Icma.az
close
up
RU
31 Mart soyqırımı: məkrli erməni siyasətinin təzahürü

31 Mart soyqırımı: məkrli erməni siyasətinin təzahürü

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Meydanəli Yolçiyev

​​​​​YAP Daşkəsən rayon təşkilatının sədri

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü xalqımızın tarixində ən ağır və faciəli səhifələrdən birini əks etdirir. Həmin gün milli yaddaşın qorunması, tarixi həqiqətlərin gələcək nəsillərə ötürülməsi və beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm önəm kəsb edir.

Xalqımıza qarşı həyata keçirilmiş soyqırımı siyasətinin kökləri XIX əsrin əvvəllərinə gedib çıxır. Bu dövrdən etibarən regionda demoqrafik vəziyyətin süni şəkildə dəyişdirilməsi, azərbaycanlı əhalinin tarixi torpaqlardan sıxışdırılması məqsədilə məkrli siyasət həyata keçirilmişdir. Bu siyasətin ideoloji əsasını isə erməni millətçilərinin irəli sürdüyü mifik “Böyük Ermənistan” konsepsiyası təşkil edirdi. Bu ideya çərçivəsində müxtəlif dövrlərdə etnik təmizləmə, deportasiya və kütləvi qırğınlar törədilmiş, xalqımızın tarixi torpaqlardan zorla çıxarılması və soydaşlarımızın həyatına qəsd edilməsi davamlı olaraq reallaşdırılmışdır.

1918-ci ilin mart-aprel aylarında baş vermiş hadisələr isə bu qanlı siyasətin ən dəhşətli təzahürlərindən biri kimi tarixə düşmüşdür. Bakı Sovetinin nəzarəti altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri Bakı şəhərində və Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Salyanda minlərlə dinc sakini amansızcasına qətlə yetirmişdir. Təkcə 30 mart – 3 aprel tarixlərində on minlərlə insan etnik və dini mənsubiyyətinə görə öldürülmüş, yaşayış məntəqələri dağıdılmış və kəndlər yerlə-yeksan edilmişdir. Bu hadisələr göstərdi ki, dinc əhali heç bir hüquq və müdafiə imkanına malik deyildi və qırğınlar planlı şəkildə törədilmişdir.

Quba qəzasında və Şamaxıda kəndlərin yerlə-yeksan edilməsi, əhalinin didərgin salınması faciənin miqyasını açıq şəkildə göstərir. Bu bölgələrdə qırğınlar həm də tarixi və mədəni irsin dağıdılması ilə yadda qalmışdır. Məscidlər, məktəblər və digər ictimai obyektlər məhv edilmiş, kəndlərin adları silinmiş və yüz illər boyu yaşayan yerli əhali qorxu içində həyatlarını davam etdirməyə məcbur olmuşdur.

1918–1920-ci illərdə İrəvan quberniyasında və Zəngəzur bölgəsində də azərbaycanlı əhaliyə qarşı genişmiqyaslı qırğınlar həyata keçirilmişdir. Bu hadisələr regionda etnik tərkibin zorla dəyişdirilməsi siyasətinin tərkib hissəsi olmuşdur. Qırğınların məqsədi yalnız əhalini qorxutmaq və terror yaratmaq deyil, həm də ərazi iddialarını hüquqi və siyasi əsaslarla həyata keçirmək olmuşdur. 1918-ci il hadisələrinin araşdırılması məqsədilə yaradılmış Fövqəladə İstintaq Komissiyası həmin dövrdə törədilmiş cinayətlərin sənədləşdirilməsi istiqamətində mühüm işlər görmüşdür. Lakin sonrakı illərdə bu materialların bir hissəsi məhv edilmiş, hadisələrin real miqyası uzun müddət gizli saxlanılmışdır.

1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanmış “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla 31 martın rəsmi anım günü kimi qeyd olunması ən mühüm addımlardan biri olmuşdur. Bu qərarla həmin hadisələrə siyasi-hüquqi qiymət verilmiş, uzun illər gizlədilmiş həqiqətlərin üzə çıxarılması və sistemli şəkildə araşdırılması üçün yeni mərhələnin əsası qoyulmuşdur. Artıq bu faciə rəsmi sənədlərlə də təsbit edilmiş və gələcək nəsillərə düzgün şəkildə çatdırılmışdır.

Xüsusilə 2007-ci ildə Qubada aşkar edilmiş kütləvi məzarlıq faciənin miqyasını bir daha təsdiqləmişdir. Bu ərazidə sonradan yaradılmış Soyqırımı Memorial Kompleksi tariximizin ağrılı səhifəsinin əbədiləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Kompleks yalnız qurbanların xatirəsini yaşatmaqla kifayətlənmir, həm də tariximizin bu qanlı səhifəsi barədə cəmiyyətə dolğun məlumat verməklə milli və tarixi şüurun formalaşmasına xidmət edir.

Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasət soyqırımı həqiqətlərinin beynəlxalq səviyyədə tanıdılmasına xidmət edir. 2018-ci ildə imzalanmış “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam isə bu həqiqətlərin dünya ictimaiyyətinə daha geniş şəkildə çatdırılmasına təkan vermişdir. Bu tədbirlər nəticəsində qlobal miqyasda faciə ilə bağlı mühazirələr, elmi araşdırmalar və beynəlxalq sərgilər keçirilmiş, hadisələrin tarixi ədalət prizmasından təqdim olunması təmin edilmişdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 31 Mart 2026 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see327

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see309

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see298

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see285

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see279

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see275

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see265

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see247

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see245

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see239

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see238

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see237

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see236

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see231

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see225

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see224

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see217

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see193

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see186

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri