Icma.az
close
up
RU
Yasda gülüş üstündə QAN TÖKÜLDÜ Bakıdakı cinayətin DETALLARI

Yasda gülüş üstündə QAN TÖKÜLDÜ Bakıdakı cinayətin DETALLARI

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı Ağır Cinayətlər Məhkəməsində xalası oğlunu bıçaqlamaqda təqsirləndirilən Səid Babazadənin cinayət işi üzrə məhkəmə baxış iclası keçirilib.

Lent.az xəbər verir ki, hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Təqsirləndirilən S. Babazadə özünü təqsirli bildiyini və hadisə baş verən gün yas mərasimində olduqlarını deyib:

"Mən taksi sürücüsüyəm. Amma vaxtım olanda fala baxan atama kiçik işlərində yardım edirəm. Həmin gün martın 27-i idi, Elşadla birlikdə qohumumuzun yas mərasimində idik. Allah şeytana lənət eləsin,  gözləmədiyimiz halda gülmək tutdu, ardınca bir zarafat oldu. Elşad hamının yanında mənə acıqlandı. Camaatın içində olan bu irad mənə xoş gəlmədi. Amma söhbəti uzatmadım, evə qayıtdıq.

Mətbəxdə oturmuşdum, telefonda Elşadla danışdıq. Ona camaatın içində uşaq kimi danlanmağımın mənə xoş gəlmədiyini dedim, mübahisə etməyə başladıq. Onunla danışa-danışa, əsəbi halda stolun üstündə olan bıçağı cibimə qoydum. Elşad dedi ki, məhəlləyə gəlir. Mən çıxıb çöldə onu gözləməyə başladım. O gələn kimi tutaşmağa başladıq, qarşılıqlı bir-birimizə zərbələr endirdik. Birdən ayağımda istilik hiss elədim, əyilib baxanda ayağımı qan apardığını gördüm. Elşad bıçaqla necə vurmuşdusa, hiss eləməmişdim. Bunu görüb onu qorxutmaq üçün bıçağı çıxartdım. Süpürləşəndə necə oldu bilmirəm, onu qolundan yaraladım".

Zərərçəkmiş Elşad Bayramov Səid Babazadənin onun xalası oğlu olduğunu bildirib:

"Biz mübahisədən sonra dalaşmağa başlayanda Səid iki dəfə bıçaqla məni vurdu. Həmin an isti-isti heç nə hiss etməmişdim. Aralaşıb evə gedəndə sinəmin yandığını hiss elədim. Bıçaq yarasını o zaman gördüm. Səid mənim xalam oğludur, doğmamdır. Kimsə qəlbimə dəysə, ömürlük bağışlamaram, amma qanım ona halaldır. Biz barışmışıq, ondan şikayətim yoxdur".

Növbəti proses 18 sentyabr saat 10:40-a təyin edilib.

Xatırladaq ki, hadisə bu il martın 27-də Sabunçu rayonu ərazisində baş verib. Səid Babazadə yaxın qohumu Elşad Bayramovu aralarında yaranan mübahisə zamanı onun döş qəfəsindən bıçaqla vuraraq, sağlamlığına ağır xəsarət yetirib.

Faktla bağlı cinayət işi başlanılıb, Səid Babazadə Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunub, barəsində qətimkan tədbiri seçilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://lent.az
archiveBu xəbər 28 Avqust 2026 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see372

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see356

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see346

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see321

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see309

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see306

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see281

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see276

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see269

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see264

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see248

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see242

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see242

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see240

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see236

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see234

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see229

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see227

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see218

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri