Icma.az
close
up
RU
33 gün əsirlikdə olan qazi: Düşmən Şuşanın azad olunması ilə barışa bilmirdi

33 gün əsirlikdə olan qazi: Düşmən Şuşanın azad olunması ilə barışa bilmirdi

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Gəncə, 10 oktyabr, Elcan Məmmədov, AZƏRTAC

Bayram Kərimov 44 günlük Vətən müharibəsində Füzuli, Şuşa və Xankəndi istiqamətində döyüşlərdə iştirak edib və yaralanaraq düşmənə əsir düşüb. Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli bəyanata əsasən, əsir və girovluqda olan 14 nəfər, o cümlədən Bayram 2020-ci ilin dekabrın 14-də Azərbaycana qaytarılıb.

Müharibənin başa çatmasından beş il ötsə də, Bayram o günləri xatırlayanda gözləri dolur. Baş verənləri, daha doğrusu mənfur düşmənin onun başına gətirdiyi oyunları həyəcanla xatırlayır. O, dəhşət dolu xatirələrini AZƏRTAC-ın bölgə müxbiri ilə bölüşüb.

Kərimov Bayram Yaşar oğlu 1992-ci il fevralın 3-də Gəncə şəhərində anadan olub. Orta təhsilini Gəncə şəhərində alan Bayram hərbi xidmətə yollanıb. Hərbi xidmətdən qayıtdıqdan sonra ailə həyatı quran qazinin bir övladı da dünyaya gəlib. Müharibədən əvvəl ustalıqla məşğul olan Bayram Kərimov 2020-ci ildə torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərə könüllü qatılıb.

“Noyabrın 8-i Xankəndi ərazisində ağır yaralandım və üç gün neytral ərazidə qaldım. Güclü qanaxmadan huşumu itirmişdim. Gözlərimi açanda harada olduğumu və nə baş verdiyini anlamırdım. Hətta sonralar düşmənin həmin anlarda mənimlə bağlı çəkdiyi videokadrları sosial şəbəkələrdə görəndə özümü tanımadım. Məlumat almaq üçün məni hər gün döyür, ağlagəlməz işgəncələr verirdilər. Bizimlə Azərbaycan dilində danışır, hər formada məlumat almağa çalışırdılar”, - deyə erməni vəhşiliklərinin canlı şahidi söyləyir.

O, Vətənə qaytarılmasının onun üçün bir möcüzə olduğunu deyib: “Şuşanın adı çəkiləndə çox narahat olurdular. Biz digər əsirlərlə Şuşadan danışanda gəlib bizi döyürdülər. Düşmən Şuşanın azad olunması ilə barışa bilmirdi. Bizi təyyarəyə mindirdilər, bilmədim hara aparırlar. Çünki yanımızdakılar erməni dilində danışırdılar. Bir də təyyarədən düşəndə başa düşdüm ki, Vətəndəyəm. Sevincimin həddi-hüdudu yox idi. Məni evimə sağ-salamat geri qaytardığına və torpaqlarımızı işğaldan azad etdiyinə görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə təşəkkürüm və minnətdarlığım sonsuzdur”.

Prezident İlham Əliyevin müharibə iştirakçılarına, şəhid ailələrinə olan yüksək diqqət və qayğısını Bayram da hiss edir. O, dövlət tərəfindən mənzillə təmin olunmaqla yanaşı, həmçinin sosial müavinət alır və müalicəsi davam edir.

O, Prezident İlham Əliyevin sərəncamları ilə "Şuşanın azad olunmasına görə", "Döyüşdə fərqlənməyə görə" və "İgidliyə görə" medallarına layiq görülüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Oktyabr 2025 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see194

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see171

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see170

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see134

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see125

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri