Icma.az
close
up
RU
3 mərtəbə restoranında müştəri döyüldü Pulu verməmişdi

3 mərtəbə restoranında müştəri döyüldü Pulu verməmişdi

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakının Xətai rayonunda restoranda dava olub.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonunun S.Ə.Şirvani 2B ünvanında yerləşən “3 Mərtəbə” restoranında barın qarşısında baş verib. 
Gədəbəy rayon sakini, 1999-cu il təvəllüdlü İlkin Qurbanov restoranda ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edib. O, vətəndaşların gözləri qarşısında aralarında yaranan mübahisə zamanı yumruq zərbələri ilə əvvəllər tanıdığı Elmana xəsarətlər yetirib. 
İş üzrə izahat verən İlkin bildirib ki, təxminən 2 ildir Bakı şəhərinə işləmək üçün gəlib və ailəsi ilə birlikdə yaşayır: “Ailəyə maddi kömək etmək məqsədilə “3 Mərtəbə” restoranında ofisiant işləməyə başlamışam. Orada işçilərlə münasibətim həmişə yaxşı olub. Müştərilərə qarşı mehriban davranaraq diqqətli olmuşam”.
Təqsirləndirilən şəxs deyib ki, məlum hadisədən əvvəl işdə olarkən əvvəllər tanıdığı Elman adlı şəxs yanında bir nəfər tanımadığı şəxslə restorana gəlib və ümumi zalda oturublar:
“Elman sifarişi verdi, daha sonra həmin sifarişin ödənişini etdi. Bir müddət sonra Elman yenidən 2 bakal pivə sifariş etdi və sifarişi gətirdim. Lakin restoran bağlandığı üçün masaların üstünü təmizləyərək kassanı bağlamağa getdim.
Həmin ərəfədə başım qarışıq olduğundan onlar Elman sifarişin ödənişini etmədən getdi. Daha sonra Elmanın mobil telefon nömrəsinə  zəng edib, hesabı ödəməsini xahiş etdim. Lakin o, hesabı ödədiyini, onu narahat etməməyimi tələb etdi. Ona hesab ödənilmədiyi təqdirdə həmin pulun mənim maaşımdan çıxılacağını izah etsəm də, lakin Elman məni nalayiq ifadələrlə söyərək telefonu söndürdü”. 
İlkinin ifadəsinə görə, daha sonra Elman həmin şəxslə birlikdə yenidən restorana gəlib və ümumi zalda müdiri Yavərin, digər iş yoldaşlarının yanında onu nalayiq söyüşlərlə təhqir edib:
“Buna görə də əsəbləşərək yumruqla onun sol göz nahiyəsinə bir neçə zərbə endirdim. Sonra Yavər, iş yoldaşlarım və Elmanın yanında gələn tanımadığım şəxs bizi ayırdılar”. 
Xətai Rayon Məhkəməsinin hökmü ilə İlkin 1000 manat miqdarında cərimə edilib.
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 12 İyun 2026 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see754

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see488

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see288

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see288

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see273

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see263

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see259

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see256

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see252

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see238

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see226

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see218

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see214

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see214

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see214

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see208

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see207

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see206

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see200

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri