Icma.az
close
up
RU
“3+3”: Cənubi Qafqazda yeni nizama doğru

“3+3”: Cənubi Qafqazda yeni nizama doğru

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Əməkdaşlıq ümidi, yoxsa rəqabət meydanı?

Mayın 18-də İranın paytaxtında keçirilmiş “Tehran dialoqu 2025” forumu Cənubi Qafqazda sülh və əməkdaşlıq imkanlarının növbəti dəfə müzakirəyə çıxarıldığı mühüm toplantıya çevrildi. Əlbəttə, sözügedən forum, ilk növbədə, ev sahibi kimi, İİR-in regional sabitliyə və inkişafa verdiyi önəmin göstəricisidir və mövcud məqam təqdirəlayiqdir. 

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev toplantıda çıxış edərək, diqqəti “3+3” regional məşvərət formatına yönəltdi. Daha doğrusu, cənab Hacıyev həmin formatı sülh və əməkdaşlıq imkanları baxımından dəyərləndirdi. Hesab edirik ki, onun bildirdiyi fikirlərdə bir neçə vacib məqam var və bu barədə söz açacağıq. Ancaq əvvəlcə qısa arayış verək. 

***

Məlum olduğu kimi, “3+3” regional məşvərət formatı Cənubi Qafqaz üzrə, mahiyyətcə, yeni əməkdaşlıq təşəbbüsüdür və 2020-ci ilin 44 günlük müharibəsindən sonra Azərbaycan və Türkiyə Prezidentləri tərəfindən irəli sürülüb. Əlbəttə, cənab Ərdoğanın təşəbbüsü Azərbaycanın da bu ideya ilə həmrəyliyi prizmasında dəyərləndirilməli hadisədir. Ölkəmizin ötən müddətdə “3+3”-ün gerçək fəaliyyət mexanizminə çevrilməsinə böyük əmək sərf etməsi fikrimizin təsdiqidir. H.Hacıyevin Tehranda bu formatın üzərində geniş dayanması da rəsmi Bakının “3+3”-lə bağlı prinsipiallıq göstəricisidir.

Bəli, “3+3” bölgədə sülh, sabitlik və iqtisadi əməkdaşlığı inkişaf etdirmək məramından qaynaqlanır və özündə Cənubi Qafqazın Azərbaycan, Gürcüstan və Ermənistan kimi “daimi sakinləri” ilə yanaşı, regiona tarixən bağlı olan Rusiyanın, Türkiyənin və İranın birgə fəaliyyətini, ölkələrin qarşılıqlı maraq və mənafelərinin uzlaşdırılmasını hədəfləyir. H.Hacıyevin Tehranda dilə gətirdiyi fikirlər isə sözügedən uzlaşmanın dəyişən dünyanın reallıqlarına adekvatlıq  zərurətinin vurğulanması idi. Yəni, “3+3” dinamikliyini qorumalı, “Region region ölkələri üçündür” şüarını konkret əməl müstəvisində təsdiqləməlidir. Bu, gələcək üçün təminatdır. 

“3+3”-ün işlək mexanizm kimi özünü doğrultması, formatın iqtisadi, nəqliyyat və enerji layihələrinin birgə reallaşdırılması, siyasi dialoqun təşviqi, münaqişələrin diplomatik yolla həlli, xarici müdaxilələrin azaldılması və region daxilində qərarvermənin gücləndirilməsi immunitetinin artırılmasından asılıdır. Bunun üçün isə formatdaxili ziddiyyətlərin aradan qalxmasına ehtiyac var. Nəzərə alaq ki, Azərbaycan və Ermənistan sülh müqaviləsi mətninin bütün müddəalarını razılaşdırsalar da, tərəflər arasında gərginlik saxlanılmaqdadır. Üstəlik, Gürcüstanın Rusiyaya (ölkənin Cənubi Osetiya və Abxasiyadakı separatçı qurumlara dəstək verdiyinə) görə platformada təmsilçilik həyata keçirmədiyi də vurğulanmalıdır. 

Hazırda dünyanın yeni bloklaşmalar və güc mərkəzləri arasında bölünməsi kimi reallıq da var və bu, heç də xeyirli tendensiya deyil, əksinə ziyanlıdır. Nəzərə alsaq ki, Cənubi Qafqaz mövqe kəsişmələrinin mərkəzində dayanır, bu gün mövcud müstəvidə xarici təsirlərin azaldılmasına ehtiyac dünənkindən daha çox duyulmaqdadır. Deməli, daxili qərarvermə imkanlarının gücləndirilməsi şərtdir. H.Hacıyevin Tehrandakı çıxışında vurğuladığı daha bir məqam elə bu idi. 

***

Ümumən, nəqliyyat, energetika, təhlükəsizlik və ticarət kimi sahələrdə inteqrasiyanın stimullaşmasının tərəfdarı olan Azərbaycan “3+3”-ü həm sülh quruculuğu, həm də regional inkişaf baxımından strateji fürsət sayır. Türkiyənin Azərbaycanın baxışlarını bölüşdüyü məlumdur. Gürcüstanın platformada iştirakçılığının olmaması reallığından söz açdıq. Ermənistana gəldikcə, ölkə tərəddüdlüdür. Əslində, buna tərəddüd demək doğru sayılmaz. 

Məsələ ondadır ki, rəsmi İrəvan tipik erməni təfəkküründəki xəstəlikdən qoruna bilmir. Xəstəlikdə isə “3+3”-ün “Azərbaycanın və Türkiyənin diktəsi” kimi təqdimatına köklənmə əzmi var. Məhz ənənəvi xəstəliyin nəticəsidir ki, Ermənistan rəhbərliyi hazırda bu platformanın gerçək inkişaf imkanları açdığını düşünmək imkanından məhrumdur və hələ də Qərbin nağıllarına inanmaq yolunu tutur. 

***

Rusiya və İran. Əslində, bu iki dövlətin “3+3” üçün daha çox fəallıq göstərdiklərini düşünmək mümkündür. Bu mənada, ilk növbədə, Rusiyanı vurğulamaq lazımdır. Məsələ ondadır ki, Moskva Qərbin Cənubi Qafqaz müstəvisində üstünlüyə yiyələnərək, onu bölgədən uzaqlaşdırmaq üçün çeşidli planlar qurduğunun fərqindədir. Kreml özü müstəqil şəkildə həmin planlara qarşı çıxmaq imkanından uzaqdır. Hər halda, Ukrayna müharibəsi ilə paralel “ikinci cəbhədə” mübarizə aparmaq ona qətiyyən sərfəli deyil. Bu səbəbdən “3+3” hazırda Rusiyanın qoruyucu çətiri funksiyasını daşıyır. Hesab edirik ki, bu nöqteyi-nəzərdən Moskvada Azərbaycanın və Türkiyənin önəmini dərk edirlər. 

Bəli, “3+3” Rusiya üçün obrazlı desək, müharibədə əsgərsiz döyüş aparmaq imkanı və yüksək səviyyəli təminatdır. Əlbəttə, bu təminatın möhkəmlənməsinə ehtiyac var ki, bu da Moskvanın həm Bakıya, həm də Ankaraya münasibətdə daha səmimi davranmasının vacibliyi reallığını doğurur. Başqa sözlə desək, Kremlin səmimiyyət göstəricisi yüksək olmalıdır. Məsələn, AZAL-ın ötən il dekabrın 25-də Rusiya səmasında vurulmuş təyyarəsinə görə məsuliyyət məsələsində gecikmək olmaz. Halbuki, biz bunun əksini görürük. Görür və bu nəticəyə gəlirik ki, Rusiya “3+3”-ə təkcə öz maraq pəncərəsindən baxır. Ölkə qarşılıqlı hörmət və faydanı əsas götürməli, ədalətli davranmalıdır. Bütün dünyanın ona qarşı çıxdığı hazırkı durumda Kreml mövqeyini konkretləşdirməli, “oyun içində oyun” qurmaqdan çəkinməlidir. 

Gələk, bilavasitə İranın üzərinə. İran “3+3” təşəbbüsünü regional mövqelərinin qorunması və Zəngəzur dəhlizinə qarşı alternativ yanaşma irəli sürmək fürsəti kimi dəyərləndirir. Həmçinin, Tehranın bu platformanı Qərb təsirinə qarşı “Şərq modeli” olaraq təqdim etdiyi də məlumdur. Ayrıca bildirək ki, İranın Rusiya kimi, öz maraqlarını öndə tutması, müəyyən mənada, təbiidir. Ancaq Tehranın da üzərində düşünməli, konseptual yanaşmalı olduğu məqamlar istisna deyil. Məsələn, onun nə üçün Zəngəzur dəhlizinə qarşı çıxdığı heç əvvəldən də anlaşılmırdı. Əgər İran Ermənistanın ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığı məntiqi ilə hərəkət edirsə, daha doğrusu, regionda sərhədlərin dəyişməsinin yolverilməzliyini əsas götürürsə, bu baxımdan hansısa narahatlığa əsas yoxdur. Çünki Zəngəzur dəhlizi, prinsipcə, böyük Orta Dəhliz ideyasının tərkib hissəsidir və Tehran üçün bu dəhlizdə iştirak hava-su kimi vacibdir. Üstəlik, Azərbaycanın Ermənistanın sərhədlərinin toxunulmazlığına dair təminatı var. Ermənistan bu təminatla kifayətlənmirsə və Qərbin ayırıcı xətlər ssenarisində yer alırsa, İran rəhbərliyini məhz bu məqam düşündürməlidir. Çünki heç bir təminat yoxdur ki, Tehran həmin ssenarinin zərərindən sığortalana biləcək. 

***

Bir məqamı da diqqətə çatdıraq. Hesab edirik ki, bütün çətinliklərə baxmayaraq, yaşadığımız regionun müstəqil özünütəsdiq platforması fəlsəfəsini rəhbər tutan “3+3”-ün mahiyyəti bu siyasi düzənin bütün oyunçuları tərəfindən yetərincə dərk edilməkdədir. Hərçənd, yalnız dərkin yetərli olmadığı qənaətindəyik. Axı təkcə nəzəriyyə ilə kifayətlənmək olmaz, dünya gözləmir... 

Bütün bu bildirdiklərimiz fonunda ortaya vacib sual çıxır ki, region ölkələri və regiona bağlı dövlətlər nəyi seçirlər: “3+3”-ü, yoxsa alternativ yolu? Məhz bu sual ətrafında geniş düşünmək zərurəti yaranır. Məsələ ondadır ki, regionun axarını dəyişən, ona yeni geosiyasi ovqat gətirən 44 günlük müharibədən sonra irəli sürülmüş “3+3” platforması reallıqlara adekvat olaraq formalaşıb. Bu siyasi müstəvi nə qədər mürəkkəb görünsə də, əslində, yeni çağırışlara verilmiş rasional cavabdır. Yəni, region ölkələri, xüsusilə Ermənistan, mövcud təşəbbüsə iradə ilə yanaşsa, “3+3” formatı Cənubi Qafqazda uzunmüddətli sabitliyin və əməkdaşlığın əsas dayağına çevrilə bilər. Azərbaycanın mövqeyi də bundan ibarətdir və H.Hacıyevin Tehranda bildirdikləri ölkəmizin sözügedən formata sadiqliyinin növbəti əyani nümayişidir. Yəni ölkəmizin rəsmisinin qeyd etdiyi kimi, bu format diplomatik meydan olaraq fəaliyyətini genişləndirməli, kağız üzərində ideya yox, real nəticələr doğuran mexanizmə çevrilməlidir.

Ə.CAHANGİROĞLU
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 May 2025 06:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

17 ci körpəsini dünyaya gətirdi

22 Sentyabr 2026 00:57see277

Neftçi dən transfer bombası: Türkiyə klubu ilə razılıq əldə olundu

22 Sentyabr 2026 00:42see260

Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu (Foto)

21 Sentyabr 2026 22:32see252

Xərçəng və qidalar barədə həqiqət “Total hücum”dur?

22 Sentyabr 2026 09:03see249

Qazlı içkilər içənin mədəaltı vəzisi çökür Xəbərdarlıq

21 Sentyabr 2026 23:00see237

ABŞ nin yeddi hava limanında uçuşlar dayandırılıb

21 Sentyabr 2026 23:31see236

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

22 Sentyabr 2026 20:39see235

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

22 Sentyabr 2026 17:58see232

Saxta kosmetik məhsulu necə tanımaq olar? Səhiyyə Nazirliyindən VACİB XƏBƏRDARLIQ

22 Sentyabr 2026 10:39see225

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

22 Sentyabr 2026 18:05see224

Qızılca ilə bağlı son vəziyyət açıqlandı RƏSMİ

22 Sentyabr 2026 13:33see218

Məşhur modelin oğlunun ölüm səbəbi açıqlandı

22 Sentyabr 2026 16:59see216

Sədr: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üzrə işləri 4 mərhələdə həyata keçirir

22 Sentyabr 2026 14:36see207

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

22 Sentyabr 2026 20:31see200

Məscidə terror hücumu planlaşdıran yeniyetmə saxlanılıb

22 Sentyabr 2026 18:18see191

Dağ mədən sənayesi ölkə iqtisadiyyatının dayanıqlığını təmin edəcək Eyyub Kərimli

22 Sentyabr 2026 19:49see186

U 17 millisi Gəncədə

22 Sentyabr 2026 20:42see185

Turan Tovuz Fənərbaxça matçının biletlərini necə əldə etmək olar? qiymətlər bəlli deyil

22 Sentyabr 2026 00:42see184

Mikayıl Cabbarov bu sahədəki son vəziyyəti AÇIQLADI

22 Sentyabr 2026 15:38see183

Misir Mərdanovun yaratdığı jurnal ləğv olunur

22 Sentyabr 2026 17:09see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri