Icma.az
close
up
RU
37 ilin ardınca sülh: Qafqazın iqtisadi gələcəyi necə dəyişəcək?

37 ilin ardınca sülh: Qafqazın iqtisadi gələcəyi necə dəyişəcək?

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Bu gün Cənubi Qafqaz üçün tarixi gündür. Vaşinqton Anlaşması ilə Azərbaycan ilə Ermənistan arasındakı 37 illik qarşıdurmaya bu gün son qoyulacağı gözlənilir. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı Azərbaycan ordusunun əldə etdiyi zəfərdən sonra Cənubi Qafqazda formalaşan yeni düzən ölkəmizin ərazi bütövlüyü və tam suverenliyi çərçivəsində anlaşmanın əldə edilməsinə imkan yaratdı".

Ölkə.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Millət vəkili bildirib ki, bununla da, Prezident İlham Əliyevin uzaqgörən siyasəti və qətiyyətli rəhbərliyi sayəsində regionda yeni səhifə açılır:

"Qafqaz sülh və inkişaf fazasına daxil olur. Sülh Anlaşması Qafqaza və eləcə də Azərbaycana hansı iqtisadi dividentlər vəd edir?

Sülh anlaşmasının imzalanmasının starteji, siyasi və təhlükəsizlik aspektləri ilə yanaşı iqtisadi təsirləri də az deyil. Bir müddət öncə “Moody’s” beynəlxalq reytinq agentliyinin qeyd etdiyi kimi, anlaşma regional sabitliyi ilə bağlı narahatlıqları aradan qaldıra və inkişaf yönümlü impulsları, eləcə də xarici sərmayə marağını stimullaşdıra bilər. Qafqazdakı sülh Azərbaycanın müxtəlif sahələrdə iqtisadi inkişafını daha da dəstəkləyə bilər. Belə ki, sülh müqaviləsinin imzalanması regionda daha çox sərmayənin cəlb edilməsinə imkan yaradacağı gözlənilir. Xarici investorlar sülhün əldə edildiyi Qafqaza sərmayə qoyluşlarında daha maraqlı olacaqlar".

Deputatın sözlərinə görə, bu isə regiona daha çox sərmayənin cəlbi deməkdir:

"Xüsusilə nəzərə almalıyıq ki, uzun müddət regiona sərmayənin cəlb edilməsinə təsir göstərən faktorlardan biri də konfliktlər olmuşdur. Azərbaycan Prezidentinin yeni dövrünün yeni hədəflərinə uyğun olaraq qeyri neft sektoruna daha çox sərmayənin cəlb edilməsi əsas prioritetlərdən biridir. O istiqamətdə də aparıcı ölkələr ilə əməkdaşlığın gücləndirilməsi, daha çox sərmayənin cəlbi istiqamətində işlər həyata keçirilir. Gözlənilir ki, sülh müqaviləsindən sonra xüsusən inkişaf etmiş ölkələr tərəfindən regionda daha çox sərmayənin cəlbinə şərait yaradılacaq.

Digər tərəfdən, Azərbaycan və Ermənistan arasında əlaqələrin yenidən bərpası və Zəngəzur dəhlizinin istifadəyə verilməsi bütövlükdə region üçün yeni inkişaf imkanları demək olacaq. Zəngəzur dəhlizi həm Şimal-Cənub, həm də Qərb-Şərq nəqliyyat dəhlizlərinə inteqrasiya oluna biləcək. Bu da nəticə etibarilə yeni dəhlizlərin və yeni layihələrin reallaşması üçün bir zəmin yaradır. O baxımdan Zəngəzur dəhlizi Azərbaycan üzərindən daha çox yüklərin daşınması və bütövlükdə, regionun iqtisadi fayda götürməsi üçün mühüm bir imkandır. Çünki Zəngəzur dəhlizinin istifadəyə verilməsi Azərbaycan üzərindən illik olaraq təxminən 35 milyon ton yükün daşınmasına imkan verə bilər. Bu da bütövlükdə Azərbaycanı beynəxalq yükdaşımalarda regional haba çevrəcək.

Bütövlükdə, Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsi daha stabil və inkişaf etmiş Qafqaza nail olunmasında vacib addım olacaq".

Həmidə İbrahimova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:76
embedMənbə:https://olke.az
archiveBu xəbər 08 Avqust 2025 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see203

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see193

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see155

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see153

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see153

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see148

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see137

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri