Icma.az
close
up
RU
“3+3” tarixə qovuşur, “3+” gəlir Yeni format

“3+3” tarixə qovuşur, “3+” gəlir Yeni format

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda keçirdiyi mətbuat konfransında “3+3” formatında xarici işlər nazirlərinin görüşlərinin Bakı və İrəvanda keçirilməsini təklif edib. Bu açıqlama Cənubi Qafqazda regional əməkdaşlıq platformasının gələcəyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Bununla belə, formatın yenidən aktivləşməsi üçün ortaq gündəliyin olub-olmaması və belə görüşlərin region ölkələrinə nə verəcəyi məsələsi açıq qalır.

Rasim Musabəyov: “3+3” formatından yapışmaq Cənubi Qafqaz ölkələrinə fayda gətirmir

Modern.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rasim Musabəyov bildirib ki, “3+3” formatında görüşlərin keçirilməsi üçün hazırda ortaq və məqbul gündəlik yoxdur. Regionda mövcud vəziyyət də bu formatın fəaliyyətini çətinləşdirir.

Deputat qeyd edib ki, Rusiyanın Ukrayna ilə müharibə və sanksiyaların sərtləşdirilməsi, İranın isə İsrail və ABŞ ilə münaqişə səbəbindən ciddi problemləri var. Gürcüstanla bağlı da heç bir irəliləyiş müşahidə olunmur və bu ölkə “3+3” formatında iştirak etmir.

Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında məsələlərin həlli istiqamətində də ikitərəfli danışıqlar vasitəsilə irəliləyiş əldə olunur:

“‘3+3" formatı nə verəcək? Türkiyənin Ermənistanla münasibətlərini normallaşdırmaq üçün nə Rusiyaya, nə də İrana ehtiyacı var. Ona görə də bu formatın gündəliyi bəlli deyil. Rusiya və İran bir çox beynəlxalq platformalardan təcrid olunduqları üçün "biz də buradayıq, bizimlə hesablaşırlar" mesajını vermək istəyirlər. Bu səbəbdən görüşün İrəvanda və ya Bakıda keçirilməsi məsələsini gündəmə gətirirlər. Ancaq nə Bakı, nə də  İrəvan bu formatda xarici işlər nazirləri səviyyəsində görüş keçirilməsi üçün təşəbbüs göstərir”.

R.Musabəyov xatırladıb ki, Azərbaycan böyük beynəlxalq tədbir keçirib və burada bir sıra prezidentlər, baş nazirlər və xarici işlər nazirləri iştirak ediblər. Ermənistan da COP17-yə ev sahibliyi edib.

Deputatın fikrincə, ilin sonuna qədər nə Bakının, nə də İrəvanın “3+3” formatında görüş keçirmək üçün maraq və təşəbbüs göstərəcəyi gözlənilir.

O, gələcəkdə “3+3” əvəzinə “3+” formatının tətbiq edilməsini təklif edib:

“Üç Cənubi Qafqaz ölkəsi bir araya gələrək "3+Türkiyə", "3+Rusiya", "3+İran", "3+ABŞ", "3+Avropa İttifaqı" formatlarında görüşlər keçirə bilər. Əlavə "3+" formatları da yaratmaq mümkündür. Əsas məsələ "3+" yanaşmasıdır. "3+3" formatından yapışmaq Cənubi Qafqaz ölkələrinə fayda gətirmir. Region dövlətləri yalnız üç əlavə tərəflə özlərini məhdudlaşdırmış olurlar. Biz belə bir məhdudlaşmaya razı deyilik və bu, maraqlarımıza da cavab vermir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:83
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 Oktyabr 2026 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see304

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see294

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see285

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see277

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see261

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see259

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see243

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see236

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see225

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see207

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see197

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see195

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see191

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see189

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see185

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see175

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see171

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see170

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see165

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri