Icma.az
close
up
RU
“Fransa millisinə qol vurmaq da çətindir” Ayxan Abbasov

“Fransa millisinə qol vurmaq da çətindir” Ayxan Abbasov

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Futbol üzrə Fransa millisinə qol vurmaq da çətindir.

"Report"un məlumatına görə, bu barədə Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında deyib.

Mütəxəssis DÇ-2026-nın seçmə mərhələsində Fransa yığmasına uduzduqları (1:3) matçla bağlı fikirlərini bölüşüb: "Azarkeşlərə təşəkkür edirəm. Bu gün ab-hava möhtəşəm idi. Uzun zamandır milli komandanın oyununda belə atmosfer olmurdu. Hesaba baxmayaraq, sona qədər futbolçularımızı dəstəklədilər. O dəstək oyunçulara ruh verdi. İstəyirdik ki, evdə inamlı oynayaq. İslandiya ilə matçda bu alınmadı. Bəlkə də qələbə qazanmağı çox arzulayırdıq. Bu gün isə daha rahat idik, ilk qolu vurduq. Fransaya qol vurmağın özü də, çətindir. Rəqib bundan sonra daha çox üzərimizə gəldi. Meydanda mübarizə gedirdi".

Baş məşqçinin sözlərinə görə, Şahruddin Məhəmmədəliyevin zədələnməsi də qarşılaşmaya təsir edib: "O, üçüncü qol zamanı sonadək dayanmaq istəyirdi. Lakin kömək edə bilmədi. Futbolçularıma əzmkarlığa görə təşəkkür edirəm. Nəticə istəyiriksə, səbir etməliyik. Vaxt önəmlidir. Yavaş-yavaş irəliləyiş var idi. İtkilərimiz də çox idi. Əsas heyətin 5-6 futbolçusu oynamadı. Yeni oyunçular da qazandıq. Bu gün buna ehtiyacımız var. Seçmə mərhələ bitdi. İrəliyə baxacağıq".

Ayxan Abbasov seçmə mərhələni də dəyərləndirib: "Çətin qrupda yer aldığımızı bilirdik. Fransanın qrupumuzda olması rezonans doğurmuşdu. 0:10 hesablı məğlubiyyəti tez-tez dilə gətirirdilər. Bəzən deyirdilər ki, oyuna getməsək, yaxşıdır. Görünürdü ki, inam azdır. Bu oyunlar gələcək üçün inam verdi. Hər komandaya qarşı mübarizə aparmaq olar. Futbol da çox sürətlə inkişaf edir. İstəkli olmasan, düzgün oynamasan, təsir edəcək. 4 matçda taktiki baxımından oyunçularda irəliləyiş var. Futbolçulara inam da gəlib".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:190
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 16 Noyabr 2025 23:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see556

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see504

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see382

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see346

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see275

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see253

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see246

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see226

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see220

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see217

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see212

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see205

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see201

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see196

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see193

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see187

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see186

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see185

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri