Noyer tarixdə ən çox titul qazanan alman oyunçu oldu
Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Bavariya”nın qapıçısı Manuel Noyer tarixdə ən çox titul qazanan almaniyalı futbolçu olub.
Axar.az xəbər verir ki, qolkiper bu uğura ötən gün Almaniya Superkuboku uğrunda qarşılaşmada imza atıb.
“Bavariya”nın 2:1 hesablı qələbəsi ilə başa çatan matçda start heyətində meydana çıxan 40 yaşlı qapıçı 36-cı titulunu qazanıb. Bununla da keçmiş komanda yoldaşı Tomas Mülleri geridə qoyaraq Almaniya futbolunun tarixinə düşüb.
Qeyd edək ki, Manuel Noyer 2011-ci ilin iyulundan “Bavariya”nın formasını geyinir. Münxen klubu ilə 13 dəfə Almaniya çempionu olan qapıçı 2 dəfə Çempionlar Liqasında, 2 dəfə isə UEFA Superkubokunda qələbə sevinci yaşayıb. O, 2014-cü ildə Almaniya millisinin heyətində dünya çempionluğunu da qazanıb. Noyer 2024-cü ildə yığmadakı karyerasını başa vurduğunu açıqlasa da, 2026-cı il dünya çempionatında iştirak etmək üçün milli komandaya qayıdıb. Lakin turnir Almaniya yığması üçün uğursuz alınıb. Komanda 1/16 final mərhələsində Paraqvaya penaltilər seriyasında məğlub olaraq mübarizəni dayandırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 23 Avqust 2026 16:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















