Icma.az
close
up
RU
Milyonlarla manatın hesablandığı sahədə vacib açıqlama

Milyonlarla manatın hesablandığı sahədə vacib açıqlama

Icma.az bildirir, Yenisabah portalına istinadən.

Bina tikintisi bir neçə hesabat ilini əhatə etdikdə sahibkarların gəlirləri və gəlirdən çıxılan xərcləri hər il üzrə müəyyən qaydada hesablanır. Bu zaman tikinti işlərinin yerinə yetirilmə faizi, faktiki çəkilən xərclər və satılmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri nəzərə alınır.

Bu barədə “Yeni Sabah”a verilən məlumata görə, Vergi Məcəlləsinin 130.6-cı maddəsinə əsasən, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin mənfəətinin hesablanması zamanı vergi ili ərzində yerinə yetirilmiş işlərin mərhələləri üzrə təqdim olunan sahələrin ƏDV-siz satış məbləğləri və tikinti ilə bağlı çəkilən xərclər əsas götürülür. Buraya torpaq sahələrinin alınmasına çəkilən xərclər də daxildir.

Məsələn, müəssisə 2025-ci ildə yaşayış və qeyri-yaşayış sahələrinin satışından 300 min manat gəlir əldə edib. Tikinti üzrə ümumi xərclər 240 min manat, o cümlədən torpaq sahələrinin alınmasına çəkilən xərc 40 min manat təşkil edib. Bu halda müəssisənin mənfəəti 60 min manat olacaq. Hesablama gəlirdən tikinti xərclərinin çıxılması yolu ilə aparılır. Dördpendirli pizza

Uzunmüddətli tikinti müqavilələri üzrə gəlir necə müəyyən edilir?

Tikinti işləri bir neçə hesabat ilini əhatə etdikdə gəlir və xərclərin müvafiq illər üzrə bölüşdürülməsi xüsusi qaydada həyata keçirilir. Vergi Məcəlləsinin 130.6.1-ci və 130.6.3-cü maddələrinə əsasən, hər bina üzrə faktiki çəkilmiş xərclərin ümumi qiymətləndirilən xərclərdə xüsusi çəkisi müəyyən edilir. Daha sonra bu göstərici əsasında tanınacaq gəlir hesablanır, faktiki çəkilmiş xərclər isə gəlirdən çıxılır.

Bu qaydanın məqsədi tikinti tam başa çatmamışdan əvvəl də görülmüş işlərin həcminə uyğun gəlirin və mənfəətin müəyyən edilməsidir.

Məsələn, inşaat firmasının tikdiyi yaşayış binası üzrə bağlanmış müqavilələrin ümumi satış dəyəri 12 milyon manat, tikintinin ümumi qiymətləndirilən xərci isə 9 milyon manatdır. 2026-cı ilin sonunadək faktiki çəkilən xərclər 3,6 milyon manat təşkil edərsə, tikintinin yerinə yetirilmə faizi 40 faiz olacaq.

Bu göstərici ümumi satış dəyərinə tətbiq edildikdə, vergitutma məqsədləri üçün tanınan gəlir 4,8 milyon manat təşkil edəcək. Həmin məbləğdən 3,6 milyon manat faktiki xərc çıxıldıqda, firmanın mənfəəti 1,2 milyon manat olacaq.

Hansı müqavilələr uzunmüddətli hesab edilir?

Vergi Məcəlləsinin 138.1-ci maddəsinə əsasən, istehsal, quraşdırma, tikinti və ya bunlarla bağlı xidmətlərin və işlərin vergi ili ərzində başa çatdırılmadığı müqavilələr uzunmüddətli müqavilələr hesab olunur. Müqavilədə nəzərdə tutulan işlərin başlandığı tarixdən altı ay ərzində başa çatdırılması nəzərdə tutulan müqavilələr isə bu kateqoriyaya daxil edilmir.

Məcəllənin 138.2-ci maddəsinə əsasən, hesablama metodu ilə uçot aparan vergi ödəyiciləri uzunmüddətli müqavilələr üzrə gəlirləri və gəlirdən çıxılan məbləğləri vergi ili ərzində müqavilələrin faktiki yerinə yetirilmə həcminə uyğun olaraq uçota almalıdırlar.

Vergi Məcəlləsinin 138.3-cü maddəsinə görə, görülmüş işlərin faktiki həcmi həmin il ərzində çəkilən xərclərin müqavilədə nəzərdə tutulan ümumi qiymətləndirilən xərclərlə müqayisəsi əsasında müəyyən edilir.

Aytac Əliyeva


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 26 Oktyabr 2026 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see348

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see340

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see332

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see326

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see325

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see296

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see291

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see283

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see265

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see258

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see246

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see238

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see236

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see215

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see195

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see192

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see190

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see188

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri