Icma.az
close
up
RU
30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Bakının bəzi ərazilərində aparılan sıx və plansız yaşayış tikintiləri ciddi narahatlıqlara səbəb olub. Bildirilir ki, kompakt şəkildə inşa edilən həyət evləri təhlükəsizlik baxımından risklidir. Bu proses İstanbulda 30 il əvvəl yol verilən şəhərsalma səhvləri ilə müqayisə edilir. 

Proses niyə Türkiyə ilə müqayisə olunur? Bu vəziyyət nəyin xəbərçisidir? Sıx şəkildə olan yaşayış yerləri hansı təhlükələrə yol açır? 

Globalinfo.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib ki, Türkiyədə müəyyən dövrlərdə nəzarətsiz qalan ərazilərdə özbaşına tikililər inşa olunub:

“Hökumət həmin dövrdə yaranan daşınmaz əmlak problemlərini nəzərə alaraq bu prosesə müəyyən müddət göz yumdu və nəticədə xeyli sayda qanunsuz tikili formalaşdı. Sonradan isə sadə və çevik qərarla həmin tikililərin əksəriyyəti qısa müddətdə leqallaşdırıldı. Azərbaycanda isə proses fərqli formada inkişaf edib. Qanunsuz tikililərin böyük hissəsi Sovet dövründə və Sovet İttifaqının dağılması mərhələsində yaranıb. Sonrakı illərdə qaçqın və məcburi köçkünlərin məskunlaşması, eləcə də bələdiyyə strukturlarının fəaliyyəti nəticəsində şəhərsalma planlarına uyğun gəlməyən, kənd təsərrüfatı təyinatlı torpaqlarda və digər qeyri-müvafiq ərazilərdə tikililər inşa olunub.

Hazırda qanunsuz tikililərin əsas hissəsi Bakı şəhəri və onun ətraf ərazilərində, xüsusilə Abşeron rayonu, Binəqədi və Sabunçu rayonlarında cəmləşib. Ölkədə qanunsuz tikililərin leqallaşdırılması ilə bağlı iki il əvvəl Ədliyyə Nazirliyi və Əmlak Məsələləri Dövlət Xidmətinin birgə brifinqi keçirilib. Həmin tədbirdə normativ-hüquqi bazanın təkmilləşdirilməsi, qanunvericiliyə dəyişikliklər edilməsi, vahid portal üzərindən daşınmaz əmlakların qeydiyyatının aparılması, həmçinin qanunsuz tikililərlə bağlı reyestrin yaradılması və mərhələli leqallaşma planlarının mövcud olduğu bildirilib”.

Elnur Azadov

Ekspert qeyd edib ki, bəzi yerli icra hakimiyyətləri həmin siyahıları genişləndirib:

“Bu siyahılar üzrə müəyyən əmlaklara sənədlər verilir. Lakin ümumilikdə heç bir hüquqi sənədi olmayan və mövcud tələblərə cavab verməyən tikililərin leqallaşdırılması üçün hələlik tam formalaşmış normativ baza mövcud deyil. Bu istiqamətdə hüquqi mexanizmlər hazırlanma mərhələsindədir. Risklərə gəldikdə, plansız şəkildə inşa olunmuş ərazilərdə ciddi təhlükəsizlik problemləri mövcuddur. Yanğın təhlükəsizliyi tələbləri çox vaxt təmin edilmir, torpaqların təyinatı dəyişdirilmədən üzərində tikililər inşa olunub və bu, qanunvericiliyə ziddir. Şəhərsalma və tikinti qanunvericiliyinə əsasən ərazilərin planlaşdırılması hər beş ildən bir aparılmalıdır, amma bu tələblər uzun müddət yerinə yetirilməyib”.

Elnur Azadovun sözlərinə görə, son bir il ərzində ölkə başçısı torpaqların təyinatının dəyişdirilməsi və qanunsuz tikililərin tanınması ilə bağlı fərmanlar imzalasa da, bu qərarlar əsasən kommersiya yaxud qeyri-yaşayış obyektlərinə şamil olunur:

“Plansız və sıx şəkildə inşa edilmiş yaşayış məhəllələrində isə evlər arasında məsafə çox azdır, yanğın və fövqəladə hallarda xüsusi texnikanın əraziyə daxil olması mümkün deyil. Bundan əlavə, bəzi ərazilərdə yüksək təzyiqli boru xətləri və kommunikasiya xətləri mövcuddur, eləcə də tikintiyə qadağan olunan “qırmızı zolaq” ərazilərində evlər inşa edilib. Məsələn, Sabunçu rayonunun Zabrat qəsəbəsində sıx və plansız şəkildə tikilən yaşayış evləri mövcuddur ki, onlar müasir şəhərsalma, tikinti normalarına cavab vermir. Bu ərazilərdə əhali sıxlığı həddindən artıq yüksəkdir və qanunsuz tikililərin əksəriyyəti həm tikinti, həm də təhlükəsizlik tələblərinə uyğun deyil. Belə şəraitdə dövlət həmin tikililəri leqallaşdırarsa və gələcəkdə kütləvi bədbəxt hadisələr baş verərsə, məsuliyyət birbaşa hökumətin üzərinə düşə bilər. Məhz bu səbəbdən qanunsuz tikililərin leqallaşdırılması prosesi hökumət üçün olduqca mürəkkəb və riskli məsələ olaraq qalır”.

Ləman İmran
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 31 Dekabr 2025 06:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see360

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see241

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see236

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see194

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see182

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see167

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see167

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see158

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see154

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see150

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see145

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see143

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see142

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see140

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see139

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see136

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri