Icma.az
close
up
RU
525ci qəzet “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü” adlı virtual sərgi istifadəçilərə təqdim olunub

525ci qəzet “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü” adlı virtual sərgi istifadəçilərə təqdim olunub

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Milli Kitabxanada “31-dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü ” adlı virtual sərgi və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

525.az xəbər verir ki, virtual sərgidə fotolar, 31 dekabr-Dünya azərbaycanlılarının birlik və həmrəylik günü, Heydər Əliyev və dünya azərbaycanlılarının həmrəyliyi, Azərbaycan diasporu, Azərbaycançılıq-milli ideologiyamızın əsası, Azərbaycançılıq ideologiyasının təntənəsi və s. haqqında Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar, dövri mətbuatda dərc olunan məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Dunya_Azerbaycanlilarinin_Hemreylik_Gunu/index.htm linkindən istifadə edə bilərlər.

Ənənəvi sərgidə Ümummilli lider Heydər Əliyev və milli həmrəylik məfkurəsi 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür,  Ulu öndər Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq, Azərbaycan xalqının milli ideologiyası, Vətənpərvərlik məfkurəsi, Milli dövlətçilik məfkurəsi, Azərbaycan diasporunun təşəkkülü və fəaliyyəti tarixi,  Mənəvi dəyərlərin təbliği və s. mövzularda Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar, dövri mətbuatda dərc olunan məqalələr nümayiş olunur.

31 dekabr Azərbaycan xalqının tarixində ən yadda qalan, ən şərəfli günlərdən biri – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür!

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunur. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır.

Dünya azərbaycanlılarının həmrəyliyi ideyasının banisi olan Heydər Əliyev eyni zamanda bu birliyin institutlaşması prosesinin də əsasını qoyub. 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirilib. Xaricdə yaşayan azərbaycanlıların müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin və həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələləri müzakirə etmək məqsədilə II qurultay Prezident İlham Əliyevin Sərəncamına əsasən 2006-cı ildə, III qurultay 2011-ci ildə, IV qurultay 2016-cı il, V qurultay isə 2022-ci ilin aprelində keçirilib.

Bu gün dünyanın hansı ölkəsində, məmləkətində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının ürəyi müstəqil, qalib Azərbaycanla döyünür. Dövlət başçımızın uğurlu siyasəti və sərkərdəlik məharəti sayəsində  artıq dünya azərbaycanlıları yaşadıqları bütün ölkələrdə başı dik, alnıaçıq, üzüağ gəzir və öz tarixi vətəni olan Azərbaycanla haqlı olaraq fəxr edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://525.az
archiveBu xəbər 30 Dekabr 2024 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see289

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see194

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see170

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see165

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see152

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see146

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri