Icma.az
close
up
RU
3 Oktyabr Azərbaycan xalqının xilaskarını seçdiyi gün

3 Oktyabr Azərbaycan xalqının xilaskarını seçdiyi gün

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün biz tariximizin ən taleyüklü anlarından birini - 3 oktyabr 1993-cü ili böyük qürur və minnətdarlıqla xatırlayırıq. Həmin gün Azərbaycan xalqının böyük oğlu, Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilməklə ölkəmizin taleyində dönüş yaratdı. Həmin illərdə Azərbaycan ağır sınaqlarla üz-üzə idi. Daxili çəkişmələr, anarxiya, iqtisadi tənəzzül və torpaq itkiləri xalqımızı ümidsizlik burulğanına sürükləmişdi. Xalqımız yüz illərə söykənən müstəqillik arzusunu reallaşdırdığı və dövlətçiliyini əldə etdiyi andan həm də onu itirmək təhlükəsi ilə üz-üzə qalmışdı.

        Yeri gəlmişkən, hələ 1992-ci ildə keçmiş SSRİ məkanında və daha çox da Azərbaycanda gedən dağıdıcı proseslərin axarını və məqsədini dərindən dəyərləndirən Heydər Əliyev xalqın istəyi ilə onun rəhbərliyi altında Yeni Azərbaycan Partiyasının yaradılması qərarını verməklə bu proseslərin məhvərini doğru istiqamətə yönəltmək üçün ciddi əsaslar yaratmış oldu. Bu partiya qısa müddətdə təkcə bir siyasi təşkilat kimi deyil, həm də xalqımızın xilası, ölkəmizin sabitliyi və müstəqil gələcəyi naminə qurulan güclü siyasi dayağa çevrildi. Onun lideri Azərbaycanın müstəqilliyini dönməz etdi, dövlətimizin siyasi, iqtisadi və sosial əsaslarını möhkəmləndirdi. O zaman xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan, bir neçə aydan sonra YAP-nın namizədi kimi seçkiyə qatılan və xalqın seçilmiş Lideri kimi Heydər Əliyev, öz müdrik siyasəti ilə Azərbaycanı dağılmaq təhlükəsindən xilas etdi, sabitliyi və milli birliyi bərpa etdi. Onun müəyyənləşdirdiyi rəsmi dövlət siyasəti, ölkənin ictimai-siyasi, sosial-iqtisadi və humanitar sahələrdə inkişaf istiqamətləri, reallaşdırdığı enerji strategiyası və imzaladığı“Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi yüksəlişinə yol açdı və ölkəmizi regionun enerji liderinə çevirdi. 

        Bu gün əminliklə qeyd edirik ki, inkişafın bütün  parametrləri üzrə  güclü Azərbaycanın təməli Heydər Əliyevin uzaqgörən siyasəti ilə qoyulmuşdur. Heydər Əliyevin ən böyük arzusu Azərbaycanın ərazi bütövlüyünün bərpası idi. O, hər zaman bəyan edirdi ki, Qarabağ torpaqları mütləq azad olunacaq. Onun qurduğu güclü dövlətçilik təməli və müasir ordu quruculuğu sahəsindəki siyasəti gələcək qələbələrimizin əsasını qoydu. Bu gün biz qürurla deyirik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin Vətən müharibəsində və 2023-cü ildə əldə edilən möhtəşəm Zəfərlərin də ilham mənbəyi Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətdən qaynaqlanır. Bu gün Qarabağda və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, azad olunmuş torpaqlarımızda üçrəngli bayrağımızın qürurla dalğalanması Müzəffər Prezidentimiz İlham Əliyevin Milli İdeyaya sadiqliyinin təntənəsidir. Bugünkü Azərbaycan və onun nailiyyətləri sübut edir ki, öz taleyini mənsub olduğu xalqının taleyi ilə birləşdirən liderlər, indiki halda Heydər Əliyev yalnız onu yetirən xalqa deyil, bütün insanlığa və hüdudsuz zamanlara aiddirlər. Bu baxımdan O, bütün hallarda bizimlədir, müqəddəs ideyaların gerçəkıəşdirilməsi naminə əzmlə getdiyimiz yolu aydınladan bir mayakdır. Ən əsası, Heydər Əliyevin əbədiyaşar irsi hər zaman yolumuza işıq salacaq!

İlqar İsayev,

 YAP Göygöl rayon təşkilatı üzrə Aşıqlı kənd ərazi partiya təşkilatının sədr müavini

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 30 Sentyabr 2026 09:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see309

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see300

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see291

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see277

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see271

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see267

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see253

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see242

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see236

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see229

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see218

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see218

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see217

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see215

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see212

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see202

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see202

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see199

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see194

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri