Icma.az
close
up
RU
Pulla tikilən evlər pulsuz sökülür

Pulla tikilən evlər pulsuz sökülür

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Bakının müxtəlif rayonlarında illər əvvəl tikilmiş, lakin bu gün “təhlükəli zona” kimiqiymətləndirilən ərazilərdəki evlərin taleyi yenidən müzakirə mövzusuna çevrilib. 

Dəmir yolu xəttinin mühafizə zolağında, yüksək gərginlikli elektrik xətlərinin altında və neft infrastrukturu yaxınlığında yerləşən bu tikililər uzun illər ərzində həm dövlət qurumlarının nəzarəti, həm də sakinlərin gündəlik həyatı üçün “normal” sayılıb.

Kommunal xidmətlər göstərilib, qeydiyyat verilib, sakinlər rəsmi ödənişlər ediblər. Lakin son aylar həmin ərazilər “qanunsuz tikili” kimi qiymətləndirilir və sakinlərə kompensasiya verilmir. 

Məsələn, Nərimanov rayonunun Keşlə qəsəbəsində dəmiryolu xəttinin mühafizə zolağında baş verən son söküntü hadisəsi isə problemi daha da kəskinləşdirib. İllərdir mövcudluğuna göz yumulmuş evlərin bütün məsuliyyəti indi yalnız vətəndaşların üzərinə qoyulur. Bu vəziyyət həm hüquqi boşluqları, həm də illər boyu sistemli olmayan tikinti idarəetməsinin nəticəsini göstərir. 

Niyə belə hallarda məsuliyyət yalnız ev sahibinin üzərinə qoyulur? 

Mövzu ilə bağlı “Cümhuriyət”-ə açıqlamasında əmlak eksperti Anar Nəsirov bildirib ki, bu həssas problem həm vətəndaşlar, həm də dövlət üçün ciddi məsələdir: 

“Əslində bu söküntülərin bir tərəfi insanların təhlükəsizliyi baxımındandır. Çünki elə yerlər var ki, evi dəmir yolundan cəmi 1 metr məsafə ayırır və bu, həddindən artıq təhlükəli vəziyyət hesab olunur. Lakin qadağan olunmuş ərazilərdə tikilmiş evlərin məsuliyyətini yalnız vətəndaşların üzərinə atmaq olmaz. Çünki vaxtında bu hallara göz yumulmasaydı, qarşısı alınsaydı, bu vəziyyət yaşanmazdı. 

Vətəndaş illərlə qəpik-qəpik yığıb, min bir əziyyətlə yaşamaq üçün o evi tikib. Əgər vaxtında onlara həmin ərazilərdə ev tikməyə icazə verilməsəydi və düzgün məlumatlandırma olsaydı, bu hallar baş verməzdi. Yəni məsuliyyəti tam şəkildə vətəndaşın üzərinə atmaq doğru deyil, burada günah yarı-yarıdır. 

Həmin ərazilərdə tikilən evlərə vaxtında göz yumulmasaydı və gələcəklə bağlı xəbərdarlıq olunsaydı, heç kim o yerlərdə ev tikməzdi. Deməli, bir vaxtlar hansısa təşkilat və ya qurum buna göz yumub, vətəndaşlar isə həmin yerlərdə ev tikib, məskunlaşıblar”.

 Onun sözlərinə görə, dəmir yolunun yaxınlığında, sürüşmə zonasında, neft qurğusunun yanında ev tikən şəxs bilməli idi ki, nə vaxtsa problem yaranacaq: 

“Amma burada günah həm vəziyyətə göz yuman qurumlarda, həm də vətəndaşların özündədir. Hər iki tərəfi günahkar hesab etmək olar. Vaxtında insanlara bu ərazilərdə məskunlaşmağa icazə verilməməli, maarifləndirmə işləri aparılmalı idi ki, vətəndaş əziyyətlə o yerlərdə ev tikməsin. 

İllərlə vətəndaş bu ərazilərdə ev tikib, yaşayış qurub və indi həmin evlər sökülür, vətəndaş isə heç bir kompensasiya ala bilmir. Vətəndaşın hüquqi əsası yoxdur ki, vəziyyətə göz yuman orqandan haqq-ədalət yolu ilə kompensasiya tələb etsin. Təəssüf ki, insanlar həmin ərazilərdən çıxarılır, evləri sökülür və heç bir ödəniş almırlar. Bu isə təbii ki, vətəndaşın büdcəsinə çox böyük zərər vurur. 

Amma qanunun icazə verdiyi yol budur və bu işlə məşğul olan orqanlar da hazırda qanunun tələblərini icra edir”. 

Ekspert qeyd edib ki, sadəcə bütün bu vəziyyətin qarşısı vaxtında alınmalı idi: 

“Əgər maraq olmasaydı, heç kimə deməzdilər ki, get, o ərazilərdə ev tik, göz yumarıq. Böyük ehtimalla vaxtilə bu işlərdə maraqlı olan şəxslər olub. Çünki müvafiq qurumların xəbəri olmadan bir toyuq damı belə tikmək qeyri-mümkündür. Yüzlərlə evin tikilməsi isə o deməkdir ki, burada maddi maraqlar və şəxsi məqsədlər olub. 

Vətəndaşın üzərinə günah yükləmək düzgün deyil, məsuliyyət iki tərəflidir. Müvafiq qurumların xəbəri olmadan nə sənədli, nə sənədsiz heç nə tikilə bilməz. Əgər o vaxt buna göz yumulubsa, deməli, orada müəyyən maraqlar olub. 

Təəssüf ki, qanunda kompensasiya məsələsi nəzərdə tutulmayıb. Çünki bu yerlərin 99%-i qanunsuz tikinti hesab olunur, nə torpağın, nə də evin çıxarışı var. Əgər çıxarış olsaydı, əmlak sahibi qurumu məhkəməyə verərək təzminat tələb edə bilərdi”. 

Gülər 
"Cebheinfo.az"

Açar sözlər: Evlər Anar Nəsirov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:66
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 Noyabr 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Oynaqlardakı ağrıya dəfnə yarpağı kömək edir? AÇIQLAMA

14 Avqust 2026 13:31see237

“Torqovı”da göbək rəqsi: “Çılğın dondurmaçı” gündəm yaradır VİDEO

15 Avqust 2026 11:32see220

COVID 19 yenidən "dirildi" Bir həftədə 14 ölüm

13 Avqust 2026 23:06see189

BİZİM TƏQVİM: 15 avqustda baş vermiş tarixi hadisələr

15 Avqust 2026 08:01see187

Hansı xəstəliklərdə kişilərin cinsi orqanı kiçilir?

14 Avqust 2026 02:04see186

Gökhan Özen ikinci dəfə evləndi (Foto)

15 Avqust 2026 00:27see182

Əraqçidən ABŞ yə XƏBƏRDALIQ Ehtiyatlı olun

13 Avqust 2026 23:33see182

Trampın kürəkəni Qəzza ilə bağlı danışıqlar üçün İsrailə gedir

14 Avqust 2026 01:50see180

Maşında ürəkbulanma niyə yaranır?

15 Avqust 2026 01:56see179

Mahirin komandası pley offda

14 Avqust 2026 02:18see176

Toya çatmaq üçün təyyarənin arxasınca qaçdılar Video

14 Avqust 2026 03:48see176

236 milyon illik fosil alimləri təəccübləndirdi: Məməlilərin doğuş tarixi dəyişə bilər

14 Avqust 2026 03:36see165

“Komo” “Çelsi”nin hücumçusunu hədəfə alıb

15 Avqust 2026 03:06see162

Sərxoş halda avtobus sürən azərbaycanlı Polşada həbs edildi Fotolar

14 Avqust 2026 02:44see162

Cəlal Hüseynov oynadı, komandası qalib gəldi

15 Avqust 2026 01:46see160

İndoneziya sahillərində 7,5 bal gücündə zəlzələ olub, sunami gözlənilir

15 Avqust 2026 03:36see158

Markinyos dünyanın ən çox titul qazanan ikinci oyunçusu olub

14 Avqust 2026 03:15see158

4 aya 20 kilo arıqlayan türk aktrisadan çimərlik Fotoları

14 Avqust 2026 03:03see158

Avropada Məhşər: Dəhşətli meşə yanğınları VİDEO

15 Avqust 2026 03:41see154

Hörmüzdən 13 gəmi keçib

15 Avqust 2026 01:14see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri