Icma.az
close
up
RU
3 yaşında: “Yaşıdlarımla yenilik yaratmaq çətindir” Azər Ayxan

3 yaşında: “Yaşıdlarımla yenilik yaratmaq çətindir” Azər Ayxan

Icma.az bildirir, Modern.az portalına istinadən.

Globalinfo.az saytının fəaliyyətə başlamasından 3 il ötür.

Sayt 2022-ci ilin avqustunda yaradılıb, 15 sentyabrda test mərhələsini başa vuraraq onlayn yayıma başlayıb. Ardınca, 15 noyabr 2022-ci ildə platformanın fəaliyyəti ictimaiyyətə təqdim edilib və bununla da geniş oxucu kütləsi ilə real təmas dövrü başlayıb.

Modern.az Globalinfo.az-ın 3 yaşı münasibətilə Əməkdar jurnalist, saytın təsisçisi və baş redaktoru Azər Ayxanla həmsöhbət olub.  

O bildirib ki, Globalinfo.az layihəsini reallaşdırmaqda keçmiş təcrübələrinin çox böyük rolu olub:

“Yeni bir işə başlayanda təcrübə bir növ kompas kimi - haradan başlamağı və hara doğru irəliləməli olduğunu göstərən yol xəritəsi rolunu oynayır.

Globalinfo.az tamamilə yeni məzmun və yeni yanaşma üzərində qurulan bir layihədir. Mən əvvəlki məktəbin təcrübələrini kənara atmadan, amma eyni zamanda tamamilə yeni bir stil, yeni quruluş və fərqli bir sistem yaratmağa çalışdım. Elə buna görə də komanda seçimi zamanı gənclərə üstünlük verdim. İstəyirdim ki, layihə yeni nəfəs, yeni dinamika qazansın. Öz yaşıdlarım və həmkarlarımla bu yeniliyi yaratmağın çətin olacağını bilirdim. Çünki əvvəlki iş yerimdə həm gənclərlə, həm də orta yaş jurnalistlərlə işləmiş bir baş redaktor kimi bunun fərqinə varmışdım. Gənclərlə işləmək Globalinfo.az-ın qısa zamanda uğur qazanacağı anlamına gəlirdi və mən bunu əvvəlcədən də bilirdim”.

A.Ayxan vurğulayıb ki, 3 il ərzində Globalinfo.az-ı ölkə ictimaiyyətində, oxucular arasında, media sferasında və siyasi dairələrdə kifayət qədər tanıda bilib:

“Sayt qısa müddətdə inanılan, güvənilən, tez-tez istinad edilən resurslardan birinə çevrildi. İnanıram ki, bundan sonrakı fəaliyyətimizdə də bu uğurlarımızın üzərinə yenilərini əlavə edəcəyik”,- deyə o söyləyib.

Təsisçinin sözlərinə görə, Yeni Müsavat qəzetindən istefa verdikdən sonra yeni bir layihə üzərində düşünməyə başlayıb:

“Xüsusilə qeyd etmək istərdim ki, Yeni Müsavat qəzetindən yeni layihə yaratmaq məqsədilə ayrılmamışdım. Sadəcə olaraq oradan ayrıldıqdan sonra bildiyim işi davam etdirməyin ən doğru yol olduğunu düşündüm. Bu səbəbdən də Globalinfo.az domenini aldım. Tələsmədən, xüsusi həyəcan yaşamadan, təmkinlə işə başladım. Çünki "copy-paste" sayt olmaq istəmirdik və Globalinfo.az-ı bu şəkildə tanıtmaq niyyətində də deyildim.

Dostlar və həmkarlar tez-tez soruşurdular ki, yeni layihə olacaqmı və nə vaxt olacaq. İyulun əvvəlində istefa verdim, noyabrda isə layihəni elan etdik. Bu müddət ərzində həm saytın strukturunu formalaşdırdım, dizayn və digər texniki məsələləri həll etdim, həm də komandanı və ofisi təşkil etdim. Bu məsələlərdə tələskənliyə yol vermək olmazdı. Zaman da göstərdi ki, bu təmkinli mövqeyimiz tamamilə doğru imiş”.

Azər Ayxan onu da əlavə edib ki, 3 il o qədər sürətlə keçdi ki, bu gün geriyə baxanda həm mənə, həm də dostlarıma qəribə gəlir:

“Yolumuzun çox hamar olduğunu iddia edə bilmərəm, çünki sıfırdan başlayan bir sayt üçün bu nailiyyətləri əldə etmək asan deyildi. Ancaq çox çətin də olmadı. Çünki həm kollektivin əzmi, həm mənim işə yanaşmam, həm də həmkarlarımızın müxtəlif istiqamətlərdə verdiyi dəstək bizi bu günə gətirib çıxardı və uğur qazandırdı”.

Yekun olaraq həmsöhbətimiz bildirib ki, Globalinfo.az olaraq gələcək hədəfimiz daha çox oxucu kütləsi toplamaq, daha geniş auditoriyaya çıxmaq, daha çox İP qazanmaq və uğurumuzu daha böyük miqyaslara daşımaqdır:

“Düşünürəm ki, bütün media subyektlərinin əsas hədəfi də budur. Biz də öz kollektivimizi və fəaliyyət miqyasımızı böyütmək üçün çalışırıq. Reallıqları nəzərə alaraq bu hədəflərə doğru irəliləyirik və inanıram ki, nəticə etibarilə məqsədlərimizə çata biləcəyik”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 Noyabr 2025 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see208

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see149

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see139

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri