Icma.az
close
up
RU
“Azərbaycan əvəzolunmaz ölkəyə çevrilir” Kamaləddin Qafarov

“Azərbaycan əvəzolunmaz ölkəyə çevrilir” Kamaləddin Qafarov

Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Ölkə Prezidenti cənab İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibəsində istər ötən ildə əldə olunmuş uğur göstəriciləri, istərsə də qarşıda duran yeni vəzifələr barədə detallı açıqlamalar təqdim olunmuşdur. Düşünürəm ki, həm yerli, həm də xarici ictimaiyyətin diqqətini cəlb edən önəmli məqamlardan biri də möhtərəm dövlət başçımızın Azərbaycanın dünyada yüksək nüfuza sahib olan D-8 İslam ölkələri birliyinə üzv qəbul edilməsi ilə bağlı səsləndirdiyi fikirlər oldu”.

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkilinin fikrincə, bu təşkilat bundan sonra D-9 adlandırılacaq, çünki məhz Azərbaycan bu quruma üzv olan doqquzuncu ölkə oldu:

Məlumdur ki, ölkəmiz bir sıra beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir, həmin təşkilatların üzvüdür və bu proses də davam edir. Keçən ilin dekabr ayının 19-da isə Azərbaycan D-8-ə üzv qəbul edildi. Bununla da həmin təşkilat demək olar ki, 30 ildən sonra Azərbaycanla öz sırasını genişləndirdi. Cənab Prezident bununla bağlı səsləndirilən sualı cavablandırarkən birmənalı olaraq vurğuladı ki, bu, bizim üçün növbəti uğurlu addım oldu. Çünki Azərbaycanın bu təşkilata qəbul edilməsi ölkəmizin nüfuzunu bir daha göstərir. D-8 müsəlman ölkələrini birləşdirən ən böyük təşkilatdır. Azərbaycan həmişə müsəlman aləminin dəyərli üzvü olmuşdur. O cümlədən, İslam Əməkdaşlıq Təşkilatının rəhbərlərinin açıqlamalarından da hər zaman bu qənaətə gəlmək olur ki, bu təşkilat da bütün dövrlərdə Azərbaycanla bağlı çox müsbət fikirdə olub. Azərbaycan daim bir çox müsəlman ölkələrinə yardımlar edib. Cənab Prezident İlham Əliyevin yeni dünya nizamının formalaşması fonunda Türk Dövlətləri Təşkilatının, eləcə də D-8-in dünya miqyasında ciddi güc mərkəzinə çevrilə biləcəyi barədə dedikləri isə, birmənalı olaraq, bütün Türk və İslam dünyasını həmrəyliyə çağıran ciddi mesajdır".

Fikirlərini davam etdirən K.Qafarov daha sonra cənab Prezident İlham Əliyevin yeni dünya nizamının formalaşması prosesində Azərbaycanın rolu ilə bağlı səsləndirdiyi fikirlərin önəmini vurğulayaraq deyib: "Dövlətimizin başçısı birmənalı olaraq bildirdi ki, biz bu prosesin fəal iştirakçısı olmalıyıq. Yəni Azərbaycan sadəcə burada yeni nizamın necə olacağını gözləməməlidir. Azərbaycan Cənubi Qafqazın aparıcı ölkəsidir və məsuliyyət baxımından da xüsusi çəkiyə malikdir. Yeni nizam ədalətli olmalıdır və bu, Azərbaycanın uzun illər apardığı siyasətə də uyğundur. Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi xarici siyasət xətti suverenlik, müstəqillik, bir-birinin işlərinə qarışmamaq, müxtəlif bəhanələrlə ölkələrin daxili vəziyyətini gərginləşdirməmək kimi prinsipial əsaslar üzərində qurulmuşdur. Ölkəmiz öz siyasətilə, sərmayə qoyuluşu ilə Cənubi Qafqazda faktiki olaraq, yeni nəqliyyat və energetika xəritəsini yaratmışdır. Bir tərəfi Xəzər üzərindən Orta Asiyaya, bir tərəfi Avropaya uzanan bu böyük coğrafiyada Azərbaycan faktiki olaraq əvəzolunmaz ölkəyə çevrilir. Bu gün müstəqil siyasət aparmaq iqtidarında olan ölkələr çox deyil. Buna görə də, möhtərəm dövlət başçımızın dediyi kimi, yeni dünya nizamı tam formalaşma prosesinə düşəndə Azərbaycanın mövqeyi də ən azı Cənubi Qafqazda və Xəzər hövzəsində nəzərə alınacaq və biz buna hazır olmalıyıq". 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:321
embedMənbə:https://unikal.az
archiveBu xəbər 10 Yanvar 2025 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see500

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see451

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see350

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see291

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see286

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see275

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see257

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see249

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see242

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see235

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see228

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see224

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see220

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see217

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see215

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see205

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see204

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see187

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri