Icma.az
close
up
RU
35 ilin kupça böhranı Yeni qayda vəziyyəti dəyişəcəkmi?

35 ilin kupça böhranı Yeni qayda vəziyyəti dəyişəcəkmi?

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

1991-ci ildə Azərbaycan müstəqilliyini elan edir, ölkə əhalisinin ən böyük arzularından biri olan öz evini tikmək, öz torpağında yaşamaq ilk dəfə real məna qazanır.
Bizim.Media xəbər verir ki, Sovet dövründə fərdi qaydada ev tikmək çox vaxt “qanunsuzluq” sayılırdı. Evlər sökülür, adamlar milisə aparılır, bəzən həbs belə olunurdu.
 

Müstəqillikdən sonra isə torpaq üzərində mülkiyyət hüququ formalaşdı. İnsanlar illərlə yığdıqları pulla, kreditlə, bəzən qohum-əqrəbanın köməyi ilə ev tikdilər. Rəsmi, lakin natamam rəqəmlərə görə son 35 ildə ölkədə 1 milyona yaxın fərdi yaşayış evi tikilib. Demək olar ki, hər ailənin taleyində bir tikinti hekayəsi var. Amma müstəqil Azərbaycan vətəndaşının problemi də elə buradan başlayır.


Azərbaycan vətəndaşları ev tikdi. Amma müstəqil dövlət 35 il ərzində həmin evlərin hamısına hüquqi status – “kupça” verə bilməyib. Vətəndaş öz torpağında, öz tikdiyi evdə yaşayır, amma hüquqi baxımdan sanki “havadan asılı” vəziyyətdədir. Nə rahat sata bilir, nə bankda girov qoya bilir, nə də övladına problemsiz ötürə bilir. İllər boyu bu problemin həlli üçün fərmanlar, sərəncamlar imzalanıb.
2011-ci il 27 aprel tarixli 429 nömrəli Fərman 
“Azərbaycan Respublikasında bəzi çoxmənzilli yaşayış binalarının istismarına icazənin verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sənəd sənədsiz binaların leqallaşdırılması üçün hüquqi baza yaratdı.
 

2019-cu il 19 fevral tarixli 506 nömrəli Fərman – “Bəzi torpaq sahələrinin sənədləşdirilməsi ilə bağlı tədbirlər haqqında” sənəd fərdi ev və torpaqların sənədləşdirilməsinin sadələşdirilməsini nəzərdə tutdu.


2022-ci il 23 noyabr tarixli 1859 nömrəli Sərəncamla Bakı və Abşeron yarımadasında sənədsiz evlərin sənədləşdirilməsi üçün İşçi Qrup yaradıldı. Kağız üzərində hər şey var. Fərman var, sərəncam var, üstəlik İşçi qrup da var.
Amma reallıq?
Leqallaşma prosesi tısbağa sürətini də keçmir. İnzibati məhkəmələr “kupça” iddiaları ilə doludur. Bir mülkiyyət sənədi almaq üçün vətəndaş 2–3 il məhkəmə qapısında sürünür. Üstəlik, bu proses ona ciddi maliyyə yükü yaradır. Dövlət başçısının iradəsi ilə qəbul edilən sənədlər yerinə yetirilməli olduğu halda, icra mexanizmi bürokratiyanın divarına dirənir.
Əsas problem nədir?
Əmlakın hüquqi statusu yoxdur. Hüquqi status olmayanda isə mülkiyyət faktiki olsa da, hüquqi baxımdan natamam qalır. Bu, iqtisadi dövriyyəni məhdudlaşdırır. Minlərlə ev kredit sistemindən kənarda qalır. Minlərlə ailə miras məsələsində risk altındadır.
Fərman və sərəncamların ardından verilmiş yeni qayda nəyi dəyişəcək?
2026-cı ilin fevralın 17-də Nazirlər Kabineti “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydalarını” təsdiq edib.
Yeni qaydalara əsasən, hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərlə torpağın kateqoriyası dövlət torpaq kadastrında saxlanılan məlumatlara uyğun gəlmədikdə qeydiyyat orqanının vəzifəli şəxsləri tərəfindən 15 iş günü müddətində yerquruluşu sənədlərinin təhlili yolu ilə araşdırma aparılır.
Bu nə deməkdir?
Tutaq ki, sizin eviniz və ya torpaq sahəniz var. Əlinizdə sənəd var ki, torpaq tikinti üçün nəzərdə tutulub. Amma dövlətin məlumat bazasında həmin torpaq kənd təsərrüfatı torpağı kimi göstərilib. Əvvəllər belə ziddiyyətlər ciddi problem yaradırdı və vətəndaşın işi uzanırdı.
 

Yeni qaydaya görə əgər sənədlə dövlət bazasındakı məlumat üst-üstə düşməzsə, qeydiyyat orqanı məsələni dərhal rədd etməyəcək. 15 iş günü ərzində araşdırma aparacaq. Digər qurumlara sorğu göndərəcək.


Yerquruluşu sənədləri təhlil ediləcək. Əgər sizin təqdim etdiyiniz sənəd düzgün çıxarsa, əmlakınız qeydiyyata alınacaq. Dövlət torpaq kadastrında məlumat düzəldiləcək.
Yeni qaydanın vətəndaş üçün faydası nədir?
Qeydiyyatsız evlərin sənədləşməsində vəziyyət müsbətə doğru dəyişəcək. Məlumat bazasındakı səhvlər vətəndaşın xeyrinə yozulacaq. Rəsmi sənədləşmə prosesi daha şəffaf olmalıdır.
Yəni dövlət qurumundakı səhv və ya köhnə məlumat artıq avtomatik şəkildə vətəndaşın ziyanına işləməyəcək. Əksinə, araşdırma aparılıb dəqiqləşdiriləcək. Sadə dildə desək, sənədin doğrudursa, sistemdəki səhvə görə evin qeydiyyatsız qalmayacaq.
 

Azərbaycan vətəndaşlarının əsas problemi sənədsizlik, olan sənədlərinin kötüyünün arxivlərdə “tapılmaması” və bu kimi bürokratik əngəllərdir. 35 il əvvəl Azərbaycan müstəqillik qazandı. Müstəqil dövlət üçün ən fundamental məsələ vətəndaşın mülkiyyət hüququnun qorunmasıdır.


Əgər insan öz evində hüquqi cəhətdən arxayın deyilsə, o zaman müstəqilliyin iqtisadi sütunu yarımçıq qalır. Çıxarış sadəcə kağız deyil. Çıxarış hüquqi təhlükəsizlik, iqtisadi azadlıq, sabahına inamdır. (Musavat.com)
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://bizim.media
archiveBu xəbər 18 Fevral 2026 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri