Icma.az
close
up
RU
31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür ŞƏRH

31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür ŞƏRH

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü Azərbaycan xalqının milli yaddaşında və müasir tarixində xüsusi yer tutan, bütün dünya azərbaycanlılarını vahid amal ətrafında birləşdirən əlamətdar gündür. Bu tarix yalnız təqvim günü deyil, eyni zamanda milli birlik, həmrəylik, soy-kökə bağlılıq və azərbaycançılıq ideologiyasının parlaq ifadəsidir. Dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlını bir araya gətirən bu bayram milli kimliyimizin qorunması və möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsasını 1989-cu ilin dekabrında Araz çayı boyunca baş verən tarixi hadisələr qoymuşdur. Həmin dövrdə Azərbaycan xalqı süni şəkildə parçalanmış sərhədlərə qarşı etiraz edərək birliyə, azadlığa və milli həmrəyliyə çağırış etmişdir. Bu hadisələr xalqımızın milli özünüdərkinin güclənməsinə, azərbaycanlıların taleyinin bir olduğunu nümayiş etdirməsinə səbəb olmuşdur. 1991-ci ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi rəsmiləşdirilməsi bu ideyanın dövlət səviyyəsində təsdiqi olmuşdur.

Ümummilli Lider Heydər Əliyev dünya azərbaycanlılarının həmrəyliyini strateji milli vəzifə kimi qiymətləndirmiş, diaspor fəaliyyətinin gücləndirilməsini daim diqqət mərkəzində saxlamışdır. Onun formalaşdırdığı azərbaycançılıq ideologiyası milli birliyin əsas sütununa çevrilmişdir. Bu ideologiya dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının dilinə, mədəniyyətinə, tarixinə və dövlətinə bağlı olmasını əsas prinsip kimi müəyyən etmişdir.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə dünya azərbaycanlılarının həmrəyliyi daha da möhkəmlənmiş, diaspor təşkilatlarının fəaliyyəti yeni mərhələyə qədəm qoymuşdur. Xaricdə yaşayan soydaşlarımız Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında, milli maraqlarımızın müdafiəsində və ölkəmizin imicinin gücləndirilməsində mühüm rol oynayırlar. Xüsusilə 44 günlük Vətən müharibəsi dövründə dünya azərbaycanlılarının nümayiş etdirdiyi birlik və həmrəylik xalqımızın gücünü və qlobal miqyasda təşkilatlanma qabiliyyətini bir daha sübut etdi.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü eyni zamanda gənc nəslin milli ruhda tərbiyəsi baxımından da mühüm əhəmiyyət kəsb edir. Bu gün gənclərə milli dəyərlərə sədaqət, vətənpərvərlik, tarixi yaddaşa hörmət və dövlətçiliyə bağlılıq aşılanır. Xaricdə yaşayan gənc azərbaycanlıların ana dilini unutmaması, milli-mənəvi dəyərlərimizi yaşatması bu həmrəyliyin davamlılığını təmin edən əsas amillərdəndir.

31 dekabr həm də Azərbaycan xalqının sülhsevərliyini, multikultural dəyərlərə bağlılığını və humanist mövqeyini nümayiş etdirir. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar yaşadıqları cəmiyyətlərə inteqrasiya etməklə yanaşı, öz milli kimliklərini qoruyub saxlayaraq Azərbaycanın mədəniyyətini, musiqisini, ədəbiyyatını və tarixini təbliğ edirlər. Bu isə Azərbaycanı dünyada tanıdan mühüm vasitələrdən biridir.

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü xalqımızın milli birlik ideyasının rəmzi, ümumi taleyimizin və ortaq gələcəyimizin ifadəsidir. Bu gün bizi birləşdirən dəyərləri daha da möhkəmləndirməyə, dövlətçiliyimizi qorumağa və Azərbaycan adını daim uca tutmağa çağırır. Harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı bu həmrəyliyin daşıyıcısıdır və bu birlik Azərbaycanın bu günü və sabahı üçün ən möhkəm təminatdır.

Eldar Əsədov

YAP Tərtər rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 29 Dekabr 2025 09:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see363

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see340

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see279

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see273

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see270

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see269

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see263

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see256

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see253

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see249

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see241

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see238

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see238

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see236

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see235

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see228

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see224

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see224

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see208

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri