Icma.az
close
up
RU
35 il əvvəl....

35 il əvvəl....

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

1990-cı ilin 22 iyulu olmasaydı...

Böyük zəfərlər yolunun başlanğıcı

Azərbaycanın qurucusu və xilaskarı olan Ulu Öndər Heydər Əliyev tarixin müxtəlif dönəmlərində respublikamızın və xalqımızın taleyində müstəsna önəm daşıyan addımlar atıb, qərarlar verib. Vətənin, xalqın ən çətin dönəmlərində nicat yolu arayıb tapmaq bu böyük şəxsiyyətin sanki bir alın yazısı idi.

Heydər Əliyevin tarixin bu günündə - 1990-cı il iyulun 22-də qədim diyara-Naxçıvana gəlişi də bir qurtuluş məqamı idi.  Həm də yalnız Naxçıvan deyil, bütün Azərbaycan üçün xilas məqamı. İnkarolunmaz həqiqət odur ki, əgər Ulu Öndərin 1990-cı il iyulun 22-də Naxçıvana qayıdışı olmasaydı, respublikamızın bugünkü yüksəlişinə, tarix zəfərlərimizə, işğaldan azad olunmuş ərazilərimizin böyük əzmlə bərpasına və yenidən qurulmasına da şahidlik etməyəcəkdik. Respublikamızın xilası, müstəqilliyimizin qorunması, eyni zamanda, bugünkü uğurlarımız məhz Heydər Əliyevin bəhs olunan tarixdə Naxçıvana dönuşü ilə başlayıb. Bu qayıdış böyük yolumuzun başlanğıcıdır.

Keçmiş ittifaq rəhbərliyinin qərəzi, Bakıda naxələflərin iç üzü

Ötən əsrin səksəninci illərinin sonlarından etibarən keçmiş ittifaq məkanında geriyə dönüşü olmayan proseslər izlənilirdı. Rejim üçün ənənəvi olmayan bu proseslər fonunda müəyyən qüvvələr tərəfindən SSRİ-nin rəhbərliyinə gətirilən M.Qorbaçova bir “Heydər Əliyev fobiyası” hakim kəsilmişdi ki, bu da təsadüfi deyildi. M.Qorbaçov bütün ittifaq miqyasında böyük nüfuza malik siyasət nəhəngi Heydər Əliyevi özü üçün bacara bilməyəcəyi rəqib qismində dəyərləndirir və Onun Kremldən getməsi üçün əlindən gələn hər şeyi etməyə çalışırdı.

Təbii ki, aparılan siyasət təmiz və vicdanlı kadr olan Heydər Əliyevi qane edə bilməzdi. O, götürülən siyasi kursa etirazlarını SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsindən, Siyasi Büro üzvlüyündən istefaya verməklə ifadə etdi.

1990-cı ildə baş verən 20 Yanvar faciəsi M.Qorbaçovun rəhbərliyi altında mərkəzi hakimiyyətin Azərbaycana qarşı repressiv siyasətinin sonu deyildi. Heydər Əliyev müxtəlif kanallardan Kremldə respublikamıza qarşı daha müdhiş planlar hazırlandığı barədə məlumatlar almışdı. Buna görə də O, Azərbaycana qarşı hazırlanan məkrli planların qarşısını almaqdan ötrü həmin çətin vaxtlarda xalqı ilə bir yerdə olmağa qərar vermişdi. Elə Onun özünün də həyatı təhlükə qarşısında idi. Erməni - M.Qorbaçov mafiyası Heydər Əliyevin varlığını Azərbaycana qarşı məkrli planlarını həyata keçirmək yolunda ən böyük maneə hesab edirdi.

1990-cı il iyulun 20-də Bakıya gələn Heydər Əliyevin paytaxtda qalması əngəlləndi.  Buna səbəb isə Azərbaycanın o vaxtkı rəhbərliyinin isterikası idi. Respublika rəhbərliyində təmsil olunan bir sıra yüksək vəzifəli şəxslər Heydər Əliyevin Bakıya qayıtması ilə onlara etimadın azalacağını düşünürdülər. Naxələflər vəzifələrini qorumaq hərisliyi ucbatından Heydər Əliyevin Bakıda qalmasını əngəllədilər.

“Görünür, mənim Naxçıvana gəlişim taleyin işi imiş”

Bakıda qalmaq mümkün olmadıqda O, xoş xatirələri dolaşan Naxçıvana üz tutdu. Doğma diyar təyyarə ilə Naxçıvana gələn Heydər Əliyevi duz-çörəklə qarşıladı. O, bacısının kiçik evində yerləşmişdi. Ancaq bu kiçik ev böyük bir ziyarət məkanına çevrilmişdi.  22 iyul 1990-cı il tarixdə axşamüstü Naxçıvan şəhərinin mərkəzi hissəsi, Azadlıq meydanı insan selinə qərq olmuşdu. İzdiham o qədər sıx idi ki, Heydər Əliyevin kürsüyə qalxması üçün polis işə qarışıb yol açmaq məcburiyyətində qalmışdı. İzdiham Heydər Əliyevin kürsüyə qalxmasını sürəkli alqışlarla qarşıladı. Böyük şəxsiyyət xəstə vəziyyətdə olduğu üçün isti, bürkülü havada çox danışa bilmədi. Sevinc dolu alqışlar altında etdiyi qısa çıxışı ilə soydaşlarına sonsuz məhəbbətini ifadə etdi. Sonralar Heydər Əliyev Naxçıvan sakinləri ilə görüşü barədə xatirələrini bölüşərək belə deyirdi: “1990-cı ilin yayı idi. Mən buraya gələrkən Naxçıvanı çox çətin bir vəziyyətdə gördüm. Amma eyni zamanda özümü çox rahat hiss etdim. Moskvada məni təqib edirdilər. Hətta yanvar hadisələrindən sonra hərəkətlərimə görə mənə qarşı repressiya planları hazırlanmışdı və onları həyata keçirmək istəyirdilər. Bakıya gələndə xalq tərəfindən mənim gəlişim böyük ruh yüksəkliyi ilə qəbul olundu, lakin hakimiyyətdə olan ayrı-ayrı şəxslər tərəfindən Bakıda yaşamağıma imkan verilməsə də, mən Naxçıvana gələndə Naxçıvan ayağa qalxdı, Naxçıvan məni qucaqladı, bağrına basdı. Son illər çəkdiyim bütün əzab-əziyyəti unutdum. Görünür, mənim Naxçıvana gəlişim taleyin işi imiş”.

Azərbaycanın keçmiş “kommunist rejimi” kimi, 1992-ci ilin yazında qeyri-legitim yolla hakimiyyətə gələn AXC-“Müsavat” iqtidarı da Heydər Əliyevin Naxçıvandakı fəaliyyətindən bərk əndişələnirdi. 24 oktyabr 1992-ci il tarixində AXC Naxçıvan şöbəsinin silahlı dəstələri və Ordubad rayon polisi tərəfindən Naxçıvanda dövlət çevrilişinə cəhd göstərildi. Lakin bu cəhdin də qarşısı qətiyyətlə alındı. Xalqının Ona olan sonsuz rəğbətindən, məhəbbətindən vəcdə gələn Heydər Əliyev rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının 1999-cu ildə keçirilən qurultayında bunu çox təsirli şəkildə ifadə edərək deyib: “Nə Qorbaçov hakimiyyəti, nə Vəzirov hakimiyyəti, nə Mütəllibov hakimiyyəti, nə də Əbülfəz Elçibəy hakimiyyəti - heç birisi Heydər Əliyevi Azərbaycan xalqının qəlbindən çıxara bilmədi...”

Naxçıvanda başlayan, bütün Azərbaycan miqyasında davam edən xilaskarlıq missiyası

Həmin ilin payızında Heydər Əliyev Babək rayonunun Nehrəm kəndindən Azərbaycan Respublikasının Ali Sovetinə deputat seçildi. O, eyni zamanda, Naxçıvan Ali Sovetinə də deputat seçilmişdi. Muxtar Respublikanın Ali Sovetinin seçkilərdən bir qədər sonra - 17 noyabr 1990-cı il tarixində çağırılan sessiyasına sədrlik Heydər Əliyevə həvalə olundu. Sessiyada Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Sovetinin adı dəyişdirilərək onun Naxçıvan Respublikasının Ali Məclisi adlandırılması haqqında qərar çıxarıldı, Azərbaycan Xalq Cümhuriyyətinin o vaxtlar çoxlarının tanımadığı üçrəngli bayrağı Naxçıvan Ali Məclisində qaldırıldı.

O dövrdə Heydər Əliyevin Naxçıvana və naxçıvanlılara böyük məhəbbətlə atdığı bu kimi addımlar böyük cəsarət nümunəsi idi.

1991-ci il sentyabrın 3-də Naxçıvan Ali Məclisinin Sədri seçilən Heydər Əliyev Özünün şəxsi nüfuzundan və yüksək diplomatik bacarığından istifadə edərək qonşu Türkiyənin, İranın siyasi rəhbərliyi ilə təmasları gücləndirdi və blokada şəraitində yaşayan muxtar respublikanı erməni təcavüzündən, aclıqdan, səfalətdən qorudu.

Xalqla həmrəylik şəraitində Naxçıvanı xilas edən Heydər Əliyev növbəti mərhələdə - 1993-cü ildən sonra xilaskarlıq missiyasını bütün Azərbaycan miqyasında davam etdirdi. 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə ikinci dəfə respublikanın siyasi hakimiyyətinə qayıdan Heydər Əliyev aldığı müdrik qərarlarla xaosa, anarxiyaya, iqtisadi tənəzzülə son qoydu və Azərbaycan inkişafa istiqamətləndi.

Mübariz ABDULLAYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:178
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 22 İyul 2025 07:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see315

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see266

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see225

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see222

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see218

Millimiz Kəpəz lə qarşılaşacaq

23 Sentyabr 2026 20:52see217

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see217

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see217

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see213

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see212

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see210

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see200

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see195

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see190

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see189

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see181

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see177

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see177

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see177

Yeni yaranan planet aşkarlandı

23 Sentyabr 2026 22:47see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri