Icma.az
close
up
RU
3 min manata kollecə qəbul üstündə mübahisə qanla bitdi Qaxdakı davanın DETALLARI

3 min manata kollecə qəbul üstündə mübahisə qanla bitdi Qaxdakı davanın DETALLARI

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Qaxda kollecə qəbul üstündə qonşusunu döyən şəxsə hökm oxunub. 

Modern.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin yanvar ayında baş verib.

Belə ki, 1993-cü il təvəllüdlü Qax sakini Fərruxun (ad şərtidir) həyat yoldaşı Sevgili texnikuma qəbul olmaq istəyib, lakin topladığı bal kifayət etməyib.

Bu zaman qonşusu Müşfiq (ad şərtidir) ona kömək edə biləcəyini bildirib və “işi yoluna qoymaq” üçün 3000 manat istəyib. Fərrux cəmi 2500 manat verə biləcəyini deyib.

Fərrux isə yalnız 2500 manat verə biləcəyini bildirib və tərəflər razılığa gəliblər. Lakin Sevgili həmin kollecə qəbul ola bilməyib, topladığı balla başqa bir kollecə daxil olub. Bundan sonra Müşfiq dəfələrlə qonşusu Fərruxdan 3000 manatın tam ödənilməsini tələb edib. Fərrux isə “sən bu işi həll etməmisən, niyə pul istəyirsən?” deyərək pulu verməkdən imtina edib.

Bu məsələ onların arasında gərginliyə səbəb olub. Hadisə günü 12 yanvar 2024-cü ildə Müşfiq binanın girişində Fərruxu saxlayaraq ona “mənim arvadımın adı hallanmasın” deyib. Bundan sonra tərəflər arasında mübahisə yaranıb. Aralarında yaranan mübahisə əlbəyaxa davaya çevrilib, Fərrux Müşfiqi təpik və yumruqla döyüb.  Ekspertizaya görə, onun alın sümüyü sınıb, baş-beyin silkələnməsi və digər zədələr qeydə alınıb. Fərrux isə məhkəmədə özünü müdafiə edərək bildirib ki, əslində Müşfiq onu boğmağa çalışıb və o, sadəcə özünü qorumaq üçün qarşı tərəfi itələyib.

Məhkəmə şahid ifadələri və ekspertiza nəticələrini araşdıraraq Fərruxu Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilib və onu həbsə göndərib. 

Məhkəmə təqsirləndirilən şəxs Fərruxu Cinayət Məcəlləsinin 126.1-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə təqsirli bilərək 4 il azadlıqdan məhrumetmə cəzası verib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 Mart 2025 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see196

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see187

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see179

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see162

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see157

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see157

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see153

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see130

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see130

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri