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see180

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri