3500 il əvvələ aid firon məzarı aşkar edildi FOTO
Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
Misirin cənubundakı Luksor şəhərində 18-ci firon sülaləsinə aid məzar aşkar edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Misir Turizm və Qədim Əsərlər Nazirliyi açıqlama verib.
Qədim Əsərlər Ali Şurası ilə Yeni Dövlət Araşdırma Təşkilatının müştərək arxeoloji missiyası sayəsində 3500 il əvvələ aid olan Kral II Tutmosun məzarının üzə çıxarılmasına nail olunduğu bildirilib.
Qeyd olunub ki, bu, Misirdə 18-ci sülalə fironlarının tapılmayan sonuncu məzarıdır.
Qədim Əsərlər üzrə Ali Şuranın baş katibi Məhəmməd Xalid məzarda aşkarlanan qabların bəzi hissələrində yazılan adlar sayəsində II Tutmosun həyat yoldaşı Hatşepsutun məzarının da tapıldığını açıqlayıb./Oublika.az

1300 il əvvələ aid xəzinə tapıldı
17 Aprel 2025 23:49
Qrenlandiyada 48500 il əvvələ aid canlı viruslar aşkar edilib
13 May 2025 02:06
Pompeydə eramızdan əvvələ aid heykəllər tapıldı FOTO KONKRET
03 Aprel 2025 18:48
Arxeoloqlar 2000 il əvvələ aid məzar tapdılar
17 Dekabr 2024 12:42
Misirdə 4 min il əvvələ aid krallıq məzarlığı tapılıb FOTO
17 Mart 2025 12:42

