30 il sədr oldu, indi isə rektor təyin olundu Dosye
Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ölkə.az xəbər verir ki, Abbaszadə (Mustafayeva) Məleykə Mehdi qızı 1953-cü ildə Bakı şəhərində qulluqçu ailəsində anadan olub.
1970-ci ildə Bakı şəhərində orta məktəbi bitirərək M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin həmin ildə yaradılmış hesablama riyaziyyatı və kibernetika fakültəsinə daxil olub. 1975-ci ildə universiteti bitirib, Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutuna baş laborant vəzifəsinə təyin olunub. 1975-1977-ci illərdə Moskva şəhərində SSRİ Elmlər Akademiyasının Hesablama Mərkəzində akademik N.N.Moiseyevin şöbəsində tədqiqatçı-stajor işləyib. 1977-1987-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda elmi işçi vəzifəsində çalışıb. 1988-ci ildə Kiyev şəhərində Ukrayna Elmlər Akademiyası V.M.Qluşkov adına Kibernetika İnstitutunda namizədlik dissertasiyası müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi alıb. 1987‑1989-cu illərdə Bakı Müəllimləri Təkmilləşdirmə İnstitutunda hesablama texnikası və informatika tədrisi metodikası şöbəsinin müdiri vəzifəsində, 1989-cu ildən M.Əzizbəyov adına Azərbaycan Neft Kimya İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışıb. 1990-cı ildə Azərbaycan «İstedad» assosiasiyası sədrinin birinci müavini seçilərək 1994-cü ilin avqust ayına qədər bu vəzifədə işləyib.
M. Abbaszadə 1994-cü ildən 2000-ci ilədək Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sədrinin birinci müavini, 2000-ci ildən 2016-cı ilədək TQDK-nın sədri vəzifəsində çalışmışdır. 2016-cı ilin aprelin 12‑də isə ölkə Prezidentinin Sərəncamı ilə yeni yaradılmış Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin sədri vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 23 iyul 2024-cü il tarixli Sərəncamı ilə isə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri təyin edilmişdir və hazırda bu vəzifəni icra edib.
M.Abbaszadənin rəhbərliyi altında bu gün ən kütləvi tirajla dərc olunan nəşrlərdən biri - “Abituriyent” jurnalı yaradılıb. Redaksiya şurasının üzvü olduğu jurnalda dərc edilən elmi-metodiki materialların çoxu M.Abbaszadənin bilavasitə iştirakı ilə hazırlanıb.
1999-2000-ci illərdə M.Abbaszadənin rəhbərlik etdiyi Komissiyaya “2000-ci il problemi”nin həlli üzrə Milli Qurum statusu verilmiş, problem Qurum tərəfindən uğurla həll edilmişdir.
2000-ci ildə M.Abbaszadənin Milli Koordinator olduğu “Seçkilərlə əlaqədar məlumatın ötürülməsi üçün şəbəkənin yaradılmasına yardım” Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) ilə Azərbaycan Hökumətinin birgə layihəsi çərçivəsində “Seçkilər” Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemi yaradılıb, 2000-ci ilin noyabr ayında Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərdə tətbiq olunmuş və hal-hazıradək respublikada keçirilən seçkilərdə həmin Sistem fəaliyyət göstərir.
Məleykə Abbaszadə Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2013-cü il tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikasında təhsilin qiymətləndirilməsi sahəsində müasir texnologiyaların səmərəli tətbiqinə görə “Şöhrət” ordeni, 21 fevral 2023-cü il tarixli Sərəncamı ilə isə təhsil sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə "Şərəf" ordeni ilə təltif edilib.
2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə M.Abbaszadə “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin üzvü olub.
İki övladı, beş nəvəsi var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 19 Noyabr 2026 10:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















