Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

Liqa 1: PSJ dən geridönüş

İbrahim Tatlısesin model gəlininin evini su basdı

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

35 ilin tələbəsi

35 ilin tələbəsi

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Bu sərlövhə hər kəsin diqqətini çəkə, hələ “Bu yaşda tələbə olar?”,- sualını yarada da bilər.

20 yanvar 1990-cı il, 35 il bundan əvvəl Bakıda günahsız insanlara qarşı törədilmiş faciə. Zaman ötsə də, illər bir-birinə əlvida deyib tarixi bir yaş yaşlandırsa da, həmin gün ömrü tamamlananların hər biri yaddaşlarımıza o gündəki kimi həkk olunub: uşaq elə uşaqdır, heç böyüməyib, gənc heç yaşlaşmayıb, ahıl elə ahıldır, müəllim müəllim, həkimsə həkim. Eləcə də şəhid tələbələr. Yazı oxunduqca söhbətin həmişə xəyallarımızda Azərbaycan Tibb Universitetinin tələbəsi kimi qalan 20 Yanvar şəhidi Teymur Alməmmədovdan getdiyini biləndə hər kəsin ürəyi yenidən sızlayacaq, bu nakam tələbəni yanğı hissi ilə xatırlayacaqdır. 18 yaşda tələbə adını qazanıb, cəmi 4 ay tələbə həyatı yaşayan, 35 ilin tələbəsinə çevrilərək hər il yaddaşlarda təzələnən şəhid Teymuru… Onun ömür kitabına həkk olunan və ondan bu dünyaya xatirə qalan, sadəcə bu tarixlərdir: 1972, 1989, 1990, bir də bu 35 il.

1972-də doğuldu, 1989-da arzusuna çatdı, tələbə adını qazandı, 1990-da ömrü kimi, arzuları da yarımçıq qaldı. 35 ildir, şəhid olub. Lakin bu 35 ilbəil dəyişəcək, bir gün 100, 200 olacaq, Teymurun Vətən uğrunda şəhidlik salnaməsini qərinələrdən qərinələrə, əsrlərdən əsrlərə daşıyacaq.

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Keçili kəndində kasıb bir ailədə dünyaya göz açmışdı Teymur. Valideynlərinin hər ikisi sağlamlıq imkanları məhdud insanlar idi. İki bacının bir qardaşı olan Teymur bacısı Bəstinin dediyi kimi, ata-anaları qeyri-sağlam olduqları üçün onların tək ümid yeri, arxa-dayaqları idi. Lap kiçik yaşlarından ailənin bütün qayğılarını çiyinlərində daşımaqdan vaxtından əvvəl yaşlaşmışdı sanki o.

“Atamın bitib-tükənməyən tapşırıqları qarşısında nə dinər, nə danışar, başını aşağı salıb sakitcə dinləyər, sonra məktəbə gedər, gələr, axşamadək evin işindən-gücündən baş açmazdı. İşini bitirib evə girəndən gecə saatlarınadək dərs oxuyar, əlindən kitab düşməzdi. O vaxtlar kəndin mal-heyvanını hər gün bir nəfər çölə aparardı, atam xəstə olduğu üçün bizim evdən həmişə Teymur gedərdi, axşamdan kitablarını çöl çantasına yığıb hazırlayardı, özü ilə aparardı”, – deyir Bəsti.

Keçili kənd məktəbi rayonun təhsil ənənələri olan məktəblərindəndir. Bu gün ölkəmizin ictimai həyatında mövqe qazanmış onlarla hüquqşünas, müəllim, həkim və digər ixtisas sahibləri bu məktəbin yetirmələridir. Teymurun müəllimləri onu da bu yetirmələr arasında gördüklərini hələ o aşağı siniflərdə təhsil alarkən söyləyirmişlər. Teymur təhsildə sinif yoldaşlarından fərqləndiyi kimi, səmimiyyəti, tərbiyəsi ilə də bütün müəllim və şagird kollektivinin sevimlisi imiş.

Teymurun biologiya müəllimi Vaqif Kərimov onun haqqında deyirdi: – O, tamamilə fərqli bir şagird, özünəməxsus xarakteri olan uşaq idi. Bu özünəməxsusluq onun susqunluğunda, sakitliyində, adını çəkəndə, sual verəndə adamın gözünün içinə baxmadan, başıaşağı cavab verməyində idi. Bir də ki onun üzündə-gözündə daim bir kədər var idi. Bunu müəllimlərin hamısı duymuşdu, öz aramızda söhbət edəndə baxırdım ki, hər kəs eyni fikirdədir. Bu kədəri onun ailə vəziyyəti ilə əlaqələndirirdik. Məktəbdə hamımız bilirdik ki, evdə yük Teymurun çiynindədir. Lakin sonralar, o şəhid olanda bu kədər nə kədərmiş, anladıq. Onun şəhid olmasını çox yanğı ilə qarşıladıq. Çünki Teymur sağ qalsaydı, çox gözəl, hər birimizin qürur duyduğumuz bir həkim olacaqdı.

“Sən saydığını say, gör Fələk nə sayır”, – deyir atalarımız. Hər kəs Teymurun gələcəyinə böyük ümidlər bəslədiyi halda, sən demə, onun ömür payı çoxdan 1990-cı ilə nöqtələnibmiş. O müdhiş 20 yanvar gününə. Birinci imtahan sessiyasını uğurla başa vuran Teymur doğma kəndinə getmək istəyirdi. İki dostu ilə aerokassadan Naxçıvana bilet alıb geri qayıdarkən elə aerokassanın qarşısındaca başından güllə yarası alır. O, xəstəxanaya gətirilir. Güllə onun əmgəyindən dəyib, üst çənəsində ilişib qalıbmış. Həkimlərin yeddi gün yaralını həyata qaytarmaq üçün səylə çalışmasına baxmayaraq, Teymur özünə gəlmədən canını tapşırır. Şəhid tələbə bir neçə gündən sonra Keçili kənd qəbiristanlığında dəfn edilir. Bakı şəhərindəki Şəhidlər xiyabanında və Şahbuz şəhərindəki Şəhidlər Abidə Kompleksində xatirə lövhəsi var.

Teymur tək Alməmmədovlar ailəsinin deyil, bütün kеçililərin yaddaşından silinməyən, unudulmaz 20 Yanvar şəhididir. O, təkcə öz ailəsinin deyil, bütövlükdə, Keçili kəndinin övladıdır. Çünki onun itkisinə bütün kənd yandı, sızladı. Günlərlə, aylarla onun xəstə valideynlərinin təsəllivericilərinə çevrildilər. Lakin bu itki onsuz da sağlamlıqları yerində olmayan ata-ananın qəddini əydi, bu dərd onları için-için yeyib sonlarını gətirdi. Teymurun şəhid olmasından bir neçə il sonra bir-birinin ardınca həyatla vidalaşdılar.

Teymurun ailəsinə yaхşı yaşayışı üçün dövlət tərəfindən hərtərəfli dəstək göstərilir. Bu məqsədlə şəhid ailəsi üçün 2010-cu ildə fərdi mənzil də tikilib və hər bir şərait yaradılıb. İndi o evdə şəhidin bacısı Bəsti yaşayır. İllərdir ki, Teymurun bacıları da, onu sevən keçililər də, ümumilikdə, yüzlərlə şəhidi olan bu xalq tək təsəlli ilə yaşayır. Bu təsəlli şəhidlərimizin Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda həyatlarını itirmələridir. Vətən üçün təbii ki, şəhid olmağa dəyər. Dünən olduğu kimi, hər birimiz bu gün də, sabah da torpaqlarımızın qorunması, müstəqilliyimizin daimiliyi üçün şəhid olmağa hazırıq. Çünki bu müstəqillik bizə şəhidlərimizin qanından ərməğandır, əmanətdir.

Mətanət Məmmədova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:207
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 Yanvar 2025 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see465

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see450

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see430

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see301

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see300

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see291

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see275

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see257

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see251

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see242

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see234

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see227

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see215

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see208

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see206

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see203

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see201

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see195

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see177

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri