Icma.az
close
up
RU
XX əsrin unudulmayacaq erməni vəhşiliyi 31 mart soyqırımı

XX əsrin unudulmayacaq erməni vəhşiliyi 31 mart soyqırımı

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Tarixən bu coğrafiyada yaşamayan, qonaq kimi doğma torpaqlarımızda yer verdiyimiz ermənilər imperiya ağalarının dəstəyi ilə xalqımıza qarşı misli görünməmiş qırğınlar və vəhşiliklər törətdilər. Tarixi torpaqlarımızda özlərinə dövlət qurmaq arzusunu reallaşdırdılar. İnsanlıq hissini itirmiş  erməni faşizmi  müxtəlif dövrlərdə mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək, hədəflərinə nail olmaq üçün xalqımıza qarşı dəhşətli soyqırımı və etnik təmizləmə siyasətini həyata keçirdi.

1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri xalqımıza xüsusi qəddarlıqla misli görünməmiş faciə yaşatdılar. 
1918-ci ildə Bakıda, o cümlədən Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə soydaşımız məhz azərbaycanlı olduqlarına görə qətlə yetirildi, işgəncələrə məruz qaldı.

Yalnız mülki insanları hədəf seçən ermənilər eyni zamanda yaşayış məntəqələrimizi dağıdaraq mədəniyyət abidələrimizi, məscid və qəbiristanlıqlarmızı yerlə-yeksan edərək insanlıqdan uzaq əməllərini həyata keçirdilər. 

Təkcə Bakı quberniyası deyil, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə də kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirildi, xalqımız misli görünməmiş faciə yaşadı. 
 Quba qırğınları zamanı şəhərdə  öldürülənlərin təxmini sayının 2900-dək, Quba qəzası üzrə ümumilikdə isə 4000 nəfərdən artıq olduğu qeyd olunur. Bu soyqırımı nəticəsində Quba qəzasının 122 kəndi tamamilə dağıdılmış, 2750-dən çox ev yandırılmışdır. Burada baş verən soyqırımı aktları insanı heyrətə gətirir. Belə ki, Qubada aşkarlanan kəllə və digər insan sümüklərində güllə yeri yoxdur. Çünki erməni faşistləri soydaşlarımızı küt alətlərlə qətlə yetiriblər. Bəzi kəllə sümüklərində mismarlar aşkarlanıb. İnsanların başına mismar vurmaqla amansızlıq və xüsusi nifrətlə öldürmək kimi vəhşilik ermənilərə xas olan tipik xüsusiyyətdir.

Ermənilər tərəfindən xalqımıza qarşı bu amansız qətliam digər yerlərdə və müxtəlif illərdə davam etdirilib.

Qeyd etmək vacibdir ki, sovet dövründə də ermənilər azərbaycanlılara qarşı soyqırımı siyasətini davam etdirmişdilər. 1920-30-cu illərdə, eləcə də İkinci Dünya müharibəsindən sonra ermənilər azərbaycanlıların həbs edilərək Sibirə sürgün edilməsində, xalq düşməni kimi edam olunmasında, din xadimlərinin, ziyalıların görkəmli nümayəndələrinin məhv edilməsində, günahsız insanlara qarşı əsassız repressiyaların həyata keçirilməsində öz "töhfə"lərini vermişdilər. 

1988-ci il hadisələri zamanı Qarabağın Ermənistana birləşdirilməsi məsələsi qaldırıldıqdan sonra bir neçə yüz min həmvətənimiz Qərbi Azərbaycan torpaqlarından didərgin salınmış, 400-dən çox insan vəhşicəsinə qətlə yetirilmişdi. Azərbaycan torpaqlarının 20 faizinin işğalı nəticəsində bir nəfər də olsun azərbaycanlının qalmadığı Ermənistandan, yuxarı və aşağı Qarabağdan qaçqın düşənlərin sayı 1 milyonu ötmüşdü.

Uzun illər sovet imperiyası bu dəhşətli cinayəti ört-basdır etməyə çalışsa da, xalqımız bu ağrını-acını unutmadı, daim qəlbində daşıdı. 
Xalqımıza qarşı törədilmiş bütün soyqırımı faciələrini  qeyd etmək məqsədilə Ümummilli lider Heydər Əliyev tarixi qərara imza ataraq 31 martı Azərbaycanlıların Soyqırımı Günü elan etdi. 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” fərmanından sonra 31 mart tarixinin anılması, gənc nəsillərə ötürülməsi və beynəlxalq səviyyədə tanıdılması Azərbaycan dövlətinin və xalqının üzərinə düşən tarixi vəzifələrdən birinə çevrildi. Azərbaycan dövləti bu faciəni beynəlxalq səviyyədə tanıtmaq üçün mühüm addımlar atmağa başladı. Beynəlxalq konfranslar və tədbirlər təşkil edildi. 

Dünya ictimaiyyətinə tarixi faktlar təqdim olunaraq erməni təbliğatına qarşı elmi və diplomatik mübarizə aparıldı.

Yalnız 1918-ci ildə deyil, ondan qabaq və müasir dövrümüzdə də imperiya qüvvələrinin himayədarlığı ilə ermənilər insanlıq adına ləkə olan iyrənc əməllərini davam etdirdilər. Yüz mindən çox azərbaycanlını doğma yurdlarından didərgin salan bədnam qonşularımız tarixi torpaqlarımızda ikinci erməni dövləti qurmaq üçün Qarabağla yanaşı, ətraf rayonları da işğal etdilər. Ötən əsrin ən dəhşətli cinayəti olan Xocalı qətliamını həyata keçirdilər. Lakin dünya bu dəhşətli soyqırımına göz yumdu. Yaşayış yerlərimizi xarabalığa çevirən, dini abidələrimizi, mədəni irsimizi dağıdan, Azərbaycan xalqının izini itirməyə çalışan və bölgəni qan gölünə çevirən düşmənin iki yuz il davam edən cinayətlərinə nəhayət ki, son qoyuldu.

Ali Baş Komandan cənab İlham Əliyevin liderliyi altında qəhrəman ordumuz 44 gün ərzində beynəlxalq hüququn norma və prinsipləri əsasında erməni separatizminin kökünü kəsərək ədaləti bərpa etdi və tarixi qisasımız döyüş meydanında alındı.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi 44 gün ərzində biz təkcə öz ərazi bütövlüyümüzü bərpa etmədik, təkcə düşməni torpağımızdan qovmadıq, təkcə milli ləyaqətimizi bərpa etmədik, biz erməni faşizminin başını əzdik.

Bu gün azad edilmiş torpaqlara gələn hər bir insan erməni vəhşiliyinin təzahürlərini öz gözləri ilə görür. Şanlı Vətən müharibəsində parlaq qələbəmiz xalq olaraq çəkdiyimiz məhrumiyyətlərə məlhəm oldu. 

Yaşadığımız  bu kütləvi qırğından, ağrı-acıdan uzun müddət keçsə də, bu dəhşətli faciənin ağır nəticələrini heç zaman unutmur, soyqırımı qurbanlarının xatirəsini daim ehtiram, qədirbilənliklə yad edirik.

Xumar Məmmədova, 
Naxçıvan MR Ali Məclisinin deputatı, 
Naxçıvan Dövlət Universitetinin dosenti

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:247
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Mart 2025 09:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see341

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see325

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see323

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see303

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see302

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see289

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see252

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see241

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see233

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see220

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see214

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see198

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see196

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see183

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see178

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see177

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see174

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri