Icma.az
close
up
RU
38 ildir parlayan ulduz Fotolar

38 ildir parlayan ulduz Fotolar

Icma.az, Axsham.az saytına istinadən bildirir.

Xalq artisti, Azərbaycan müasir estradasının banisi Aygün Kazımovanın yaradıcılığının 38-ci ildönümüdür.

Axşam.az xəbər verir ki, səhnəyə gəldiyi gündən Azərbaycan müasir estradasında yeniliklər edib, canlanma yaradıb. Əbəs yerə ona "İlklər Kraliçası" deyilmir.

Bəzi mənbələrdə Pop kraliçanın peşəkar səhnəyə ilk dəfə 1988-ci ildə "Bakı Payızı" yarışması ilə gəldiyi qeyd edilib. Kazımova sənət fəaliyyətinə bundan əvvəl başlayıb. Belə ki, o, hələ 9-cu sinifdə oxuyan zaman "Ozan" qrupunun solisti olaraq səhnəyə çıxıb. 1986-cı ildə Mədəni Maarif Texnikumunda oxuyan Aygün Kazımovanın təhsili müəyyən səbəblərdən yarımçıq qalıb.

O dövrdə Kazımova "Aypara" və "Qaya" vokal instrumental ansambllarının solisti olaraq fəaliyyət göstərib. Müğənni "Aypara" qrupunun solisti olan zaman Aygün Məlik və Alim Qasımovla birlikdə "Rəhm eylə bizə, İlahi" adlı mahnını duet şəklində ifa edib və böyük səs-küyə səbəb olub.

Bundan sonra Pop kraliçanın böyük səhnədəki fəaliyyəti parlayıb. Onun ilk uğuru "Bakı payızı" yarışmasının qalibi seçilməklə başlayıb. Müsabiqədə Vaqif Gərayzadənin bəstələdiyi "Yarım eşitsin məni" mahnısını ifa edib. İlk qrand-prisini məhz bu yarışmada qazanıb. Müsabiqənin redaktoru Mikayil Vəkilov Aygünü ilk dəfə dinləyərkən "Bu qız kimdirsə, Xalq artistidir" deyib. Müsabiqədən sonra onu artıq hamı tanımağa başlayıb. Dahi bəstəkar Tofiq Quliyevin müsahibələrində "Aygün Azərbaycan estrada musiqisi üçün əsl tapıntıdır" deməsi, Aygünə daha da stimul verib. 

1989-cu ildə Latviyada keçirilən "Yurmala-89" mahnı müsabiqəsində iştirak edərək, Eldar Mansurovun Vahid Əzizin sözlərinə bəstələdiyi "Bu sevgi" mahnısını oxuyub. Mahnını muğam ilə sintez edən 18 yaşlı Aygün bütün diqqətləri özündə cəmləşdirməyi bacarıb. 

Aygün 38 illik səhnə fəaliyyətinə müsabiqələrdəki çıxışlarını, qalibiyyətlərini, hit mahnılarını sığdırmaqla yanaşı, vətənpərvər davranışları ilə də imza atıb. 1991–94-cü illərdə Birinci Qarabağ müharibəsində tibb bacısı kimi könüllü olaraq Qubadlı və Zəngilan rayonlarında gedən döyüşlərdə təxminən 1 ay iştirak edib. 1990-cı ildə Sovet Ordusunun Bakıda törətdiyi "20 Yanvar" faciəsi qurbanlarının xatirəsinə "Şəhidlər" mahnısını oxuyub.

Azərbaycanı təmsil etmək üçün qatıldığı müsabiqələrin isə sayı-hesabı olmayıb. 1996-cı ildə Türkiyənin İstanbul şəhərində keçirilən "Türkvizyon" mahnı müsabiqəsində Azərbaycanı "Ah, Vətən" mahnısı ilə layiqincə təmsil edib və üçüncü yerə layiq görülüb. Aygün Kazımova 2016-cı ildə Almaniyanın "DAF BAMA Music Awards 2016" beynəlxalq mükafatlandırma mərasimində "Azərbaycanın ən yaxşı qadın sənətçisi" mükafatına layiq görülüb. Müğənni bu mükafata layiq görülən ilk azərbaycanlı olub.

2015-ci ildə "Big Apple Music Awards" musiqi mükafatına namizəd olub. Bu böyük uğur idi, amma Aygün Kazımova təşkilatçıların erməni olması səbəbi ilə "Big Apple Music Awards"dan imtina edib.

Pop kraliçanın yaradıcılığı tək mahnılar, müsabiqələrdən ibarət olmayıb. Ölkənin əsas ulduzu həm də özünü aparıcı kimi sınayıb. O, reytinqlərdə birinci olan  "Aygün bu gün" və ATV-də həftəiçi 5 gün yayımlanan "Xeyir Ola" əyləncəli musiqili verilişində aparıcılıq edib. 

O, "Qış nağılı" filmində rol alıb. 2005-ci ildə "Məşədi İbad-94" filmində xarakterinə uyğun Sənəm obrazını canlandırıb. Həmin ildə Arif Qaziyevin çəkdiyi "Xarı bülbüllər" filmində yaratdığı Xan qızı Natəvan obrazıyla aktrisa kimi, bəstələdiyi "Sevərsənmi", "Bir gün" mahnıları ilə bəstəkar kimi də özünü sınayıb.

2002-ci ildə "Best Model of the World" model yarışmasının prezidenti, türkiyəli iş adamı Erkan Özərmanın seçimi ilə "Best Model of Azerbaijan – 2002" müsabiqəsinə təşkilatçılıq edən Diva aylarla müzakirələrə səbəb olub. Möhtəşəm keçən yarışmadan sonra Pop kraliça türk mediasında tanınmağa başlayıb. O, türk mediasında Azərbaycanın Ajda Pekkanı və "Azeri Diva" ləqəbi ilə təqdim edilib.

İlk solo konsertini 1996-cı ildə Gəncə şəhərində verib. Bu tədbirdən Aygün cəmi 1 manat qazandığını hər zaman etiraf edib. Bundan sonra fəaliyyəti dövründə saysız-hesabsız solo konsertlər verən Ölkənin əsas ulduzu hər dəfə yeniliklərə imza atıb. Konsertlərində göstərdiyi şoular illərlə digər sənət adamları tərəfindən təkrarlanıb. 2017-ci ilin sentyabrın 22-də Aygün Kazımova səhnə fəaliyyətinin 30 illiyi münasibətilə "Aygün Kazımova — 30 il" proqramı ilə Kristal Zalında səhnəyə çıxıb. Pop kraliçanın orada göstərdiyi şou illərdir gündəmdən düşmür. 

Azərbaycan estradasında daha bir yeniliyə imza atan Kazımova dünya ulduzu Snup Doqla "Coffee from Colombia" duetini oxuyub. Bu layihə üçün evini satan Ulduz bir ilk edib. Onun bu addımı hələ də gündəmdən düşmür. Belə ki, bu günlərdə Ermənistanda konsert verməli olan Snupun çıxışı təxirə salınıb. O, ölkədən 6 milyon dollar qonorar alsa da, konsertə getməyib. Ermənistan hökuməti qonorarı geri ala və ya onu ölkəyə gətirməyi bacarmayıb. Bundan sonra "Ermənistan hökumətinin bacarmadığı Aygün Kazımova bacardı" başlıqlı yazılar yayılıb. Kazımova Rusiyanın Xalq artisti Filipp Kirkorovla da oxuduğu duetlə adından söz etdirməyi bacarıb. 

Aygün Kazımova illərdir gündəmdən düşməyən əsərlər oxuyub. Onun oxuduğu ilk lirik mahnı "İtkin gəlin" hələ də sevilir və dinlənilir. Kazımovanın repertuarında olan "Nigaranam", "S.U.S", "Gecə keçir", "Sənsizliyim", "Depresyondayım", "Şəklimi çək", "Tez gəl" və bunlar kimi yüzlərlə mahnı hər zaman gündəmdə qalıb. 

Şou-biznesdə bütün yeniliklər məhz Kazımovanın adı ilə bağlıdır. İstər oxuduğu mahnıların tərzi, istər göstərdiyi şouları, istər geyimləri ilə hər zaman bir ilkə imza atıb. Kazımova son bir neçə ildi yaradıcılığında yeni mərhələyə imza atıb. Görünüşünü tamamilə dəyişən Pop kraliça oxuduğu mahnılara da yeni tərz qatıb. "Nirvana" albomu ilə yaradıcılığının yeni mərhələsinə başlayan Kazımova "Qorxuram" hitini təqdim edib. 18 milyon baxış toplayan mahnı hələ də dijital platformalarda ilk sıralarda yer alır. 

Bunun ardınca kazımova "Vəfasızlar" klipini təqdim edib və qısa zamanda yutubda izlənmə sayı 13 milyona yüksəlib. Sükut çökmüş şou-biznesdə daha bir dirçəlmənin təməlini qoyan Diva bir-birinin ardınca "Parol", "Bilmək olmaz", "Sağ-salamat" kimi hitlər oxuyub. Hər bir mahnısının klipi üçün Kazımova ya Türkiyəyə, ya da Rusiyaya üz tutub. Və Pop kraliça sonuncu təqdim etdiyi "S.O.S" mahnısı ilə böyük səs-küyə səbəb olub. Qısa zamanda hitə çevrilən mahnı balacadan böyüyə hər kəsin dilində əzbər olub. Təkcə Azərbaycanda yox, "S.O.S" bir çox xarici ölkədə də tanınıb və sevilib. Əcnəbi blogerlər yutubda çarxlar hazırlayaraq mahnını müzakirə ediblər. Kazımova bu çıxışları ilə şou-biznesdə bir çoxlarına stimul verib. Ondan sonra bəzi müğənnilər həmin tərzdə mahnılar yazdırıb, fotosessiyalar etdirib. 

Müasir estradanın banisi isə bunun onun yaradıcılığında bir pik olmadığını deyib. O, hər açıqlamarında fəth etdiyi zirvənin onu qane etmədiyini, daha da maraqlı işlər ərsəyə gətirərək, böyük zirvələrə doğru addımladığını vurğulayıb. Kazımovanın son günlər qatıldığı hər bir tədbir də böyük marağa səbəb olub. O, təkcə şou-biznesdə yox, toy səhnəsində də yeniliklərə imza atıb. Konsert səhnəsini toy səhnəsinə gətirən Kazımova rəqqaslarla səhnəyə çıxaraq, bir-birindən maraqlı şoular təqdim edib. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://axsam.az
archiveBu xəbər 18 Noyabr 2024 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see303

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see270

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see266

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see265

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see255

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see255

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

12 Sentyabr 2026 01:04see249

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see248

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see247

Rüstəmə dedim ki, sən şair deyilsən…

12 Sentyabr 2026 16:19see235

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (12.09.2026)

12 Sentyabr 2026 10:00see226

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

12 Sentyabr 2026 17:22see225

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see213

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see211

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

12 Sentyabr 2026 19:16see210

Azərbaycanlılar pullarını nəyə xərcləyir? Rəqəmlər ŞOK MƏNZƏRƏNİ göstərdi

12 Sentyabr 2026 13:55see210

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see207

Zoopark 5 milyon manatdan çox gəlir qazanıb

12 Sentyabr 2026 10:32see198

Türkiyədə Parkinson xəstələri üçün qolbaq hazırlanıb

12 Sentyabr 2026 14:21see197

Hər evdə var, amma bu təsirini çoxları bilmir

12 Sentyabr 2026 12:30see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri