Icma.az
close
up
RU
Ekspert: 3+3 regional platformasına Gürcüstanın daxil olması...

Ekspert: 3+3 regional platformasına Gürcüstanın daxil olması...

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Türkiyənin xarici işlər naziri Hakan Fidan çərşənbə günü Ankarada gürcü həmkarı Maka Boçorişvili ilə danışıqlar zamanı Türkiyə tərəfinin Gürcüstanın “3+3” platformasına qoşulması ilə bağlı gözləntilərini ifadə edəcək. Bu barədə “RİA Novosti”yə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə məlumat verib. Agentliyin həmsöhbəti bildirib ki, Fevralın 26-da ölkəmizə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili səfər edəcək. Nazir Hakan Fidan danışıqlar zamanı Türkiyənin Gürcüstanın ərazi bütövlüyü və suverenliyini qəti şəkildə dəstəklədiyini, Abxaziya və Cənubi Osetiyadakı münaqişələrin dinc yolla həllini müdafiə etdiyini bildirəcək və yaxın dövrdə Gürcüstanın “3+3” regional əməkdaşlıq platformasına daxil olması ilə bağlı gözləntilərini ifadə edəcək. 


Siyasi şərhçi Tural İrfan “Sherg.az”a bildirib ki, Gürcüstanla Azərbaycan arasında həm tarixi, həm də mədəni və iqtisadi əlaqələr mövcuddur:


“Qonşuluq münasibətləri Gürcüstan ilə də inkişaf etdirilir. Bir çox ortaq layihələr, birgə fəaliyyət planları mövcuddur. Həm Türkiyə, həm də Azərbaycanla regional əməkdaşlığın inkişafı üçün bu görüşlər və danışıqlar labüddür. Abxaziya və Cənubi Osetiyada problem yaşayan Gürcüstan üçün də Türkiyə və Azərbaycan kimi tərəfdaşa ehtiyac var. Türkiyənin artıq nəinki regionda, bütün dünyada müqtədir söz sahibi olan gücə çevrilməsi, Azərbaycanla da müttəfiq olması labüd edir ki, region dövlətləri bu iki dövlətlə hesablaşsınlar, məsləhətləşsinlər. Regionda sülhün bərqərar olması, münaqişəli məsələlərin dinc yolla həll olunması Türkiyə və Azərbaycanın prioritet mövzularındandır. Gürcüstan, Türkiyə və Azərbaycanın bir çox ortaq layihələrinin həyata keçirilməsi, dostluq, qonşuluq əlaqələrinin inkişaf etməsi üçün sabitlik və sülhün davamlı olması vacib amildir”.


Ekspert bildirib ki, 3+3 regional platformasına Gürcüstanın daxil olması və digər iqtisadi inkişaf platformalarının müzakirəsi həmçinin Azərbaycan ilə də Gürcüstanın bəzi məsələlərdə razılığa gəlməsini zəruri edir:

“Türkiyə bu məsələlərdə aparıcı yolda çox çalışır ki, qonşular və region ölkələri ilə bütün münaqişələr aradan qalxsın, sabitlik və dinclik bərqərar olsun. Bunun üçün də şübhəsiz ki, öncə dinclik və sabitlik olmalı, nəhayət stabil siyasi münasibətlər zəminində digər sahələrdə də birgə layihələr həyata keçirilməlidir. Nəticədə bu, sözü gedən bütün dövlətlərin inkişafına, əhalisinin inkişaf tempinin yüksəlməsinə aparacaq. Şübhəsiz ki, Zəngəzur dəhlizi də region dövlətlərinin diqqətində və maraq dairəsindədir. Bu cür görüşlər və yeni müzakirələr nəticə etibarı ilə Zəngəzur dəhlizinin də açılmasını labüdləşdirəcək.

Məlumdur ki, Rusiyanın Ukraynadan əvvəl Gürcüstanın da ərazi bütövlüyünə müdaxiləsi ilə bağlı regionda, əsasən Gürcüstan - Rusiya münasibətlərində dəyişiklik yaratdı. Bu boşluğu Gürcüstan hazırda Türkiyə vasitəsi ilə, onun sayəsində doldurmalıdır. Təcavüzə məruz qalmış ərazilərdə nadinc durum kənar təsirlərdən münəzzəh olduğu təqdirdə sabitlik əldə edilə bilər. Odur ki, Gürcüstanda sözü gedən  Abxaziya və Osetiyadakı durumla bağlı reallıq və həll yollarımın danışıqlarda mövzu olması təbiidir. Şübhəsiz ki, Türkiyə asılı məsələlərdə Gürcüstanla anlaşdığı təqdirdə müəyyən məsələlərdə Rusiya ilə də razılığa gələrək mövcud problemlərin aradan qalxmasında vasitəçi ola bilər. Odur ki, Azərbaycan və Gürcüstan arasındakı müxtəlif sahələrdə mövcud olan əlaqələr daha da inkişaf edəcək, birgə ortaq layihələr, inkişaf proqramları həyata keçirləcək”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://sherg.az
archiveBu xəbər 26 Fevral 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see444

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see299

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see233

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see217

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see215

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see211

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see210

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see201

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see190

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see188

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see188

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see187

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see169

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see168

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see167

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see166

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see165

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see163

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see160

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri