Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Cənubi Qafqazın gələcəyi: Top Ermənistanın meydançasındadır

Cənubi Qafqazın gələcəyi: Top Ermənistanın meydançasındadır

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Ermənistanda keçirilən son seçkilərin nəticələri ölkə daxilində mövcud olan siyasi və ictimai parçalanmanı bir daha üzə çıxardı. Seçkilərin yekunları göstərdi ki, seçicilərin əhəmiyyətli hissəsi sülh və regional əməkdaşlıq xəttinə dəstək versə də, cəmiyyətdə revanşist düşüncə tamamilə aradan qalxmayıb. Müxtəlif qiymətləndirmələrə görə, seçicilərin təxminən 30-40 faizi hələ də keçmiş münaqişə ritorikasına üstünlük verən siyasi qüvvələrə səs verib. Bu isə Ermənistan cəmiyyətində sülh gündəliyinin tam şəkildə qəbul edilmədiyini göstərən ciddi siqnaldır”.

 Bunu Ölkə.az-a açıqlamasında Arzuxan Əlizadə deyib.

O əlavə edib ki, məhz bu reallıq Azərbaycan üçün də mühüm nəticələr çıxarmağa əsas verir: “Rəsmi Bakı postmünaqişə dövründə sülh müqaviləsinin imzalanması, kommunikasiyaların açılması və regional əməkdaşlığın genişləndirilməsi istiqamətində ardıcıl siyasət yürüdür. Bununla yanaşı, Ermənistan daxilində revanşist qüvvələrin mövcudluğu və onların müəyyən xarici dairələr tərəfindən dəstəklənməsi ehtimalı regionda sabitliyə təhdid olaraq qalır.
Ermənistanın Baş naziri Nikol Paşinyanın son açıqlamaları da bu reallığın təsdiqi kimi qiymətləndirilə bilər. O, seçkiqabağı kampaniya dövründə revanşist qüvvələrin hakimiyyətə gələcəyi təqdirdə yeni müharibə riskinin yaranacağını açıq şəkildə bəyan etmişdi. Son brifinqində isə müharibənin olmayacağını, hökumətin sülhün qorunması üçün bütün addımları atacağını vurğulayıb. Bu mövqe Ermənistan rəhbərliyinin mövcud geosiyasi reallıqları qəbul etdiyini göstərir.

Paşinyanın irəli sürdüyü nəqliyyat və kommunikasiya layihələri ilə bağlı yanaşma da diqqət çəkir. Dəmir yolu, avtomobil yolları və enerji xətlərinin bərpasını sülhün əsas elementlərindən biri kimi təqdim etməsi regionda iqtisadi qarşılıqlı asılılığın təhlükəsizlik amilinə çevrilə biləcəyini göstərir. Əslində, uzunmüddətli sülhün əsas təminatlarından biri də məhz iqtisadi inteqrasiyadır. Qarşılıqlı ticarət əlaqələrinin inkişafı, nəqliyyat marşrutlarının açılması və regional layihələrdə iştirak ölkələr arasında etimad mühitinin formalaşmasına xidmət edə bilər.

Bu baxımdan Azərbaycanın mövqeyi aydındır. Bakı sülh gündəliyinə sadiqdir və regionda yeni əməkdaşlıq modelinin formalaşmasını dəstəkləyir. Azərbaycan kommunikasiyaların açılması, blokadaların aradan qaldırılması, iqtisadi əlaqələrin genişləndirilməsi və regionun vahid inkişaf məkanına çevrilməsi istiqamətində təşəbbüslərini davam etdirir. Azərbaycanın əsas məqsədi Cənubi Qafqazın qarşıdurma məkanından əməkdaşlıq və inkişaf məkanına çevrilməsidir.
Lakin eyni zamanda Azərbaycan bütün mümkün ssenarilərə hazır olduğunu da nümayiş etdirir. Son illərdə həyata keçirilən hərbi islahatlar, müdafiə qabiliyyətinin gücləndirilməsi və ordu quruculuğu sahəsində atılan addımlar göstərir ki, Bakı yalnız diplomatik müstəvidə deyil, təhlükəsizlik sahəsində də öz maraqlarını qorumaq iqtidarındadır. Ermənistan daxilində və ya kənardan dəstəklənən revanşist dairələr regionda yeni gərginlik yaratmağa cəhd göstərsələr, bunun qarşısının alınacağı barədə Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır”.

Deputat bildirib ki, bu gün  Ermənistan  cəmiyyəti faktiki olaraq seçim qarşısındadır: “Bir tərəfdə sülh, regional inteqrasiya, iqtisadi inkişaf və yeni imkanlar dayanır. Digər tərəfdə isə revanşizm, xarici təsirlərə alət olmaq və ölkəni növbəti geosiyasi fəlakətlərə sürükləmək riski mövcuddur.
Mövcud reallıqlar göstərir ki, Ermənistanın davamlı inkişafı yalnız region ölkələri ilə normal münasibətlərin qurulması və əməkdaşlıq siyasətinin seçilməsi ilə mümkündür. Əks halda, revanşist çağırışlar Ermənistanı yenidən təcrid vəziyyətinə sala və ölkənin inkişaf perspektivlərini məhdudlaşdıra bilər.

Azərbaycan isə öz növbəsində sülh gündəliyini irəli aparmaqda qərarlıdır. Bakı sülh müqaviləsinin imzalanmasına, etimad mühitinin formalaşmasına və regional əməkdaşlığın genişlənməsinə hazır olduğunu dəfələrlə bəyan edib. Bu baxımdan top həqiqətən də Ermənistanın meydançasındadır.

Nəticə etibarilə, Ermənistan cəmiyyəti tarixi seçim qarşısındadır: ya regiona inteqrasiya olunaraq sülh və inkişaf yolunu seçəcək, ya da revanşist ideyaların təsiri altında qalaraq yeni risklərlə üz-üzə qalacaq. Cənubi Qafqazın gələcəyi böyük ölçüdə məhz bu seçimin nəticəsindən asılı olacaq”.

Mürtəza

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://olke.az
archiveBu xəbər 11 İyun 2026 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see367

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see289

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see270

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see250

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see249

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see233

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see227

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see224

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see214

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see211

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see206

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see204

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see203

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see201

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see200

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see199

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see195

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see188

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see179

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri