Icma.az
close
up
RU
37,5 qızdırma hansı xəstəliklərdə olur?

37,5 qızdırma hansı xəstəliklərdə olur?

Saglamolun saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Subfebril hərarət termometrdə bədən temperaturunun 37,2-37,5 arasında göstəricisidir.

Sağlam insanın hərarəti normada 36-37 aralığında olmalıdır. Amma bəzi səbəblərdən 37-ə qalxa bilər. Əgər ara-sıra bu hərarət görülürsə, narahat olmağa dəyməz.
Yox əgər qolaltı ölçmədə subfebril hərarət 1 həftə və daha artıq müddət müşahidə olunusa, bu sizdə ciddi bir simptomların göstəricisi ola bilər.

Adətən həkimləri də bu rəqəmlər narahat edir. Çünki ən ağır onkoloji xəstəliklər, leykozda adətən bu rəqəm görülür. Amma dərhal belə dianozu da düşünmək olmaz. Çünki subfebril hərarət müxtəlif infeksiya, virus və daxili xəstəliklərdə, hormonal dəyişikliklərdə də yaranır. 

37,5 subfebril hərarətin uzun müddətli yaranmasının səbəbləri bunlardır:

1. Qrip, respirator infeksiyalar

Ola bilər virus elə də ciddi əlamətlər verməsin, boğazda, burunda axıntı olmasın, lakin subfebril hərarət olsun. Bu, orqanizmin virusla mübarizəsini göstərir. Belə olan halda 3-4 gündən artıq bu hərarət davam etmir. Onu salmağa cəhd etmək, qızdırmasalan dərman içmək tövsiyə edilmir. 

2. Sidik yollarının infeksiyası

Yanma, tez-tez sidiyə getmə, az sidik və ağrı sidik yolları, sidik kisəsi, hətta böyrəklərin infeksiyasının göstəricisi ola bilər

3. Vərəm

Məhz bu hərarət zəiflik, tərləmə, arıqlama ilə özünü vərəm xəstəliyinin başlanğıcında göstərir. 1 aydan artıqdır termometr 37,5-i göstərirsə, həkimə müraciət edin.

4. Dəmir defisitli anemiya

Qanazlığı bədəndə termotənzimləyici sistemi də pozur. Ona görə yüngül istilik baş verir. Bunu təyin etmək üçün qan analizi verin.

5. Gizli başlayan şiş, onkoloji xəstəlik

Xərçəng növləri və gizli xroniki autoimmun xəstəliklər – qurd eşənəyi, skleroz, revmatoid artrit 37,5 hərarətlə başlaya bilər. Əlavə olaraq bütün bədəndə ağrı, sızıltı, tərləmə, arıqlama, zəiflik, gücsüzlük varsa, çox dəqiq müayinələrdən keçməlisiz

6. Tireotoksikoz

Qalxanvari vəzin xəstəliyidir. Hormonlar normadan çox artır, nevroz, ürək döyünməsi, istilik gəlir. Subfebril hərarət də səhər günorta axşam fərq etmədən tez-tez görülür. Bu zaman endokrinoloqa müraciət edin.

7. Hansısa xroniki infeksiya

Boğazda, burunda, diş dibində belə vaxtında aşkarlanmayan infeksiya xronikləşdikdə, subfebril hərarət olur.

Göründüyü kimi, subfebril hərarət çox ciddi xəstəliklərdən xəbər verə bilər. Ona görə normal insan bir azca özünü narahat hiss edən kimi respirator xəstəliyi olmasa belə termometrlə bədən hərarətini ölçməlidir. Əgər uşaqda və ya böyük insanda 37,5 hərarəti bir neçə həftədən artıq müddətdir dayanıqlı varsa, o zaman təcili həkimə getmək lazımdır.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see614

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see315

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see305

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see298

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see294

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see293

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see281

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see265

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see260

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see252

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see247

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see238

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see233

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see233

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see233

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see229

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see229

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see227

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see225

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri