İnsultdan əvvəl görünən təhlükəli əlamətlər
Medicina saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Nevroloqlar insultdan əvvəl ortaya çıxa bilən gizli əlamətlərə diqqət yetirməyə çağırıblar.
Medicina.az xəbər verir ki, insult bəzi hallarda qəfil baş vermir və beyin günlər, hətta həftələr əvvəl müəyyən siqnallar verə bilər.
Lakin bu əlamətlər çox vaxt adi yorğunluq və ya digər narahatlıqlarla qarışdırılır.
Həkimlər bildirirlər ki, qısa müddətli danışıq pozuntusu, görmə problemləri, bədənin bir tərəfində keyimə və ya zəiflik, qəfil baş ağrısı, başgicəllənmə və tarazlıq itkisi keçici işemik həmlənin (mini-insult) əlaməti ola bilər.
Bu cür hallar gələcəkdə daha ağır insult riskindən xəbər verə bilər. Buna görə də əlamətlər qısa müddət sonra aradan qalxsa belə, vaxtında tibbi müayinədən keçmək vacibdir.
Nevroloqlar xüsusilə ürək-damar xəstəlikləri, yüksək təzyiq və digər risk faktorları olan şəxsləri bu siqnallara qarşı diqqətli olmağa çağırıblar.
Xanım,
Medicina.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 29 İyul 2026 14:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















