Icma.az
close
up
RU
3D printerlə hazırlanan avtomobil hissələri risklidir Usta xəbərdarlıq edir

3D printerlə hazırlanan avtomobil hissələri risklidir Usta xəbərdarlıq edir

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ölkəyə gətirilən bəzi yeni model avtomobillər istismar üçün daha sərfəli olsa da, bəzən detalların tapılması çətin olur. İstər yeni, istərsə də ikinci əl ehtiyat hissələri bazarından əli üzülən sürücülər 3D printerlərlə həmin hissələrin birəbir eynisini hazırladırlar. Artıq son vaxtlar avtomobil detallarının bu üsulla istehsalı xeyli artıb.

Mövzu ilə Redaktor.az-a açıqlamasında avtomobil ustası Səməd Babayev bildirdi ki, son vaxtlar maşın təmiri sahəsində bəzi ustalar və ya müştərilər 3D printerdən çıxan ehtiyat hissələrinə üstünlük verməyə başlayıblar.

"Düzdür, bəzən bu üsul həm vaxt baxımından sərfəli olur, həm də tapılması çətin olan köhnə model hissələrin alternativini tapmaq baxımından çıxış yolu kimi görünür. Amma açıq danışaq ki, 3D printerlə hazırlanmış ehtiyat hissələri çox zaman real şəraitdə özünü doğrultmur.

Usta dili ilə desək, çox hallarda o detallar yerinə düz oturmur. Birləşmə hissələriaralı qalır, bəzən millərlə uyğun gəlmir, ya da ümumiyyətlə şestina kimi işləməli olan hissə printerdən çıxanda səsli işləyir, vibrasiya verir. Nəticədə isə maşında əlavə səslər, titrəmələr və ya funksiyasını düzgün yerinə yetirməyən mexanizmlər yaranır. Yəni, kağız üzərində uyğun görünən detal, real maşında problem yaradır".

Usta qeyd etdi ki, ən böyük çatışmazlıqlardan biri də material keyfiyyətidir.

"3D printerlə çıxarılan plastiklər, adi zavod istehsalı olan detalların möhkəmliyinə və istiyə davamlılığına sahib olmur. Xüsusilə də mühərrik bölməsində, hərəkətli sistemlərdə və ya yüksək temperatur altında işləyən yerlərdə bu hissələr tez sınır, ərir, bükülür və ya çatlayır. Belə detallar bir neçə gündən sonra yenidən usta əli tələb edir. Bu isə həm əlavə xərc, həm də vaxt itkisi deməkdir.

Əlbəttə, 3D printerdən istifadə edilə biləcək sahələr də var. Məsələn, kosmetik detallar, daxili plastik örtüklər və ya funksional olmayan aksesuarlar üçün uyğun ola bilər. Amma kritik sistemlər üçün məsələn, asqı, sükan, sürətlər qutusu və ya daxili yanma mühərriki elementləri üçün 3D çap detallara bel bağlamaq hələ ki, risklidir.

Bir sözlə, maşın hissəsi təkcə formaya uyğun gəlməklə bitmir. O, eyni zamanda davamlı olmalı, təzyiqə, temperatura, sürtünməyə tab gətirməlidir. 3D printerlə bunu təmin etmək hələ ki, çətindir. Ona görə də usta gözü ilə baxanda deyərdim ki, bu cür detallara yalnız məhdud, risk az olan sahələrdə istifadə etmək daha düzgündür",- deyə Səməd Babayev vurğuladı.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 04 Avqust 2025 17:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see336

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see320

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see314

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see313

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see285

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see280

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see271

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see259

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see256

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see247

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see245

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see239

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see238

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see234

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see224

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see207

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see200

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see194

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see179

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri