Icma.az
close
up
RU
Menu

İtaliya prezidentinin səfəri yeni əməkdaşlıq perspektivlər üçün zəmin yaradacaq

Hansı meyvələr diabet və ürək xəstəliyi riskini azaltmağa kömək edir?

Qəhvə iç və daha uzun yaşa...

Tramp Rusiyanı yenə kağız pələng adlandırdı

Türkiyə Ukrayna münaqişəsi ilə bağlı daha çox məsuliyyəti öz üzərinə götürməyə hazırdır

Qrizmannın 200 cü qolu “Qarabağ”ın daha bir rəqibinin darmadağınına səbəb olub VİDEO

UEFA ÇL: “Qalatasaray qalib gəlib, Kayrat” 5 qol buraxıb

UFC çempionu Maqomed Ankalayev ağır çəkiyə nə vaxt keçəyəyini deyib

Vətən müharibəsinin beşinci günü Azərbaycan Ordusu düşmənə zərbələr endirir

Nazir sammitdə təhsildən danışdı

“SOCAR Tower” dünyada “İlin ən yaxşı ofis binası” seçilib

Konqonun keçmiş prezidenti edam olunacaq Vətənə xəyanət ittihamı ilə

Uşaqlarda xərçəngin müalicəsində süni intellektdən istifadə olunacaq

Milli Məclisin sədri CAR a işgüzar səfər edib

Naxçıvanla maneəsiz nəqliyyat regionun bütün ölkələri üçün faydalı olacaq Türkiyə Milli Təhlükəsizlik Şurası

Dünyanın xəritəsi niyə müxtəlif ölkələrdə fərqli görünür: Hansı doğrudur?

İsveçdə qeyri qanuni IPTV dən istifadəyə görə cəza tətbiqi təklif edilir

Taciri toyda zəhərlədilər

“Azərbaycan təsviri sənəti: klassikadan postmodernizmə” İncəsənət Muzeyində yeni ekspozisiya

Qalatasaray Liverpul a qalib gəldi ÇL də nəticələr

3 oktyabr 1993 cü il prezident seçkiləri: uğura aparan yolun başlanğıcı TƏHLİL

3 oktyabr 1993 cü il prezident seçkiləri: uğura aparan yolun başlanğıcı TƏHLİL

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tarix dəyişir, yeni dövr yeni mərhələ yaranır. Yeniliklər, müasirliklər özü ilə ağır, üzücü problemlər də gətirir. Elə xalqlar var ki, yeni dövrün tələbləri ilə uyğunlaşa bilmir, fəaliyyətini, inkişafını təkmilləşdirməyi bacarmır. Səbəbi də müdrik düşüncəyə, fenomen zəkaya sahib liderinin olmamasıdır. Nəzərə almaq lazımdır ki, seçilmişlər hesab olunan liderlərdir ki, dövlətlər, imperiyalar qururlar, xalqları dünya xalqları arasında böyük nüfuza, hörmətə çatdırırlar. Bununla bağlı çoxsaylı misallar, sübutlar göstərmək olar. Sadəcə, bir faktı da unutmaq olmaz ki, heç də hər xalq böyük liderlər yetişdirməyi bacarmırlar. Zamanın və ictima-siyasi proseslərin axarında liderlər üzə çıxır və xalqını zülmətdən işıqlı yola çıxarır. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev məhz dünya tarixində sayılan, seçilən və nüfuzlu liderlərdəndir. Elə bir fenomen lider ki, dünya yalnız belə lideri min ildə bir dəfə yetişdirir. Ulu Öndər Heydər Əliyev bütün fəaliyyəti boyu müdrik insan, peşəkar rəhbər, xalq məhəbbətini qazanan uzaqgörən siyasətçi və ağıllı dövlət xadimi olduğunu təsdiq etmişdir. Azərbaycanın 1991-1993-cü illərdə üzləşdiyi faciələri, çətinlikləri heç bir dövlət adamı, hər hansı bir şəxs aradan qaldıra bilməzdi. Çünki o dövrdə Azərbaycanın üzləşdiyi fəlakət son dərəcə kritik xarakter almış, həlli qeyri-mümkün olan vəziyyət yaratmışdı. O dövrdə müxtəlif vasitələrlə hakimiyyəti zəbt etmiş AXC-Müsavat cütlüyü xalqı üzləşdiyi bəlalardan xilas etmək gücünə və imkanına malik deyildi. Çünki dövləti idarə etmək, xalqın maraqlarını təmin etmək, xarici siyasi kursu layiqincə həyata keçirmək üçün bacarıqları və təcrübələri yox idi. Bu çatışmazlıqlar ölkəni ağır bəlalara sürükləyirdi. Vəziyyəti ağır olmasından istifadə edən daxili qüvvələr, eləcə də hakimiyyəti zəbt etmiş AXC-Müsavat iqtidarı ölkəmizin yeraltı-yerüstü sərvətlərini vəhşicəsinə talan edir, dəyər-dəyməzə xarici işbazlara satırdılar. Ona görə də, iqtisadçıların da gəldiyi qənaətə, apardıqları hesablamalar görə, AXC-Müsavat iqtidarı dövründə ölkənin iqtisadi sisteminə böyük zərbələr vurulub. Mövcud durumun ağır olmasından, eləcə də hakimiyyəti zəbt etmiş ünsürlərin kreslo davası, sərvət talançılığından istifadə edən erməni-daşnak hərbi dəstələri ardıcıl olaraq torpaqlarımızı işğal edirdilər.

Uğurlu gələcəyin təminatçısı

Xalq problemlərin aradan qaldırılması üçün hakimiyyətə çağırışlar etsə də, nəticəsi olmadı. Bu məqamda insanlar haqlarının və hüquqlarının müdafiəsi, erməni terrorunun məhv edilməsi çağırışları ilə küçələrə çıxdılar, hakimiyyətin səhv, yanlış siyasətinə etiraz etdilər. AXC-Müsavat iqtidarı xalqı eşitmək istəmədi, əksinə, xalqın üzərinə güc strukturlarını göndərir, onları zor gücünə sakitləşdirməyə çalışırdı. Ağır, faciəli problemlərin kulminasiya nöqtəsi Gəncə hadisələri oldu. Qarşıdurma vətəndaş müharibəsinə gətirib çıxarmaqda idi. Belə ağır, çətin dövrdə xalq xilas yolunu Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsində gördülər. Bu məqsədlə 1992-ci ilin oktyabrın 16-da “91” ziyalı xalqın adından o dövrün ən oxunaqlı, xalqın tribunası olan “Səs” qəzeti vasitəsilə Ulu Öndərimiz Heydər Əliyevə müraciət ünvanladı. “Azərbaycan Sizin sözünüzü gözləyir” başlıqlı müraciətdə deyilirdi: “Möhtərəm Heydər bəy! Hamımız görürük ki, respublikamızın, xalqımızın vəziyyəti gündən-günə ağırlaşır. Azərbaycan sözün əsl mənasında siyasi, mənəvi böhran keçirir. Bunun da əsas səbəbi son illər respublikada mövcud olan və getdikcə daha da güclənən hakimiyyət böhranıdır. Ali hakimiyyət və idarəetmə orqanları Konstitusiyaya zidd, “real vəziyyətə uyğun” fəaliyyət göstərməklə, əslində, ifliç vəziyyətinə düşmüşdür. Bir çox dövlət orqanları heç bir hüquqi əsas olmadan yaradılıb fəaliyyət göstərir”.

1992-ci il oktyabrın 21-də Ulu Öndərimiz Heydər Əliyev ziyalıların müraciətinə müsbət cavab verərək bütün bilik və bacarığı, istedadı, canı ilə xalqın yanında olacağını bəyan etdi. Beləliklə, 1992-ci il noyabrın 21-də Naxçıvanda 550 nümayəndənin iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi və Ulu Öndərimiz Heydər Əliyev partiyanın Sədri seçildi. Dahi Öndərimiz Heydər Əliyev YAP-ın yaranma tarxini spnralar belə xarakteriza etmişdir: “YAP Azərbaycanda gedən ictimai-siyasi proseslərin içərisindən çıxan zərurətdir. O, bir adamın istəyi ilə yaranan partiya deyildir. Azərbaycanda yaranan partiyaların bir çoxu ayrı-ayrı şəxslərin, siyasi fəaliyyətə başlayan adamların şəxsi təşəbbüsü ilə, onların ətrafında toplaşan adamların təşəbbüsü ilə yaranan partiyalardır. Ancaq Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan, hərəsinin öz tərəfindən hərəkət etməsi nəticəsində, ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmış bir partiyadır”.

İlk və demokratik seçkilərin təməlinin qoyulduğu tarix - 3 oktyabr 1993-cü il

1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın və ozamankı hakimiyyət nümayəndələrinin təkidli xahişləri ilə Bakıya gəldi. Ulu Öndərimiz paralamentin sədri və prezidentin səlahiyyətlərinin icrasına başladıqdan sonra dərhal gərgin iş başladı. Bununla da həyatımızın bütün sahələrində əhəmiyyətli dəyişiliklər baş verdi. İlk dəfə Azərbaycan azad və demokratik şəkildə seçkilər təşkil edildi. 1993-cü il oktyabrın 3-nə təyin edilmiş prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi. Azərbaycan xalqı böyük səs çoxluğu ilə Ulu Öndərə səs verməklə, Onu Prezident seçdi. Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək demişdir: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm”.

Andına sadiq qalan Dahi Öndərimiz Heydər Əliyev ömrünü Azərbaycan dövlətinin müstəqilliyinin möhkəmlənməsinə, xalqın sosial-rifah halının yaxşılaşmasına, azad, demokratik cəmiyyətin qurulmasına həsr etdi. 1993-cü ildə Dahi Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanı parçalanmaqdan, məhv olunmasından xilas etdi. Uğurlu Horadiz əməliyyatından sonra Ermənistanın atəşkəs sazişini imzalanmağa məcbur edilməsi həm ölkədə sabitliyin yaradılmasına, həm də digər sahələrdə uğurlu addımların atılmasına yol açdı.

3 oktyabr 1993-cü il prezident seçkilərindən sonra Azərbaycanda inkişafın, tərəqqinin yeni dövrü, mərhələsi başlamışdır

Tarixi faktlar sübut edir ki, Ulu Öndər Heydər Əliyevin 3 oktyabr 1993-cü ildə Prezident seçilməsindən sonra Azərbaycanda inkişafın, tərəqqinin yeni dövrü, mərhələsi başlamışdır. Dahi Öndərimiz Heydər Əliyev ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir. Dövlət çevrilişlərinin qarşısı alınmış, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas olmuşdur. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir.

1994-cü ilin sentyabrın 20-də əfsanə kimi görünən “Əsrin müqaviləsi” neft sazişi imzalandı. “Əsrin müqaviləsi” yeni neft strategiyası Xəzərin Azərbaycan sektorunda 15 ölkənin, 33 iri neft şirkətinin iştirakı ilə 22 neft-qaz müqaviləsinin imzalanmasına səbəb oldu. Bununla Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının əsası qoyuldu. Azərbaycana artan inam ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmində, həmçinin imzalanan saziş və Anlaşma Memorandumlarının sayında da özünü qabarıq şəkildə büruzə verdi. 1995-ci il noyabrın 12-də qəbul olunan Milli Konstitusiyamız insan hüquq və azadlıqlarının qorunmasında ən möhkəm baza rolunu oynayır. Ölkəmizdə azad mətbuatın inkişafı, çoxpartiyalı sistemin yaradılması, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi istiqamətində mühüm addımlar atıldı. Şərqdə ilk dəfə Azərbaycanda ölüm hökmünün ləğv edilməsi, amnistiya aktlarının tətbiqi, sosial cəhətdən aztəminatlı ailələrin mənzil, məişət şəraitlərinin yaxşılaşdırılması müharibə iştirakçılarının, şəhid ailələrinin sosial müdafiəsinin təmin olunması və digər fundamental işlər Ulu Öndərimiz Heydər Əliyevin həyata keçirdiyi mühüm, əhəmiyyətli tədbirlərdən idi. Məhz bu kimi tədirlərin, uğurlu layihələrin icra edilməsinin nəticəsi olaraq Azərbaycan dünyanın ən inkişaf edən, əhalinin sosial-iqtisadi cəhətdən təmin olunan dövlətlərindən birinə çevirildi.

Bu gün Azərbaycan Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu siyasətə sadiqdir. Ölkə Prezidenti İlham Əliyev Dahi Öndərimiz Heydər Əliyevin siyasətini uğurla davam etdirir. Bu isə Azərbaycanın gücünə yeni güc qatır. Ən böyük tarixi nailiyyətlərimizdən biri isə Prezidentimiz, Fateh Sərkərdə İlham Əliyevin Komandanlığı ilə müzəffər ordumuzun 30 il erməni işğalı altında olmuş torpaqlarımızın azad edilməsidir. Artıq işğaldan azad edilmiş ərazilərimiz rahat nəfəs alır. Hər bir yerində bayrağımız dalğalanır, hər bir guşəsində milli himnimiz səslənir, insanlarımızın sevincli səsləri eşidilir. Bütün bunlara görə Ulu Öndərimiz Heydər Əliyevə minnətdarıq. Məhz Onun siyasi irsinin yerinə yetirilməsi, ideyalarının gerçəkləşməsi nəticəsində bu gün möhtəşəm uğurlara imza atılıb. Azərbaycan xalqının tarixində taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan Ulu Öndər Heydər Əliyev xalqın yaddaşında qurucu və xilaskar dövlət xadimi, fenomen şəxsiyyət, lider kimi əbədi olaraq yaşayacaqdır.

İLHAM ƏLİYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:35
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 02 Oktyabr 2025 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İtaliya prezidentinin səfəri yeni əməkdaşlıq perspektivlər üçün zəmin yaradacaq

01 Oktyabr 2025 18:21see243

Hansı meyvələr diabet və ürək xəstəliyi riskini azaltmağa kömək edir?

01 Oktyabr 2025 08:25see156

Qəhvə iç və daha uzun yaşa...

30 Sentyabr 2025 22:16see135

Tramp Rusiyanı yenə kağız pələng adlandırdı

01 Oktyabr 2025 01:12see132

Türkiyə Ukrayna münaqişəsi ilə bağlı daha çox məsuliyyəti öz üzərinə götürməyə hazırdır

30 Sentyabr 2025 22:13see127

Qrizmannın 200 cü qolu “Qarabağ”ın daha bir rəqibinin darmadağınına səbəb olub VİDEO

01 Oktyabr 2025 01:58see126

UEFA ÇL: “Qalatasaray qalib gəlib, Kayrat” 5 qol buraxıb

01 Oktyabr 2025 01:04see126

UFC çempionu Maqomed Ankalayev ağır çəkiyə nə vaxt keçəyəyini deyib

02 Oktyabr 2025 04:18see125

Vətən müharibəsinin beşinci günü Azərbaycan Ordusu düşmənə zərbələr endirir

01 Oktyabr 2025 08:31see125

Nazir sammitdə təhsildən danışdı

30 Sentyabr 2025 16:20see125

“SOCAR Tower” dünyada “İlin ən yaxşı ofis binası” seçilib

02 Oktyabr 2025 04:35see124

Konqonun keçmiş prezidenti edam olunacaq Vətənə xəyanət ittihamı ilə

01 Oktyabr 2025 01:08see124

Uşaqlarda xərçəngin müalicəsində süni intellektdən istifadə olunacaq

01 Oktyabr 2025 02:54see119

Milli Məclisin sədri CAR a işgüzar səfər edib

01 Oktyabr 2025 10:31see117

Naxçıvanla maneəsiz nəqliyyat regionun bütün ölkələri üçün faydalı olacaq Türkiyə Milli Təhlükəsizlik Şurası

30 Sentyabr 2025 22:37see117

Dünyanın xəritəsi niyə müxtəlif ölkələrdə fərqli görünür: Hansı doğrudur?

02 Oktyabr 2025 00:24see117

İsveçdə qeyri qanuni IPTV dən istifadəyə görə cəza tətbiqi təklif edilir

01 Oktyabr 2025 02:51see116

Taciri toyda zəhərlədilər

01 Oktyabr 2025 11:46see115

“Azərbaycan təsviri sənəti: klassikadan postmodernizmə” İncəsənət Muzeyində yeni ekspozisiya

01 Oktyabr 2025 11:38see115

Qalatasaray Liverpul a qalib gəldi ÇL də nəticələr

01 Oktyabr 2025 01:04see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri