Icma.az
close
up
RU
17 il öncə, bu gün...

17 il öncə, bu gün...

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

Ümumxalq səsverməsi nəticəsində Konstitusiyaya əlavə və dəyişikliklər edilib

2009-cu il martın 18-də ölkəmizdə ümumxalq səsverməsinin (referendum) keçirilməsindən 17 il ötür. Bu referendum gənc müstəqil Azərbaycanın hüquqi və demokratik dövlət quruculuğu yolunda mühüm mərhələlərdən biri hesab olunur. Referendum nəticəsində Azərbaycan Konstitusiyasının 29 maddəsinə əlavə və dəyişiklər edilib.

Referendum YAP-ın təşəbbüsü ilə keçirilib

Qeyd edək ki, Əsas Qanunda islahatların aparılması ilə bağlı təşəbbüs Yeni Azərbaycan Partiyasının deputat qrupu tərəfindən irəli sürülüb. Milli Məclis bu təşəbbüsü dəstəkləyib və  2008-ci il dekabrın 26-da “Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” Referendum Aktının layihəsi qəbul edilib. Referendumun keçirilməsi isə 18 mart 2009-cu ilə təyin olunub. Seçki kampaniyası başlandıqdan sonra seçicilərin maarifləndirilməsi, təklif edilən düzəlişlərin mahiyyətinin vətəndaşlara izah edilməsi istiqamətində çoxsaylı tədbirlər həyata keçirilib.

Belə ki, Referendum Aktının layihəsi rəsmi qəzetlərdə  dərc edilib, Milli Məclisin və Mərkəzi Seçki Komissiyasının internet səhifələrində yerləşdirilib. Layihəyə uyğun olaraq Azərbaycan Konstitusiyasının ümumxalq səsverməsinə çıxarılmış hissələrinin MSK tərəfindən hazırlanmış müqayisəli təqdimatı seçicilərin sayı nəzərə alınmaqla çap edilib, aşağı seçki komissiyaları vasitəsilə 5 milyona yaxın vətəndaşın ünvanına çatdırılıb. Arzu edən şəxslərin həmin sənədləri əldə edə bilmələri üçün seçki məntəqələrində müvafiq şərait yaradılıb. Referendum Aktının layihəsi və MSK-nın hazırladığı müqayisəli təqdimat plakat şəklində də çap edilib, seçicilərin tanış olmaları üçün yaxşı görünən yerlərdə asılmaqla ölkə ərazisində mövcud olan bütün dairə və məntəqə seçki komissiyalarının ərazisində yayılıb.

Mərkəzi Seçki Komissiyasının üzvləri və Katibliyin əməkdaşları tərəfindən referendum prosesi və səsvermə prosedurları ilə əlaqədar geniş maarifləndirmə işi aparılıb. Bununla bağlı televiziya və radiolarda 100-dək çıxış olub, mətbuatda 120-dən çox məqalə dərc edilib, MSK tərəfindən çoxsaylı təlimat, qayda, izah, yaddaş və digər normativ aktlar qəbul olunub, mətbuat və internet vasitəsilə ictimailəşdirilərək maraqlı subyektlərin əldə etmələri üçün onlara lazımi şərait yaradılıb. Respublika və müvafiq seçki dairələri üzrə seçki komissiyalarının 31 mindən çox üzvünü və mütəxəssisini əhatə edən çoxsaylı müxtəlif növ konfranslar, seminar-müşavirələr və treninqlər keçirilib. Eləcə də, Azərbaycan Prezidentinin İcra Aparatı (indiki Administrasiya), Mərkəzi Seçki Komissiyası və ATƏT-in Bakı ofisi respublikanın Bakı, Gəncə və Şirvan şəhərlərində ölkənin bütün yerli icra hakimiyyəti başçılarının və dairə seçki komissiyaları sədrlərinin iştirakı ilə referendum prosesinə müdaxilənin yolverilməzliyinə dair regional məlumat sessiyaları keçiriblər.

Ölkə üzrə 9 təşviqat qrupu fəaliyyət göstərib

Bundan əlavə, Seçki Məcəlləsinə uyğun olaraq, referenduma çıxarılan məsələlərin lehinə və ya əleyhinə təşviqat aparmaq üçün Mərkəzi Seçki Komissiyasında 9, dairə seçki komissiyalarında isə 124 təşviqat qrupu qeydə alınıb. Həmin qruplar imzatoplama kampaniyası dövründə aktiv seçki hüququ olan 600 mindən çox vətəndaşı əhatə edərək referendumqabağı təşviqat prosesinə cəlb ediblər. Təşviqat kampaniyası dövründə bütün referendum subyektləri üçün bərabər imkan yaradılıb, qanunvericiliyə uyğun olaraq pulsuz efir vaxtından istifadə ediblər. Həmçinin, Seçki Məcəlləsinin və “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun tələblərinə uyğun olaraq, referendum üzrə təşviqat qruplarına seçicilərlə görüşlər keçirmək üçün respublikanın şəhər və rayonlarında 2478-i açıq, 2065-i qapalı olmaqla cəmi 4543 yer ayrılıb. Təşviqat kampaniyası müddətində referendum subyektləri həmin yerlərdə vətəndaşlarla 7 minədək görüş keçiriblər. 2009-cu il fevralın 18-də başlanmış təşviqat kampaniyası 27 gün davam edərək, martın 17-də başa çatıb. Aparılmış təhlillər həmin mərhələdən bütövlükdə səmərəli istifadə edildiyini, seçicilərin maarifləndirilməsi və referenduma çıxarılan məsələlərin vətəndaşlara dolğun çatdırılması yönündə əhatəli iş görüldüyünü təsdiq edir.

Seçicilərin 71,8 faizi səsvermədə iştirak edib

Qeyd edək ki, referendum 125 seçki dairəsi üzrə 5367 seçki məntəqəsində keçirilib. Azərbaycanın hüdudlarından kənarda 35 məntəqə fəaliyyət göstərib. Səsverməni 24 təşkilatı və 23 ölkəni təmsil edən 177 beynəlxalq müşahidəçi izləyib. O cümlədən, Avropa Şurası və Müstəqil Dövlətlər Birliyinin parlament assambleyaları, MDB-nin müşahidə missiyası, Böyük Britaniya, Fransa, İspaniya, Almaniya, Belçika, Bolqarıstan, Finlandiya, Ukrayna və digər ölkələrin parlament nümayəndə heyətləri, ABŞ, Rusiya, Norveç, İtaliya, Polşa və s. ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri də səsvermənin gedişini izləyiblər.

Xarici kütləvi informasiya vasitələrindən “Röyter”in 6, TRT-nin 3, Frans Press və EPA agentliyinin 2, Anadolu Agentliyinin, Bi-Bi-Si, Əl-Cəzirə, İhlas Haber Ajansı, “Blumberq” və “Le Fiqaro”nun hərəyə 1 nümayəndəsi referendumun gedişini işıqlandırmaq üçün Azərbaycanda olublar.

Referendumu müşahidə etmək üçün 47 min 66 yerli müşahidəçi qeydiyyata alınıb. Onların 2148-i MSK-da, 44918-i isə dairə seçki komissiyalarında qeydiyyatdan keçib. Səsvermənin şəffaflığını təmin etmək üçün 500 seçki məntəqəsində quraşdırılmış veb-kameralar MSK-nın rəsmi internet səhifələrinə qoşulmuşdu. Bu kameralar vasitəsilə məntəqələrdə səsvermənin gedişini Mərkəzi Seçki Komissiyasının internet saytlarında izləmək mümkün olub.

Referendum ölkənin bütün bölgələrini əhatə edən dairələrdə yüksək fəallıq şəraitində keçib. Belə ki, ölkə üzrə 4 milyon 893 min 382 seçicidən 3 milyon 478 min 571 nəfəri, yəni 71,08 faizi referendumda səs verib. Səsvermədə iştirak edən seçicilərin mütləq əksəriyyəti Konstitusiya dəyişikliklərini dəstəkləyib.

Kamran Bayramov: Konstitusiya islahatları ölkəmizin inkişafında mühüm mərhələ oldu

Mövzu ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin deputatı Kamran Bayramov bildirib ki, ötən dövr ərzində hüquqi və demokratik dövlət quruculuğu istiqamətində inamlı addımlar atılıb. Onun sözlərinə görə, ölkə rəhbərliyi tərəfindən həyata keçirilən hərtərəfli islahatlar bütün sahələr üzrə dinamik inkişafı səciyyələndirib. 2009-cu ilin martında Konstitusiya dəyişikliklərini özündə ehtiva edən referendum da hüquqi, siyasi, iqtisadi sistemdə önəmli islahatları əks etdirib.

Millət vəkili qeyd edib ki, Konstitusiyanın 29 maddəsində edilən əlavə və dəyişikliklər böyük əhəmiyyət daşıyır: “Məsələn, Konstutusiyanın 96-cı maddəsinə əlavə edilib ki, seçki hüququ olan 40 min vətəndaş qanunvericilik təşəbbüsü ilə çıxış edə bilər. Bundan əlavə, hərbi əməliyyatlar zamanı keçirilməsi mümkün olmadıqda parlament və prezident seçkilərinin vaxtı uzadıla bilər. Yəni seçkilərin hərbi əməliyyatların başa çatmasından sonra keçirilməsi bu Konstitusya islahatlarında əksini tapır. Həmçinin referendum nəticəsində Əsas Qanunda bələdiyyələrin fəaliyyəti ilə bağlı da önəmli yeniliklər edilib. Bütövlükdə, həmin Konstitusiya dəyişiklikləri ölkəmizdə insan hüquq və azadlıqlarının daha da güclənməsinə, dövlət strukturlarının fəaliyyətinin təkmilləşdirilməsinə və s. vacib məqsədlərə xidmət edir. Ötən dövr sübut etdi ki, sözügedən Konstitusiya islahatları həqiqətən də, çox zəruri idi”, - deyən K.Bayramov əlavə edib ki, ən önəmli dəyişikliklər sırasında bir şəxsin iki dəfədən çox prezident seçilməsini məhdudlaşdıran maddənin Əsas Qanundan çıxarılması da var. Əslində, həmin maddə vətəndaşların seçilmək hüququnu məhdudlaşdırırdı. Ona görə də, referendum nəticəsində həmin müddəanın Konstitusiyadan çıxarılması təbii qanunauyğunluq idi.

“Bütövlükdə, Azərbaycanın ictimai-siyasi həyatında əhəmiyyətli rol oynayan bu mühüm siyasi kampaniya  beynəlxalq standartlara, demokratik seçki qanunvericiliyinə uyğun şəkildə keçirilib. Vətəndaşlarımız tamamilə azad, şəffaf, demokratik şəraitdə iradəsini ifadə ediblər. Referendumun nəticələri xalqın  ölkə iqtidarına inamını bir daha əyani şəkildə nümayiş etdirdi. Bu, həm də Azərbaycan Prezidenti İlham Əliyevin siyasətinin ölkə vətəndaşları tərəfindən birmənalı dəstəkləndiyini bir daha təsdiqlədi”, - deyə millət vəkili vurğulayıb.

Nardar BAYRAMLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:95
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 18 Mart 2026 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Suraxanıdakı “şəfalı“ gölün acınacaqlı mənzərəsi: Müalicə yerinə xəstəlik mənbəyi? VİDEO

05 İyul 2026 00:02see213

DÇ 2026: Kanada Mərakeş matçında hesab açılıb

04 İyul 2026 22:23see207

Əsgərin ölüm işində əlavə şahidlər dindiriləcək Məhkəmə işi

04 İyul 2026 17:14see195

İsrailin təxribatlarını yaxından izləyirik Ərdoğandan AÇIQLAMA

04 İyul 2026 22:20see190

Xanbala Əhmədli vəfat edib

05 İyul 2026 13:24see189

Rusiyanın İT sənayesinin tanınmış siması ölü tapıldı KQB də xidmət etmişdi

04 İyul 2026 15:57see186

7 ci sinif şagirdi vəfat etdi

04 İyul 2026 17:20see183

Üçü DÇ də 21 qol vurub

06 İyul 2026 03:37see178

ATƏT PA da Azərbaycan Belarusa dəstəyini ifadə edib

04 İyul 2026 19:06see167

Almaniyada yeni rəy sorğusu AfD nin retinqinin artmaqda olduğunu göstərir

06 İyul 2026 04:44see165

7 yaşlı Elanın diş müalicəsi zamanı ürəyi dayandı, araşdırma aparılır

04 İyul 2026 17:25see165

Çılpaq yatmağın faydaları

05 İyul 2026 03:04see164

Oyarsabal: “Portuqaliyaya hörmət edirik, amma ondan qorxmuruq”

05 İyul 2026 03:26see162

“Başakşehir” “Roma”dan Eldor Şomurodovun transfer hüquqlarını alıb

05 İyul 2026 07:42see161

Antonelli qalib oldu

05 İyul 2026 00:59see159

Tramp Baloqonun diskvalifikasiyasının ləğvini İnfantinodan xahiş edib

06 İyul 2026 02:47see159

Siz də saçlarınızı gec gec yuyursuz? Yağlanmasın deyə...

05 İyul 2026 02:41see158

Real ın ulduzunun qəribə həyatı: Atası müsəlman, özü xristian, anası buddist... FOTO

05 İyul 2026 02:04see152

Aysunun Hade rəqsi gündəm oldu (Video)

05 İyul 2026 13:57see150

Parkinson xəstəsinin müavinəti niyə dayanıb? VİDEO

04 İyul 2026 22:49see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri