4 ay vaxtımız qalıb: təhlükə yaxınlaşır Nahapetyan
Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Cənubi Qafqaz və Ermənistan üçün çağırışlar artır, 2025-ci il İrəvan üçün daha təhlükəli olacaq.
Axar.az xəbər verir ki, bu sözləri təhlükəsizlik və hərbi məsələlər üzrə erməni ekspert Ayk Nahapetyan yerli mediaya müsahibəsində deyib.
O iddia edib ki, kollektiv Qərb, ABŞ, Türkiyə və İsrail İrana qarşı müharibəyə hazırlaşır:
“Bizim dövlət olaraq varlığımızı davam etdirmək üçün 3-4 ay vaxtımız var, yəni 2025-ci ildə hazır olmalıyıq. Bilirəm ki, Ermənistan hökuməti üçün bu addımı atmaq çətindir, lakin Ermənistan KTMT və Rusiya ilə münasibətlərini çox tez bərpa etməlidir.
Bundan sonra Ermənistan və Azərbaycan arasındakı münaqişənin həlli üçün Ermənistan 9/10 noyabr 2020-ci il tarixli və digər üçtərəfli bəyanatlara istinad etməlidir. Daha sonra, 9/10 noyabr tarixli üçtərəfli bəyanatın 9-cu bəndini gündəmə gətirmək (Zəngəzur dəhlizini Rusiyanın nəzarətində açmaq – red.), Rusiyanın Qafanda baş konsulluğunu açmaq, həmçinin Rusiyanın Ermənistandakı hərbi mövcudluğunu artırmaq lazımdır”.
O bildirib ki, bu addımların atılmayacağı halda Ermənistan yox ola bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 03 Yanvar 2025 09:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















