Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Liqa 1: PSJ dən geridönüş

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

350 manatlıq təqaüd sevindirdi, amma... Ekspertdən sərt xəbərdarlıq!

350 manatlıq təqaüd sevindirdi, amma... Ekspertdən sərt xəbərdarlıq!

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyevin sərəncamı ilə sentyabrın 1-dən etibarən doktorantlar və tələbələrə verilən təqaüdlərin məbləği artırılıb. Artım ali, orta ixtisas və peşə təhsili alan tələbələri əhatə edir. Yeni məbləğlər akademik göstəricilərdən asılı olaraq dəyişəcək.

Yenisabah.az-a danışan təhsil məsələləri üzrə ekspert Kamran Əsədov bu qərarı dövlətin gənclərə diqqət və qayğısının mühüm göstəricisi adlandırıb.

Ekspertin sözlərinə görə, bu artım təkcə maddi dəstək deyil, həm də tələbələrin sosial rifahını yaxşılaşdırmaq, təhsilə motivasiyasını artırmaq və ali təhsil dövrünü daha rahat keçirmələrinə şərait yaratmaq məqsədi daşıyır: Pepperoni pizza

“Lakin bu təşəbbüsün effektli və davamlı nəticə verməsi üçün təkcə Prezidentin fərdi iradəsi kifayət etmir. Elm və Təhsil Nazirliyi paralel şəkildə siyasət formalaşdırmalı, sistemli proqramlar hazırlamalı və tələbələrin real ehtiyaclarına uyğun strateji planlamalar həyata keçirməlidir”.

Kamran Əsədov bildirib ki, sərəncama əsasən, Prezident təqaüdünün məbləği 275 manatdan 350 manata qaldırılıb. Bu isə təxminən 27 faiz artım deməkdir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Bakıda yaşayış minimumu 340 manat civarındadır. Ekspertə görə, bu göstərici tələbələrin əsas ehtiyaclarını qismən qarşılayacaq səviyyəyə yaxınlaşır:

“Təqaüd alan tələbələrin sayı 100 mindən çoxdur. Bu, dövlət büdcəsi üçün ildə təqribən 90-100 milyon manat əlavə yük deməkdir. Lakin bu, xərcləmə deyil, gələcək insan kapitalına yönəldilmiş strateji sərmayə kimi dəyərləndirilməlidir”.

Ekspert əlavə edib ki, “Təhsil haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, dövlət təhsilin inkişafını prioritet sahə kimi qəbul etməli və sosial müdafiə tədbirləri görməlidir. Lakin hazırda tələbələrin sosial müdafiəsi yalnız təqaüdlərlə məhdudlaşır:

“Elm və Təhsil Nazirliyi nə tələbələrin həyat şəraiti ilə bağlı sosioloji tədqiqat aparır, nə də təqaüdlərin təhsil motivasiyasına təsiri ilə bağlı analitik hesabat təqdim edir. Təqaüdlərin verilmə meyarları üzrə monitorinq aparılmır, ehtiyaca əsaslanan və regionlara uyğunlaşan fərqli yanaşmalar tətbiq edilmir.

Azərbaycanda isə nə təqaüd sistemi diferensiallaşdırılıb, nə də tələbə kreditləri geniş tətbiq olunur. Bizdəki sistem daha çox simvolik dəstək xarakteri daşıyır və təhsil bərabərliyini təmin etmək üçün yetərli deyil”.

Ekspertə görə, təqaüdlərin artırılması dövriyyəyə daxil olan vəsaitin çoxalmasına səbəb olur ki, bu da mikroiqtisadi səviyyədə müəyyən aktivlik yaradır. Lakin bu proses inflyasiya riski daşımır. Əsas məsələ artımın davamlılığının təmin edilməsidir:

“İndiki inflyasiya səviyyəsində 350 manatlıq təqaüd bir neçə ilə yenidən əvvəlki alıcılıq gücünə enə bilər. Bu səbəbdən təqaüd sistemi uzunmüddətli və məqsədyönlü şəkildə yenidən qurulmalıdır

Elm və Təhsil Nazirliyi dərhal təqaüdlərlə bağlı yeni siyasət sənədi hazırlamalı, beynəlxalq modelləri öyrənməli və nəticəyönümlü mexanizmlər tətbiq etməlidir. Təqaüdlərin ehtiyac və göstəricilərə əsasən diferensiallaşdırılması, tələbə təşkilatları ilə məsləhətləşmələr və ictimai iştirakçılıq təmin olunmadan bu qərarların sistemli nəticəsi olmayacaq”.

Rəvan Rzazadə


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 25 İyul 2025 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see454

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see436

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see419

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see289

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see286

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see270

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see269

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see251

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see244

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see236

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see228

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see221

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see209

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see202

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see197

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see197

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see195

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see189

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see172

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri