Icma.az
close
up
RU
“31 mart Azərbaycan tarixinin faciəvi səhifələrindən biridir” Kamaləddin Qafarov

“31 mart Azərbaycan tarixinin faciəvi səhifələrindən biridir” Kamaləddin Qafarov

Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Məlum olduğu kimi, ermənilərin azərbaycan xalqına qarşı həyata keçirdikləri kütləvi qırğınların tarixi heç də son 30 ili əhatə edən işğal dövrü ilə məhdudlaşmır. Hələ XIX əsrin əvvəllərində çar Rusiyasının maraqlarına uyğun olaraq Cənubi Qafqazda, tarixi Azərbaycan torpaqlarında məskunlaşdırılan ermənilər ötən iki yüz il ərzində bu bölgənin bütün yerli sakinlərinə və ilk növbədə azərbaycanlılara qarşı olmazın cinayətlər törətmiş, kütləvi deportasiyalar, qətliamlar həyata keçirmişlər.“

Bu sözləri "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib ki, 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş amansız soyqırımı hadisələri də Azərbaycan tarixinin acı həqiqətlərindən biridir. “Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra tarixdə ilk dəfə olaraq, azərbaycanlılara qarşı həyata keçirilən soyqırımına və torpaqlarımızın bir əsrdən artıq davam edən işğalına milli hökumət tərəfindən siyasi qiymət vermək cəhdi edildi. Lakin Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra milli əhəmiyyət kəsb edən bir çox məsələlər kimi, “Mart qırğınları” mövzusu da ciddi qadağalar altına düşdü. Yalnız xalqımız öz müstəqilliyini bərpa etdikdən sonra, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə tariximizə “31 Mart soyqırımı” kimi daxil olmuş bu faciənin araşdırılması və həqiqətlərin qlobal miqyasda dünyaya yayılması istiqamətində əsaslı şəkildə işə başlanıldı.”
K.Qafarov Azərbaycan dövlətinin uzun illər ərzində göstərdiyi ciddi səylər nəticəsində bu gün artıq bütün dünya ictimaiyyətinin erməni millətçilərinin tarixin müxtəlif mərhələlərində xalqımıza və Azərbaycan ərazilərində yaşayan digər xalqlara qarşı törətdikləri etnik təmizləmə, deportasiya və soyqırımı faktları barədə kifayət qədər məlumatlı olduğunu diqqətə çatdırıb: “Rusiyada baş vermiş 1917-ci il oktyabr çevrilişindən sonra ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa başladılar. 1918-ci ilin mart ayından “Əks-inqilabi ünsürlərlə mübarizə” şüarı altında maskalanmış Bakı Kommunası daşnak-bolşevik Şaumyanın rəhbərliyi ilə Bakı şəhərini azərbaycanlılardan təmizləmək kimi mənfur bir planı həyata keçirməyə başladı. Həmin günlərdə, 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan Şamaxı, Quba və digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər. 1918-ci ilin mart-aprel soyqırımları təkcə Azərbaycan xalqına qarşı deyil, eyni zamanda ölkə ərazisində yaşayan digər millət və xalqlara qarşı həyata keçirilməklə, özünün amansızlığına və miqyasına görə bəşər tarixində ən qanlı faciələrdən biri kimi dəyərləndirilməlidir. Ulu Öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixində imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla azərbaycanlılara qarşı 1918-ci ildə törədilmiş dəhşətli söyqırımı hadisələrinə müvafiq siyasi qiymət verildi və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan olundu.”
K.Qafarov Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə ilə bütün Cənubi Qafqazı erməni faşizminin təhdidindən qurtardığını vurğulayıb: “Azərbaycan xalqı 2003-2020-ci illər ərzində Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə öz gələcəyi naminə əzm və fədakarlıqla çalışaraq dövlətimizin gücünün, qüdrətinin daha da artmasına nail oldu. 2020-ci ilin sentyabr-noyabr ayları ərzində aparılan və cəmi 44 gün davam edən Vətən müharibəsinin nəticəsi olaraq, Azərbaycan 30 illik işğala son qoydu. 2023-cü ilin sentyabr ayında keçirilmiş və cəmi bir gün davam edən antiterror əməliyyatı nəticəsində isə ölkəmizin ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa edildi. Bu tarixi Qələbəsi ilə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz həm də uzun illər boyunca bütün Cənubi Qafqaz xalqlarını təhdid edən erməni faşizminin belini qırdı. Xalqımızın əldə etdiyi bu tarixi Zəfər bütün şəhidlərimizin ruhlarını şad etdi” .


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://unikal.az
archiveBu xəbər 31 Mart 2025 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

14 Noyabr 2025 11:17see241

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

15 Noyabr 2025 19:08see239

Neymar dərhal PSJ yə keçdiyinə peşman oldu və geri dönmək istədi

15 Noyabr 2025 01:07see227

ABŞ da termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb

15 Noyabr 2025 06:53see220

DİN “9990” və “7770” ilə bağlı məlumat yaydı

14 Noyabr 2025 18:29see185

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

16 Noyabr 2025 02:43see184

“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

14 Noyabr 2025 18:18see175

Ədəbiyyat və publisistikamızın unudulmaz siması

14 Noyabr 2025 12:07see164

“9990 nömrəsindən gələn zənglə bağlı yayılan iddialara DİN dən REAKSİYA FOTO

14 Noyabr 2025 17:40see158

Van der Vart: “Ronaldo şokolad olsaydı, özünü yeyərdi”

15 Noyabr 2025 03:09see155

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

15 Noyabr 2025 20:59see151

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

14 Noyabr 2025 10:58see150

Türkiyədə həlak olan jurnalist sabiq məmurun oğlu imiş FOTO

14 Noyabr 2025 09:35see150

Damarları tıxananlar bu qidalardan imtina etsin

14 Noyabr 2025 20:33see147

Rusiyadan səfirliyimizin vurulması ilə bağlı AÇIQLAMA

14 Noyabr 2025 23:10see144

Ukraynadakı müharibə 2026 cı ilin iyununda başa çata bilər Buşun köməkçisi

14 Noyabr 2025 09:44see141

“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”

14 Noyabr 2025 09:09see140

Miri Yusiflə Aiseldən yeni layihə

15 Noyabr 2025 09:40see140

KİV: ABŞ Qəzzanı iki hissəyə bölmək niyyətindədir

15 Noyabr 2025 04:25see138

Yeni Azərbaycan Partiyasının 33 ili: siyasi sabitlik və ölkənin inkişafındakı rolu POLİTOLOQ ŞƏRH ETDİ

14 Noyabr 2025 15:50see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri