Icma.az
close
up
RU
34 il öncə, bu gün...

34 il öncə, bu gün...

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Naxçıvanda tarixi qərar verildi!

Həmrəylik, milli birlik bayramı

Niyə məhz 31 dekabr?

Bəs nə üçün 50 milyonluq dünya azərbaycanlılarının həmrəylik günü kimi məhz ilin son günü - dekabrın 31-i müəyyənləşdirilib? Uzaqgörən siyasətçi Heydər Əliyevin təşəbbüsü ilə bu tarixin seçilməsi böyük rəmzi məna daşıyır. Sirr deyil ki, azərbaycanlılar tarix boyunca bir çox haqsızlıqlara, təzyiqlərə, soyqırımlarına məruz qalıblar. Məhz imperialist güc mərkəzlərinin məkrli planlarının nəticəsidir ki, zaman-zaman tarixi torpaqlarımız zəbt olunub, bizim iradəmizdən kənarda ana Vətən bölünüb. Ancaq biz qəlbimizdə Vətən, torpaq sevgisi son dərəcə böyük olan bir xalqıq. Yadellilərin planları nə qədər məkrli, iblis xislətli olsa da, bizim qan yaddaşımızdan torpaq sevgisini, yurd həsrətini, bir-birimizə olan mənəvi bağlılığı silə bilməyib.

Ötən əsrin səksəninci illərinin sonlarına doğru keçmiş ittifaq məkanında adi olmayan proseslər gedirdi. Xalqların özünüdərk, özünütəsdiq hissləri güclənmişdi. Azərbaycan da milli azadlıq hərəkatının bu və ya digər şəkildə açıq müstəviyə keçdiyi respublikalar sırasında yer alırdı. Beləliklə, keçmiş SSRİ-nin süqutu ərəfəsində - 1989-cu il dekabrın son günlərində Araz sahillərində yaddaşımızda əbədi qalacaq hadisələr yaşandı. Arazın o tayından və bu tayından olan azərbaycanlılar onları ayıran tikanlı çəpərləri dağıtdılar. Hava soyuq və şaxtalı olsa da, Arazın sahilində bir-birinə qovuşan azərbaycanlılar günlərlə orada qaldılar və birləşmək istədiklərini bütün dünyaya bəyan etdilər. 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü də məhz xalqımızın birləşmək istəyini simvolizə edir.

Heydər Əliyevin həyat yolu - hər bir azərbaycanlı üçün sonsuz qürur mənbəyi

Zamanında Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsi ideyasını gündəmə gətirən və müvafiq qərarın qəbul olunmasına nail olan Heydər Əliyevin həm keçmiş sovet, həm də Azərbaycanın müstəqilliyi dönəmində fəaliyyəti və Onun keçdiyi mənalı, zəngin həyat yolu hər bir azərbaycanlı üçün sonsuz qürur mənbəyidir. Siyasət dahisi olan Heydər Əliyev SSRİ kimi nəhəng bir dövlətin rəhbərliyində təmsil olunurdu. Həmin dövrdə milyonlarla azərbaycanlı Moskvadan verilən xəbər saatlarında mavi ekranların qarşısında əyləşərək Heydər Əliyevin çoxşaxəli və məhsuldar fəaliyyətini iftixar hissi ilə izləyirdi.

Heydər Əliyev hələ keçmiş sovet dönəmində Azərbaycana rəhbərlik etdiyi illərdə hansısa bir səbəbdən xaricdə yaşayan azərbaycanlıların ana Vətənlə əlaqələrinin qurulmasına, soydaşlarımız arasında milli-mənəvi bağların möhkəmlənməsinə çalışır və bunu rejimin ideoloji çərçivələrini nəzərə almaqla ilk növbədə bizi birləşdirən dəyərlərə - milli mədəniyyətimizə, dilimizə sonsuz qayğı göstərməklə edirdi.

İş elə gətirdi ki, sonrakı mərhələdə dünya azərbaycanlılarının həmrəyliyinin təmin olunması missiyasının praktiki müstəvidə reallaşdırılması da Heydər Əliyevin üzərinə düşdü. Onun təşəbbüsü ilə 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirilib. Qurultay soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına öz müsbət təsirini göstərdi. Bu təşəbbüs Azərbaycanın dövlət siyasətinin yeni bir istiqamətinə çevrildi. Qurultaydan sonra Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə xaricdəki soydaşlarımızla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (hazırda Diasporla İş üzrə Dövlət Komitəsi) yaradılması, həmin il dekabrın 27-də isə “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanunun qəbul edilməsi dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesini daha da gücləndirdi.

50 milyonluq dünya azərbaycanlılarının Prezidenti

Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. Öz növbəsində Azərbaycan dövləti, şəxsən Prezident İlham Əliyev dünya azərbaycanlıları arasında həmrəyliyin gücləndilməsinə, onların ana Vətənlə əlaqələrinin genişlənməsinə güclü siyasi iradə göstərir. Dövlətimizin başçısı 22 il bundan əvvəl Azərbaycan Prezidenti kimi ilk dəfə and içərkən 50 milyonluq dünya azərbaycanlılarının Prezidenti olduğunu qürurla bəyan edib. Ötən dövrdə dövlətimizin  başçısı xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifələrindən biri kimi müəyyənləşdirib. Prezident İlham Əliyevin bu istiqamətdə ortaya qoyduğu siyasi iradə ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəlməsinə, onların vahid ideologiya və məqsədlər ətrafında daha sıx səfərbər olmalarına böyük töhfə verir. Hədəf xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsidir. Prezident İlham Əliyevin “Dünya azərbaycanlılarının II qurultayının keçirilməsi haqqında” 2006-cı il 8 fevral tarixli Sərəncamına uyğun olaraq həmin il martın 16-da Bakıda baş tutan növbəti mötəbər toplantı xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində yeni bir başlanğıcın əsasını qoydu və  ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində əhəmiyyətli rol oynadı. Prezident İlham Əliyevin 2018-ci il 6 iyul tarixli Fərmanı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondu yaradılıb. Bu Fond Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə dəstək vermək, onların maddi-texniki bazasını möhkəmləndirmək, milli-mənəvi dəyərlərimizi inkişaf etdirmək və dünyada daha geniş tanıtmaq, xaricdə yaşayan azərbaycanlıların sosial müdafiəsini gücləndirmək, bu sahəyə dövlət dəstəyinin ünvanlılığını təmin etmək məqsədilə yaradılıb. Dövlət başçımızın  təşəbbüsü ilə 2019-cu ildə “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı təsis edilib.

Şuşada dünya azərbaycanlılarının Zəfər qurultayı

Dünya azərbaycanlılarının 2001-ci ildə Bakıda keçirilən birinci qurultayında Heydər Əliyev əminliklə bildirib ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altında olan torpaqlar işğaldan azad ediləcək və Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıdacaqdır. Bu missiyanı xalqımız dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə reallaşdırmağa nail oldu. Artıq müstəqil Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam təmin edib. Şanlı Azərbaycan Bayrağının ölkənin bütün ərazisində əzəmətlə dalğalanması dünya azərbaycanlılarında sonsuz qürur hissi yaşadır.

Eyni zamanda, soydaşlarımız  son dərəcə qürurludurlar ki, uzun işğal illərindən sonra dünya azərbaycanlılarının V qurultayı azad Şuşada keçirildi. 22 aprel 2022-ci ildə baş tutan qurultayın açılış mərasimindəki çıxışında Prezident İlham Əliyev Şuşadan dünya azərbaycanlılarını salamlayıb. Qurultay çərçivəsində “Post-müharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr, fəaliyyət planı/yol xəritəsi”, “Qarabağın bərpası və yenidən qurulmasında Azərbaycan diasporunun töhfələri” mövzularında panel icaslar da təşkil olunub. “Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə Zəfər adı xalqımıza çox yaraşır”, - deyə Prezident İlham Əliyev dünya azərbaycanlılarına xitabən bildirib.

Mübariz ABDULLAYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 16 Dekabr 2025 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see748

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see464

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see292

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see284

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see281

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see268

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see259

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see254

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see252

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see248

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see235

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see222

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see215

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see211

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see211

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see210

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see205

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see203

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see201

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri