Icma.az
close
up
RU
3 min yerin yarısı dolacaq, qalanlar isə... Ekspert boş qalan yerlərdən danışdı

3 min yerin yarısı dolacaq, qalanlar isə... Ekspert boş qalan yerlərdən danışdı

Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq.

Məlum olduğu kimi, bu il ali təhsil müəssisələrinin müsabiqəsində 88 min 756 nəfər abituriyent iştirak edib. Onlardan 57 min 236 nəfər (o cümlədən 6461 subbakalavr) ali məktəblərə qəbul olunub.


İxtisas qrupları üzrə ümumilikdə 3 min 100-dən artıq boş yer qalıb.

Boş qalan yerlərə ixtisas seçimi isə avqustun 28-dən sentyabrın 2-dək internet vasitəsilə aparılacaq.

Bəs, niyə bu il ixtisas qrupları üzrə məhz 3 min yer boş qaldı? Məgər, ali təhsil almaq istəyənlərin sayı azalıb, yoxsa bu plan yerləri sonradan dolacaq?

Əgər dolacaqsa, tam dolacaq, yoxsa yenə boş yerlər qalacaq?

Məsələyə münasibət bildirən təhsil eksperti Elçin Əfəndi AZXEBER.COM-a açıqlamasında bu il Ali Təhsil Müəssisələrinə qəbul olmuş abituriyentlərin statistikasını təqdim edib:

"Nəzərinizə çatdırım ki, Ali Təhsil Müəssisələrinin müsabiqəsində iştirak etmək üçün ümumilikdə 90 min üzəri müraciət daxil olmuşdu və onlardan yalnız 88756 nəfər müvafiq müsabiqə şərtlərini ixtisas qrupları üzrə ödədiyi üçün müsabiqəyə qatılmışdı. Onların içərisində 57236 nəfər Ali Təhsil Müəssisələrinə qəbul aldı. Hazırda isə müvafiq olaraq ixtisas qrupları üzrə boş qalan yerlər formalaşıb, 1-ci ixtisas qrupu üzrə 1953 yer, onlardan 895-i dövlət sifarişi üzrə qalıb. Demək olar ki, ən çox plan yeri boş qalan yer 1-ci ixtisas qrupundadır. Sonrakı sırada 2-ci ixtisas qrupu gəlir, burada 293 yer boş qalıb, dövlət sifarişi üzrə isə ümumiyyətlə yer qalmayıb. Ondan sonrakı sırada əsasən gəlir 5-ci ixtisas qrupu, burada 289 plan yeri boş qalıb, onlar da 67-i dövlət sifarişi üzrə plan yerləridir. Ondan sonrakı sırada gəlir 3-ci ixtisas qrupu, burada 243 yer qalıb, onlardan dövlət sifarişi üzrə ümumiyyətlə yer qalmayıb.

Nəhayət, sonuncu sırada dövlət ixtisas qrupu gəlir ki, burada 225 boş qalan plan yeri var, onların da hardasa 103-ü dövlət sifarişli plan yerləridir. Ümumiyyətlə, ən çox plan yeri 1-ci ixtisas qrupunda qalıb. Buna da səbəb ondan ibarətdir ki, bu il kimya alt qrupu üzrə müvafiq müsabiqə şərtlərini ödəyən abituriyent sayı olduqça az idi və əlbəttə ki, o nöqteyi-nəzərdən kimya alt qrupu üzrə daha çox plan yeri 1-ci ixtisas qrupunda qalmaqdadır. Qeyd edim ki, burada abituriyentlərin məhz müsabiqədə iştirakçı sayına baxsaq, kifayət qədər çoxluq təşkil edib, sadəcə niyə kənarda qalıblar, seçimlərin düzgün aparılmaması və yaxud da ixtisaslar üzrə bağların daha artıq formalaşması və digər amillər təsir edib ki, nəticə etibarilə də 3000-dən çox plan yerində boşluq qalır".

Təhsil mütəxəssisi qeyd edib ki, həmin 3 min yer uğrunda 30 min abituriyent mübarizə aparacaq:

"Burada təhsil almaq istəyən abituriyentlərin say azlığını bizə əsas götürə bilməliyik. Çünki dediyim kimi, 90 min üzəri abituriyent Ali Təhsil Müəssisələrinin 1-ci, 2-cü, 3-cü, 4-cü qrup üzrə təxminən 10 min nəfərdən çox da 5-ci ixtisas qrup üzrə müsabiqədə iştirak edəcəyini qeyd etmişdi. Onlardan da 88756-sı müsabiqəyə buraxılmışdı və 62 mindən çox plan yeri uğrunda 57 min nəfərdən çox şəxs qəbul oldu. Sadəcə, hazırkı vəziyyətdə belə 3000 boş yer uğrunda kifayət qədər abituriyent mübarizəyə qatıla bilər. Ümumilikdə, nəzərə alsaq ki, dolan plan yerlərinin yəni 57336-ı plan yerləri olub, müraciət edən abituriyentlərin sayı isə 31520 nəfərdir. Təsəvvür edin ki, 30520 nəfər 3 mindən çox plan yeri uğrunda mübarizə aparacaq. Burada nəzərə alsaq, təxminən o deməkdir ki, 2-ci turda hər 10 nəfərdən 1 nəfərin qəbul olmaq ehtimali var. Əlbəttə ki, 2-ci turda 3 min yerin bizim fikrimizcə, ən azı 1500-1600-ü dolacaq, yerdə qalanlar isə təəssüf olsun ki, boş olacaq".

Mikayıl Mirzəzadə
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 25 Avqust 2025 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see348

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see346

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see337

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see336

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see320

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see315

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see303

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see301

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see300

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see297

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see287

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see286

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see269

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see267

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see259

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see254

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see239

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see234

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri