Icma.az
close
up
RU
3 oktyabr 1993 Azərbaycan xalqının xilası və müstəqilliyimizin əbədiliyi

3 oktyabr 1993 Azərbaycan xalqının xilası və müstəqilliyimizin əbədiliyi

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan tarixində elə günlər var ki, onlar xalqın taleyini dəyişir, dövlətin gələcəyini müəyyən edir. 1993-cü ilin 3 oktyabrı məhz belə günlərdən biridir. Həmin gün xalqın müdrik iradəsi ilə Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu seçim sadəcə bir siyasi hadisə deyildi, bu, dövlətimizin dağılmaq təhlükəsindən qurtuluşu, müstəqilliyimizin möhkəmləndirilməsi, gələcək inkişaf yolunun başlanğıcı idi.

1990-cı illərin əvvəllərində ölkə ağır böhran və xaos içində idi. Dövlət idarəçiliyi iflic olmuşdu, iqtisadi həyat dağılmış, torpaqlarımız işğal olunmuş, xalqın inamı sarsılmışdı. Vətəndaş qarşıdurması təhlükəsi, anarxiya və parçalanma prosesi Azərbaycanı uçuruma sürükləyirdi. Məhz belə bir taleyüklü məqamda xalqın təkidli çağırışı ilə Heydər Əliyev hakimiyyətə qayıtdı və xilaskar lider kimi Azərbaycanı fəlakətdən xilas etdi.

3 oktyabr seçkilərində xalq öz xilaskarına böyük etimad göstərdi. Bu etimadla Heydər Əliyev Prezident seçildi və ölkənin gələcək taleyi etibarlı əllərə tapşırıldı. O, qısa müddətdə dövlət idarəçiliyini möhkəmləndirdi, sabitlik yaratdı, ordu quruculuğunu başlatdı, xalqın birliyini bərpa etdi. Azərbaycanın gələcək inkişafını təmin edən neft strategiyası hazırlanaraq "Əsrin müqaviləsi" imzalandı.

Bu gün müstəqil Azərbaycanın gücü, inkişafı, beynəlxalq aləmdə qazandığı mövqe məhz o tarixi seçimin bəhrəsidir. 3 oktyabr 1993-cü ildə xalq öz xilaskar liderinə səs verməklə müstəqilliyimizi əbədi etdi, dövlətimizi möhkəmləndirdi və gələcəyimizi təmin etdi.

Heydər Əliyevin Prezident seçilməsi ilə Azərbaycan tarixində yeni bir dövr başlandı – sabitliyin, inkişafın, tərəqqinin və güclü dövlətçilik ənənələrinin möhtəşəm dövrü.

Anar Məmmədov,

YAP Gədəbəy rayon təşkilatının əməkdaşı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:27
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 03 Oktyabr 2025 09:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İtaliya prezidentinin səfəri yeni əməkdaşlıq perspektivlər üçün zəmin yaradacaq

01 Oktyabr 2025 18:21see274

Professor izah etdi: Demans riskini azaldan 8 vərdiş

01 Oktyabr 2025 16:34see197

Ağdamda nənə nəvə evdə yandı YENİLƏNİB

02 Oktyabr 2025 15:21see140

UFC çempionu Maqomed Ankalayev ağır çəkiyə nə vaxt keçəyəyini deyib

02 Oktyabr 2025 04:18see138

Qurban Qurbanov: Futbolçularım sona qədər mübarizə apardılar

01 Oktyabr 2025 23:44see137

Masdar: İlk panelin quraşdırılması Biləsuvar GES layihəsi üçün mühüm mərhələdir

02 Oktyabr 2025 14:55see136

UEFA Çempionlar Liqası: Barselona uduzdu, Yuventus heç heçə etdi

02 Oktyabr 2025 01:25see136

“SOCAR Tower” dünyada “İlin ən yaxşı ofis binası” seçilib

02 Oktyabr 2025 04:35see135

İsveçrəli nazir Fərhad Əliyevin keçmiş müşavirinə məktub yazıb

01 Oktyabr 2025 15:11see134

Azər Bağırov Gəncə klubunun rəhbərliyinə gətirildi

01 Oktyabr 2025 16:12see131

Onlara qarşı əsassız və haqsız ittihamları qəbul etməyəcəyəm”

02 Oktyabr 2025 18:06see130

Zərdabda direktor və müavini İŞDƏN ÇIXARILDILAR

02 Oktyabr 2025 12:38see129

İlham Əliyev: Təbii resurslar hələ o demək deyil ki, bu ölkələr uzunmüddətli dayanıqlı inkişafa malik olacaqlar

01 Oktyabr 2025 16:35see128

Samuxda ər boşanmaq istəyən arvadını başından bıçaqlayıb

02 Oktyabr 2025 07:46see128

Dünyanın xəritəsi niyə müxtəlif ölkələrdə fərqli görünür: Hansı doğrudur?

02 Oktyabr 2025 00:24see127

Məlhəm hospitalından gənc yazarın iddialarına CAVAB

01 Oktyabr 2025 21:17see122

Nura Surinin anası qazi imiş FOTO

03 Oktyabr 2025 00:20see121

İnternet, yemək içmək və yatmaq: Monteneqroda dünyanın ən qeyri adi yarışlarından biri başladı

02 Oktyabr 2025 04:02see121

Papa Leo: ABŞ Prezidentinin Qəzza üçün sülh planı real təklifdir

02 Oktyabr 2025 02:18see119

Bu ölkədə sinəsinə silikon edən qadınlara AĞIR CƏZA KONKRET

03 Oktyabr 2025 00:37see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri