Icma.az
close
up
RU
106 il öncə bu gün...

106 il öncə bu gün...

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Bu gün – 7 dekabr Azərbaycan tarixinin ən əlamətdar günlərindən biridir. 106 il öncə bu gün Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti ilk iclasını keçirib, müstəqilliyimizin və hürriyyətimizin rəmzi olan üçrəngli bayrağımızı ilk parlament binasının üzərində qaldırıb.

70 il ərzində səsləndirilməsi qadağan olunmasına baxmayaraq ürəklərdə yaşadılmış azadlıq düşüncələrində, müstəqillik arzularında və demokratiya xəyallarında qorunub saxlanmış “Bir kərə yüksələn bayraq bir daha enməz” məşhur kəlamı da ilk dəfə məhz o gün səsləndirilib.

1991-ci ildə xalqımız bütün qadağalara sinə gərərək hürriyyət bayrağımızı yenidən ucaltmaqla Azərbaycan xalqının istiqlal əzmini qırmağın mümkün olmadığını bütün dünyaya sübut etdi.

Azərbaycan öz müstəqilliyini bərpa etdi və Ulu öndər Heydər Əliyevin sayəsində özünün dediyi kimi:

“Azərbaycan dünyaya günəş kimi yenidən doğdu!”

Tariximizin bütün dönəmlərində Müstəqillik və Dövlətçilik hər bir Azərbaycanlı üçün uğrunda canını belə əsirgəməyəcəyi ən müqəddəs amal olmuşdur.

Ona görə də bu gün ən böyük bayramlarımızdan biri kimi milli, dini, irqi mənsubiyyətindən və istənilən digər fərqlilikdən asılı olmayaraq hər bir Azərbaycanlı üçün müqəddəs bir tarixdir. Bu gün fərqli millətlərin və mədəniyyətlərin Azadlıq və Müstəqillik uğrunda vahid bir ailədə birləşdiyi Azərbaycan tarixinin bu günkü və gələcək nəsillərə qürur yaşadan şanlı səhifəsidir. Bu tarixi gün münasibətilə bütün xalqımızı təbrik edir, bayrağımızın həmişə ucalarda olmasını arzulayıram.

7 dekabrın tarixi əhəmiyyəti yalnız Vətənimiz Azərbaycanla məhdudlaşmır. 106 il öncə ilk Milli Məclisimizin öz işinə başlaması böyük türk dünyası tarixində və coğrafiyasında xalqın iradəsi ilə formalaşmış ilk parlament olmaqla bütün türk xalqlarının hər zaman qürur duyacağı tarixi bir nailiyyətdir.

Bu baxımdan 106 yaşlı Azərbaycan parlamenti bütün türk xalqları üçün azadlıq, müstəqillik və türk demokratiyası və parlamentarizminin beynəlxalq miqyasda ilk təntənəsidir. 7 dekabr günü bütün türk xalqları üçün parlamentarizm və demokratiyanın inkişaf perspektivlərində hər zaman istinad edəcəyi müasir əsaslı türk dövlətçiliyi tarixinin başlanğıc günüdür.

Ona görə də Azərbaycan parlamentinin 106-cı ildönümü münasibətilə bütün türk xalqlarını təbrik edir, dünyanın müxtəlif bölgələrində yaşayan bütün türk xalqlarına əbədi İstiqlal arzulayıram.

Cavanşir Feyziyev
Millət vəkili, fəlsəfə doktoru

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 07 Dekabr 2024 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see784

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see702

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see257

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see246

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see243

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see233

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see231

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see220

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see213

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see194

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see188

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see187

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see186

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see183

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see181

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see180

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see172

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see172

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see165

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri