32 ildir qrup mərhələlərində məğlub olmayan milli komanda
Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Niderland millisi DÇ-2026-nın 2-ci turunda İsveç üzərində 5:1 hesablı inamlı qələbə qazanaraq təsirli seriyasını davam etdirib.
Sportal.az xəbər verir ki, bu nəticədən sonra niderlandlılar dünya çempionatlarının qrup mərhələsində 1994-cü ildən bəri məğlub olmurlar. Onların qrup mərhələsindəki son məğlubiyyəti ABŞ-da keçirilən DÇ-1994-də Belçika millisinə qarşı 0:1 hesablı oyun olub. Həmin mundialda Niderland 1/4 finala qədər irəliləmiş və burada Braziliya yığmasına 2:3 hesabı ilə uduzmuşdu.
Sonrakı dünya çempionatlarında komanda qrup mərhələsini həmişə məğlubiyyətsiz keçib:
DÇ-1998-də yarımfinala yüksəlib, daha sonra üçüncülük oyununda Xorvatiya yığmasına məğlub olub.
DÇ-2006-da 1/8 finalda Portuqaliya millisinə uduzub.
DÇ-2010-da finala qədər irəliləyib və həlledici oyunda İspaniyaya 0:1 hesabı ilə məğlub olub.
DÇ-2014-də yarımfinalda Argentinaya penaltilər seriyasında uduzub.
DÇ-2022-də isə yenə Argentina ilə 1/4 finalda penaltilərlə mübarizəni dayandırıb.
Beləliklə, Niderland artıq 32 ildən çoxdur ki, dünya çempionatlarının qrup mərhələsində məğlubiyyət üzü görmür və bu, turnir tarixinin ən uzun seriyalarından biridir.
saytlarin hazirlanmasi
Baxış sayı:165
Bu xəbər 21 İyun 2026 00:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















