Icma.az
close
up
RU
30 40 min manata tikilən EVLƏR Təbii fəlakətdən qaçış yoxdur

30 40 min manata tikilən EVLƏR Təbii fəlakətdən qaçış yoxdur

Icma.az bildirir, Lent az portalına istinadən.

Günü-gündən tikinti materiallarının qiyməti artsa da, nə hikmətdirsə, sosial şəbəkələrdə əzəmətli, saraya bənzəyən evləri 30-50 min civarında tikib, təhvil verəcəyini söyləyən şirkət reklamlarının sayı azalmır. 

Görəsən onlar ev sahibi olmaq istəyən vətəndaşlara normadan 4-5 dəfə aşağı qiymətə ev tikərək humanitar yardım etməyə çalışırlar, yoxsa onlara 3 ballıq zəlzələdə ailə faciəsi yaşatmağı planlayırlar?

Lent.az-a danışan tanınmış memar Cahid Həsənov qeyd edib ki, vətəndaşlar keyfiyyətli və dözümlü ev istəyirlərsə, bu elanlara inanmasınlar:

“Mən özüm də o hesabat aparan zaman bu kimi söhbətləri eşidirəm. Hər kəs deyir ki, sosial şəbəkələrdə 30-40 minə evləri tikib, təhvil verirlər. Siz daha baha qiymət deyirsiniz? Hər dəfə bildirirəm ki, qanuni standartlara görə armatur, sement və digər materialların ümumi qiyməti filan kvadrat ev üçün 100-150 mindir. Reklam olunan 30-40 minə tikilən evlərə istifadə olunan məhsullar isə ya keyfiyyətsizdir, ya sayları azdır. Məsələn, ev üçün 16-lıq armatur tələb olunursa, onlar 12-lik istifadə edirlər, bəlkə də, heç onu da işlətmirlər…

Daş kubiki hörüb, fasadını gözəlləşdirirlərsə, bu o demək deyil ki, hamı o qiymətə iş görməlidir. 100-150 minə başa gələn evi 30-40-50 minə tikib, hələ gözəl də dizayn edirlərsə, yəqin ki, ev tikənlər ya heç nə qazanmırlar, ya da standartlara əməl etmirlər. Fərdi yaşayış evinin layihəsi, hesabatı 5-10 mindir. Necə ola bilər ki, tikintiyə daxil olan vitrinli şüşələr, üzlüklər, pilləkan, məhəccərlər, daxili təmir və dam örtüyü ilə bir yerdə tam təhvil verilsin.

Vətəndaşlar bu kimi elanlara inanmasınlar. Əgər inanıb edirlərsə, o zaman təbii fəlakət zamanı riskləri də gözlərinin önünə gətirsinlər. Bu evlərin təbii fəlakətlərə davamlılığı hesablanmayıb. Təəssüf ki, sifarişçilər bilmir ki, evlər Fövqəladə Hallar Nazirliyinin hansı standartlarına uyğun tikilir. Armaturun uzunluğu, betonun hündürlüyü və s. kimi məqamlardan sifarişçi xəbərdar olmadığı üçün aldanır. Evin təkcə kommunikasiya xətləri 3-5 min aralığındadır. Fikrimcə, bu cür elanlardakı evlər ümumi standartlara cavab vermir, ya da tikinti materialların 30-40 faiz ixtisara salınır. Yekunda bu evlərin texniki baxımdan möhkəmliyinə zəmanət ola bilməz”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://lent.az
archiveBu xəbər 15 May 2025 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri