Icma.az
close
up
RU
“3+3” vacibdir, ...amma nəyə görə?

“3+3” vacibdir, ...amma nəyə görə?

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Rusiya, regional gündəlik və gözləntilər

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “3+3” regional məşvərət formatı çərçivəsindəki növbəti görüşün Bakıda və ya İrəvanda keçirilməli olduğunu xatırladıb. Ən doğru ifadə isə budur: M.Zaxarova, ümumən, belə bir formatın mövcudluğunu yada salıb. Yeri gəlmişkən, son vaxtlar Rusiya rəsmiləri “3+3”dən danışmağa həvəslidirlər. Yazımızda bu həvəsin nədən qaynaqlandığı barədə söz açacağıq. Amma əvvəlcə başqa məqamları vurğulayaq.

İlk növbədə, Rusiyanın “3+3” regional məşvərət formatını qabartması üzərində dayanaq. Cənubi Qafqaz müstəvisində cərəyan edən proseslər fonunda ölkənin ictimai cəbhədə təmsil olunan bəzi şəxslərin son dərəcə aqressiv bəyanatlar vermələrini nəzərə alsaq, Kremlin belələrinin baxışlarına deyil, diskussiyalara üstünlük verməsi müsbət haldır. Deməli, rəsmi Moskva hərbə-zorbalıqdan uzaqdır, bölgəyə dair məsələlərdə müzakirə məntiqini qorumağa meyillidir.

İkinci məqam. Xatırladaq ki, 44 günlük müharibədən sonra Azərbaycan Türkiyə ilə birgə regionda yeni əməkdaşlıq formatını təklif etdi. Bu, 2020-ci ilin sonunda oldu. 2021-ci ildə mövcud təşəbbüs “3+3” regional məşvərət formatı kimi təşəkkül tapdı. Özü də Moskvada. Yəni qurumun ənənəvi olaraq xarici işlər nazirləri səviyyəsində keçirilən ilk görüşü Rusiyanın paytaxtında reallaşdı. İkinci görüş 2023-cü ildə Tehranda, üçüncüsü isə 2024-cü ildə İstanbulda oldu. İstanbul görüşünün qərarına görə, növbəti toplantı 2025-ci ildə Bakıda və ya İrəvanda düzənlənməli, Azərbaycan və Ermənistan ardıcıllığı özləri müəyyənləşdirməlidirlər. Əslində, Zaxarovanın dediyi də budur. Amma...

Ümumən, “3+3” müstəvisi Cənubi Qafqazda əməkdaşlıq, təhlükəsizlik, iqtisadi və nəqliyyat əlaqələrinin inkişafı üçün nəzərdə tutulmuş regional məsləhətləşmə və dialoq mexanizmi kimi formalaşıb. Mövcud mexanizmdə Azərbaycan, Türkiyə və Rusiya ilə yanaşı, İran və Ermənistan da təmsil olunur. Gürcüstana gəldikdə, ölkə Moskva ilə ziddiyyətlər səbəbindən kənardadır. Amma Tbilisi üçün formatın qapıları açıqdır...

“3+3”ün fəlsəfəsinə gəlincə, məlumdur ki, Azərbaycan 44 günlük müharibədən sonra Ermənistana sülh əlini uzatdı. Münaqişə məntiqini tarixə qovuşdurmaq istəyən Bakı çalışdı ki, İrəvanla normallaşma xətti yalnız Rusiyanın vasitəçiliyi məntiqinə söykənməsin. Axı normallaşma beynəlxalq miqyasda da leqallıq qazanmalı idi. İş təkcə Rusiya ilə aşmazdı və...

Digər tərəfdən, “3+3” “region region ölkələri üçündür” şüarını əsas tutdu. Bakı isə müəyyən mənada İrəvana “pas” verdi. Təxminən belə: Ermənistan regionun tərkib hissəsidir və baş nazir Nikol Paşinyan administrasiyası Qərbdəki havadarlarına başa salacaq ki, bu platformada əldə edilmiş hansısa razılaşma Rusiyanın diktəsi yox, regionun mənafeyi baxımından vacibdir. Lakin Ermənistanın planları başqa idi. Ölkə yeni ambisiyalara həvəs göstərdi. Sonradan onun başqa regional gündəliyinin mövcudluğu üzə çıxdı.

Doğrudur, erməni iqtidarı “3+3”-dən imtina etmədi, çünki İranı özünə sipər gördü. Türkiyə hər bir halda Azərbaycanın maraqlarından çıxış etdi. Əlbəttə, Ankara üçün Cənubi Qafqaz coğrafiyasında dayanıqlı əməkdaşlıq platforması vacib idi. Onun ölkəmizlə birgə “3+3”ə maraq göstərməsi həm də bundan qaynaqlandı. İran və Rusiyaya gəldikdə, onlar regionda kənar qüvvələri görmək istəmirdilər. Ona görə də formatın işlək mexanizm kimi özünü təsdiqləməsinə maraq göstərdilər.

Bəli, Rusiya “3+3”ə bilavasitə şəxsi pəncərəsindən yanaşdı. Formata Cənubi Qafqazı Qərb təsirindən qorumaq aləti qismində baxan Moskva regiondakı münaqişəli durumun aradan qaldırılması naminə heç nə etmədi. Daha doğrusu, münaqişənin həllini öz inhisarına götürməyə girişdi. Konkret desək, Rusiya Azərbaycan–Ermənistan gərginliyinin azaldılmasını “3+3”ə sığışdırmaq istəmədi. Nəzərə alaq ki, həmin vaxt Qarabağda separatçı rejim qalırdı. Ermənistanı yenidən öz orbitinə qaytarmaq istəyən Kreml bunun üçün hər şeyə hazır olduğunu, dolayısı ilə sözügedən rejimi qorumaq niyyətini də açıqlayırdı. Yəni aydın idi ki, Rusiya Cənubi Qafqazdakı mövcudluq parametrini münaqişə məntiqini saxlamaqda görür.

Beləliklə, həm Moskvanın, həm də İrəvanın fərqli regional gündəliklərinin mövcudluğu “3+3”ün işlək mexanizmə çevrilməsinin qarşısını aldı. Ötən zaman kəsiyində Azərbaycan–İran münasibətlərindəki gərginlik fərdi təmaslar nəticəsində aradan qalxdı və hazırda Cənub qonşumuzdan eşidilən bəzi etirazlara baxmayaraq, Bakı və Tehran arasında regional məsələlər baxımından ciddi konsensus var.

Bu durum Türkiyə üçün də sərfəlidir. Digər tərəfdən, hazırda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi paraflanıb, ölkələr bu il avqustun 8-də Vaşinqtonda Birgə Bəyannamə imzalayaraq, mahiyyət etibarilə regional əməkdaşlığın vacib elementləri üzrə razılığa gəliblər və “3+3”ün vaxtilə açıqladığı prinsiplər reallaşmağa yaxındır. Deməli, belə bir formata ehtiyac yox kimidir.

Əlbəttə, birmənalı şəkildə demək olmaz ki, “3+3” lazımsızdır. Çünki Cənubi Qafqazın gələcək illərdə iqtisadi, nəqliyyat və siyasi baxımdan daha inteqrasiya olunmuş təhlükəsiz regiona çevrilməsi üçün nəzərdə tutulmuş mühüm mexanizmə, yəni regional məsləhətləşmələrə ehtiyac var. Heç şübhəsiz, hər görüş bu platformanın institusional olaraq möhkəmlənməsinə xidmət edəcək. M.Zaxarova da doğru vurğulayıb ki, əsas diqqət iştirakçı ölkələrin iqtisadiyyat, energetika, nəqliyyat və mədəniyyət sahələrində ardıcıl və harmonik əlaqələrinin inkişafına yönəldilir.

Amma Rusiyanın “3+3”ə əvvəldə haqqında söz açdığımız həvəsində əlahiddə məramın olduğunu ehtimal etmək mümkündür. Məsələ ondadır ki, Moskva Cənubi Qafqazda tutunmaq və bunu sivil, yəni diplomatik şəkildə həyata keçirmək niyyətindədir. Əslində, Ukrayna ilə müharibə fonunda dünyanın ona qarşı çıxması Kremlə başqa yol tanıtdırmır. Amma bu düzəndə addımlamaq üçün son dərəcə ciddi səmimiyyətə ehtiyac var. Səmimiyyət isə bərabərtərəfli, qarşılıqlı faydaya söykənmiş münasibətlər məntiqini əsas götürməkdən asılıdır.

Sonda ümumiləşdirmə apararaq belə bir qənaətə gələ bilərik: Həm Zaxarova, həm də digər Rusiya rəsmiləri bilməlidirlər ki, “3+3”dən söz açarkən və bu formatın növbəti toplantısının Bakıda və ya İrəvanda təşkili barədə qərarın qəbul olunduğunu xatırlatmaqla, Azərbaycanın və Ermənistanın öz öhdəliyini yerinə yetirmək istəməməsi görüntüsünü yaratmaq o qədər də yerinə düşmür. Çünki problem XİN rəhbərlərinin görüşünün hansı paytaxtda geçəkləşməsində deyil. Problem Rusiyanın “3+3” çərçivəsində açıqlanmış prinsiplərə nə dərəcə sadiq qalacağına, gözləntiləri doğruldacağına, hansısa fərqli məqamları ortaya atmayacağına inanıb-inanmamaqla bağlıdır. Nəhayət, inanmaq lazımdır ki, Moskva bu formatda özünü Azərbaycan və Ermənistan arasında münasibətləri normallaşdıran vasitəçi obrazında təqdim etməkdən uzaq duracaq. Axı vasitəçiliyə ehtiyac qalmayıb, köhnə “havalara” heç kəs qol qaldırmır.

Ə.RÜSTƏMOV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Noyabr 2025 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see378

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see348

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see329

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see248

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see241

2027 ci ildə ikon statusu qazanacağı gözlənilən 8 vintaj çanta (FOTO)

20 Avqust 2026 19:04see233

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see218

Süni intellektin yeni dövrü üçün vacib olan beş metal müəyyən edilib

20 Avqust 2026 21:49see181

Salyanda 16 yaşlı qızın toyunun qarşısı alınıb

21 Avqust 2026 04:41see168

Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ İxtisara düşsəniz...

21 Avqust 2026 06:07see165

Böyük Qayıdış: verilən vəd və görülən işlər

20 Avqust 2026 13:23see160

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see159

Çayı belə içmək ÖLDÜRÜR ŞOK XƏBƏRDARLIQ

21 Avqust 2026 07:08see159

Pensiya ilə bağlı mühüm ANONS: yığılan pulu tez almaq üçün… Müzakirələr başladı KONKRET

21 Avqust 2026 08:59see158

“Dərədə moruq dər, döşdə çiyələk...”

21 Avqust 2026 03:00see156

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see155

FTB cinsi təcavüzdə ittiham olunan keçmiş konqresmen Svalvellin evinə basqın edib

20 Avqust 2026 21:53see154

Vens ABŞ nin İrana qarşı iqtisadi təzyiq kampaniyasının dəqiq müddətinin olmadığını bildirib

21 Avqust 2026 07:11see154

Nebenzya: İran Yaxın Şərqdə eskalasiyaya səbəb olmayıb

21 Avqust 2026 02:46see148

“Meta”, “Microsoft”a milyonlar ödəyir

20 Avqust 2026 18:07see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri