Icma.az
close
up
RU
3 dost 3 şəhid

3 dost 3 şəhid

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Bu növbəti yazı da İkinci Dünya müharibəsində danılmaz hünər göstərmiş ataların yolunun oğulların yolu olduğuna daha bir sübutdur. Şəhidlərimizi unutmuruq, xatirələrini ehtiramala yad edirik. Qoy, həmişə “Dəmir yumruq” düşmənlərin üstündə olsun".

...Hər üçü eyni taleyi yaşayıb. Zabitlik oxuyub, leytenant rütbəsi alıblar, 44 günlük Vətən müharibəsində ön cəbhədə vuruşub və şəhid olublar. Bəlkə də kursant ikən bu şəkli çəkdirən dostların ağlına da gəlməyib ki, bir vaxt adamlar fotoya vaysına-vaysına baxacaq, onların ruhuna dualar oxuyacaqlar.

Amma dəqiq bilinən budur ki, şərəfli hərbçi peşəsini seçməklə hər üçü ata-babalarının qəhrəmanlıq estafetini davam etdirmək, torpaqlarımıza göz dikən nankor qonşularımıza qarşı canı və qanı ilə mübarizə aparmaq əzmində olub.

Ayrılmaz dostlar olan Coşqun, Bəxtiyar və Ərtoğrul ali hərbi məktəbdə biliklərə birlikdə yiyələnir, birlikdə qalır və birlikdə dincəlirdilər. Onlara hamı “Üç dos – 3 qardaş” deyirdi. Amma ağzı yanmış fələk dostları bu dünyada bir-birindən tez ayırdı. Təsəllimiz budur ki, indi onlar Cənnətdə, yenə də birlikdədirlər.

Şəkildə sağdakı Coşqun Mikayıl oğlu Xəlilov 1998-ci il oktyabrın 29-da Neftçala rayonunda anadan olub. 2004-cü ildə Qismət Nuralıyev adına Xol Qaraqaşlı kənd tam orta məktəbinə qəbul edilib. 2015-ci ildə həmin məktəbin məzunu olub. Elə həmin il də sənədlərini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə verib. Orada 4 il ərzində sevimli sənətinin sirlərinə sevə-sevə yiyələnib. 2019-cu ildə leytenant rütbəsi alaraq Beyləqan rayonundakı “N” saylı hərbi hissədə qulluğa başlayıb. Xidmət dövründə 3 dəfə fəxri fərmanla təltif olunub.

Azərbaycan Ordusu Quru Qoşunlarının leytenantı olan 22 yaşlı bu igid 2020-ci il sentyabrın 27-də Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cəmi 9 gün vuruşsa da, adını zəfər salnaməmizə yazdıra bilib. Oktyabrın 5-də Füzuli döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb. Ertəsi gün isə doğma kəndlərindəki qəbirstanlıqda dəfn olunub. Prezident sərəncamlarına əsasən, şəhid Coşqun Xəlilov ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Ortadakı Bəxtiyar Saleh oğlu İslamov 1997-ci il iyunun 11-də Şirvan şəhərində dünyaya göz açıb. Orada Arif Hüseynzadə adına 4 nömrəli tam orta məktəbdə oxuyub. 2012-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə, 2015-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbinə qəbul olunub. Zabitlik təhsilini uğurla bitirdikdən sonra Bəxtiyar “N” saylı hərbi hissədə xidmətini davam etdirib. Xüsusi Təyinatlı Qüvvələrinin sıralarında xidmət edib.

Azərbaycan Ordusunun leytenantı olan Bəxtiyar İslamov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələrinin torpaqlarımızın xilası naminə başladığı haqq savaşının önündə gedib. Füzuli, Cəbrayıl və Xocavəndin azadlığı uğrunda döyüşlərdə fərqlənib. “Canavar” ləqəbli Bəxtiyar oktyabrın 12-də Xocavənd döyüşləri zamanı Hadrut istiqamətində şəhid olub. Şirvan şəhərində dəfn olunub.

Vətən müharibəsində qəhrəmanlıq nümunəsi göstərən leytenant İslamov “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, eləcə də Füzulinin və Cəbrayılın azad olunmasına görə medalları ilə təltif olunub. Şəhadətə ucalması ilə bəxtiyar olan Bəxtiyarın doğum günü münasibətilə Şirvan şəhərində yaşadığı məhəllədə adına xatirə bulağı inşa edilib.

Ürək parçalayan şəkildə soldakı isə Ərtoğrul Hümbət oğlu Nadirlidir. 31 mart 1997-ci il Sədərək rayonunun Qaraağac kəndində anadan olub. Hər gün Sədərək döyüşlərində can qoyan igidlər haqqında əfsanələr dinləyərək böyüyüb. Buna görə də əvvəlcə Naxçıvandakı Hərbi Liseyə daxil olub. 2015-ci ildə oranı əla qiymətlərlə bitirib, Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. 24 iyun 2019-cu ildə təhsilini başa vuraraq leytenant rütbəsi alıb. Tovuz bölgəsinə qulluğa göndərilib.

Tovuzda 6 aylıq xidmətdən sonra Bakıya kursa gələn Ərtoğrul buranı da uğurla bitirib və bu dəfə Daşkəsən rayonunda xidməti vəzifəyə yola salınıb. 27 sentyabrda oradan Vətən müharibəsində iştirak etmək üçün XTQ zabiti kimi Goranboy rayonuna ezam olunub. Murovdağ yüksəkliyinin alınmasında döyüş yoldaşları ilə birgə çətin əməliyyatlarda iştirak edib, qəhrəmanlıq göstərib. Eyni zamanda, onlarla yaralı yoldaşını döyüş bölgəsindən çıxarıb. Orada xeyli sayda erməni faşistlərini məhv ediblər. Ərtoğrul Nadirli oktyabrın 2-də Murovdağ döyüşləri zamanı uzaq məsafədən snayperdən açılan atəşlə şəhid olub. 52 gün sonra yüksək rütbəli hərbçilərin köməyi ilə tapılıb. Sədərək rayonunun Şəhidlər xiyabanında dəfn olunub. III dərəcəli "Rəşadət" ordeni, “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.

Qəhrəmanlarımızın hər üçü subay idi. Bəlkə də əhd etmişdilər ki, bir-birlərinin toyunda oynayıb-güləcək, sağlıq deyəcəklər. Ya da gələcəkdə general olsunlar deyə, hərbi akademiyaya daxil olub yenə də birlikdə oxumağı qərara almışdılar. Amma birgəliklərinin son yadigarı bu şəkil oldu onların...

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:197
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 May 2025 11:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1213

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see490

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see380

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see378

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see372

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see330

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see313

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see275

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see209

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see209

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see206

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see200

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see196

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see191

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see184

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see182

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see164

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see157

“Bu, ciddi bir xəstəlikdir...”

05 Oktyabr 2026 18:07see157

Naxçıvanda 400 dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib

05 Oktyabr 2026 21:37see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri