Icma.az
close
up
RU
Ali məktəblərə qəbul zamanı təxminən 3 min yer boş qalacaq Ekspert həll yolu GÖSTƏRDİ

Ali məktəblərə qəbul zamanı təxminən 3 min yer boş qalacaq Ekspert həll yolu GÖSTƏRDİ

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə heyətinin rəhbəri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında bildirib ki, bu il ali məktəblərdə özəl əsaslı sifarişli yerlərin 90 faizinin dolacağı gözlənilir.

Bəs yerdə qalan 10 faiz yerlərin aqibəti necə olacaq?

Redaktor.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirdi ki, ali məktəblərdə ödənişli əsaslarla ayrılan yerlərin 90 faizinin dolacağı ilə bağlı Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri tərəfindən verilən proqnoz ilk baxışda uğurlu göstərici kimi təqdim olunsa da, əslində qalan 10 faizlik boşluq ciddi struktur problemlərini üzə çıxarır:

"Çünki bu boşluq sadəcə texniki rəqəm deyil, qəbul planlaşdırmasının qeyri-effektivliyinin, əmək bazarı ilə əlaqəsizliyin və ali təhsilin kütləviləşmə meyili fonunda keyfiyyətli idarəetmənin olmamasının nəticəsidir. Burada söhbət onlarla ixtisas üzrə minlərlə tələbə yerinin boş qalmasından, tədris resurslarının istifadəsiz qalmasından və təhsil müəssisələrinin maliyyə baxımından zərərə düşməsindən gedir.

Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 14.2-ci maddəsinə əsasən, ali təhsil müəssisələrinin ixtisaslar üzrə qəbul planı əmək bazarının tələbatı nəzərə alınmaqla hazırlanmalıdır. Lakin bu prinsip faktiki olaraq illərdir nəzərə alınmır. 2024/2025-ci tədris ili üçün ali məktəblərə ümumilikdə 68 minə yaxın plan yeri ayrılıb ki, bunun da 45 faizi ödənişli əsaslara aiddir. Məhz bu ödənişli yerlərin təxminən 10 faizi, yəni təxminən 3 min yer boş qalacaq. Bu o deməkdir ki, minlərlə tələbə yeri üçün müəllim ştatı ayrılıb, maddi-texniki baza nəzərdə tutulub, lakin tələbə olmayacaq. Bu isə təhsilin planlaşdırılması baxımından həm iqtisadi, həm də idarəetmə resurslarının israfıdır".

Müsahibimizin sözlərinə görə, boş qalan yerlər əsasən kənd təsərrüfatı, balıqçılıq, meşəçilik, texniki peşə yönümlü və bəzi humanitar ixtisaslarda müşahidə olunur.

"Bu ixtisaslar üzrə iş bazarında tələbat ya çox zəifdir, ya da tamamilə yox dərəcəsindədir. Tələbələr bu sahələrə yönəlmək istəmir, çünki onların gələcəkdə sabit iş və gəlir imkanları çox zəifdir. Digər səbəb isə təhsil haqqının yüksək olmasıdır. 2024-cü ildə bəzi universitetlərdə illik təhsil haqqı 4500-6000 manat arası dəyişir ki, bu da Azərbaycan əhalisinin böyük bir hissəsi üçün əlçatan deyil. Bu səbəbdən tələbələr ya başqa ölkələrdə təhsili seçir, ya da ümumiyyətlə ali təhsildən imtina edir.

Müsbət məqam ondadır ki, bəzi sahələrdə, xüsusilə informasiya texnologiyaları, mühəndislik, tibb və beynəlxalq münasibətlər üzrə yerlər tam dolur və bəzən hətta əlavə tələbat yaranır. Bu isə göstərir ki, əgər ixtisas bazarın tələbinə cavab verirsə, tələbələr ona yönəlir. Deməli, problem tələbələrin sayında deyil, planlaşdırmada və təklif olunan ixtisasların müasir dövrün reallıqlarına cavab verməməsindədir", - deyə ekspert qeyd etdi.

Kamran Əsədov vurğuladı ki, dünyanın uğurlu ölkələrində qəbul planı hər il əmək bazarı proqnozlarına uyğun yenilənir.

"Məsələn, Almaniyada “Numerus Clausus” sistemi tətbiq olunur: əgər bir ixtisas üzrə iş tapmaq çətindirsə və ya artıq bazarda kifayət qədər mütəxəssis varsa, həmin ixtisasa qəbul yerləri ya azaldılır, ya da tamamilə dondurulur. ABŞ-də universitetlər öz daxili tədqiqatlarına əsasən qəbul planını daim yenidən nəzərdən keçirirlər. Skandinaviya ölkələrində təhsil proqramları dövlətin strateji inkişaf planları ilə uzlaşdırılır və texnologiyanın, yaşlanma siyasətinin və regional ehtiyacların təsiri ilə formalaşdırılır. Azərbaycanda isə bu proseslər ya yoxdur, ya da yalnız formal səviyyədə həyata keçirilir".

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 18 İyul 2025 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see157

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see146

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see138

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see131

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see129

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see129

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see129

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri