Icma.az
close
up
RU
35 titul qazanan mütəxəssis...

35 titul qazanan mütəxəssis...

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Son günlər səhhəti getdikcə pisləşən, həyatla ölüm arasında qalan Mirça Luçesku artıq haqq dünyasına qovuşub. Görkəmli rumıniyalı məşqçi aprelin 7-də 80 yaşında vəfat edib.
Bilindiyi kimi, Luçesku son günlər səhhətinin pisləşməsi səbəbindən xəstəxanaya yerləşdirilmişdi. Ona kəskin miokard infarktı diaqnozu qoyulmuş, bir neçə gündən sonra vəziyyəti ağırlaşdığı üçün süni komaya salınmışdı. Hələ DÇ-2026-nın seçmə turnirinin Türkiyə ilə pley-off oyunundan bir neçə gün əvvəl özünü pis hiss edən mütəxəssis vacib matçda iş başında ola bilmişdi. Rumıniya yığması minimal hesabla uduzaraq builki mundialdan kənarda qalmışdı. Ölkə futbol ictimaiyyəti yığmanın uğursuzluğundan çox onun səhhətini müzakirə edirdi. Və çərşənbə axşamı Buxarestdəki klinikalardan birində Luçeskunun xəstə ürəyi birdəfəlik dayandı...
O, futbolda sözünü həm oyunçu, həm də məşqçi kimi deməyi bacardı. Doğrudu, məşqçilik sahəsindəki uğurları daha çox idi. Peşəkar futbolçu karyerasına 18 yaşında olarkən “Dinamo”da başlayan Mirça Buxarest klubunda 1963-77-ci illərdə çıxış edib. Komanda ilə ölkə çempionatında keçirdiyi 250 oyunda 57 qol vurub. Vinger mövqeyində oynayan futbolçunin 1965-67-ci illərdə icarə əsasında “Sportul Studentesk”in formasını daşıdığını, bu komandada 39 oyunda 12 qol vurduğunu da bildirək. 1977-82-ci illərdə “Korvinul”da (141 oyunda 26 qol) oynayan Mirça karyerasını başa vurub məşqçiliyə başlasa da, 1990-cı ildə “Dinamo”nun formasında ölkə çempionatının bir oyununda meydana çıxmaq imkanı tapıb. Bu komanda ilə 7 dəfə ölkə çempionluğunu, bir dəfə ölkə kubokunu qazanıb. 1966-79-cu illərdə Rumıniya yığmasında keçirdiyi 64 oyunda 9 qol vurub.
Onun məşqçilik yolu 1979-cu ildə “Korvinul”da başlayıb. 1982-ci ilə qədər çalışdırdığı bu komandanı 1979/80 mövsümündə 2-ci divizionda çempionluğa daşıyıb. Bu uğuru yerli federasiyanın diqqətini cəlb edib və Luçesku 1981-ci ildə - 36 yaşında olarkən ölkənin əsas komandasına təyinat alıb. Gənc mütəxəssis çox keçmədən ona göstərilən etimadı doğrultmağı bacarıb: yığmanı AÇ-1984-ün final mərhələsinə çıxarıb. O dövrdə qitə çempionatında 8 komandanın iştirak etdiyini də xatırladaq. Yığmanı 1986-cı ilə qədər çalışdıran Luçeskunun məşqçilik həyatı çox uzun çəkdi. Artıq məlum olduğu kimi ömrünün son günlərində də ölkəsinin əsas komandasının başında oldu. Qocaman mütəxəssis uzunmüddətli karyerası ərzində Buxarest “Dinamo”su (1985-90), “Piza” (1990-91), “Breşia” (1991-95, 1995-96), “Reccana” (1996), “Rapid” (1997-98, 1999-2000), “İnter” (1998-99), “Qalatasaray” (2000-02), “Beşiktaş” (2002-04), “Şaxtyor” (2004-16), “Zenit” (2016-17), Türkiyə yığması (2017-19) və Kiyev “Dinamo”sunu (2020-23) çalışdırdı. Və qeyd etdiyimiz kimi 2024-cü ildə yenidən Rumıniya yığmasına qayıtdı.
Böyük mütəxəssis məşqçi kimi beynəlxalq arenada “Qalatasaray”ı 2000-ci ildə UEFA Superkubokunda, “Şaxtyor”u isə 2009-cu ildə UEFA Kubokunda qələbəyə daşıyıb. Zarafat deyil, bu uğurlar da daxil olmaqla 35 titul qazanıb!..

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 11 Aprel 2026 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see748

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see464

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see292

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see284

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see281

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see268

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see259

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see254

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see252

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see248

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see235

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see222

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see215

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see211

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see211

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see210

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see205

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see203

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see201

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri