Icma.az
close
up
RU
4 kənd, Zəngəzur dəhlizi, konstitusiyada dəyişiklik: Azərbaycan tələblərində israr edir

4 kənd, Zəngəzur dəhlizi, konstitusiyada dəyişiklik: Azərbaycan tələblərində israr edir

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

“Hakimiyyət Azərbaycanla sülh müqaviləsi layihəsinin mətninin təsdiqini elan etməklə sülh gətirdiyinə dair yalan təbliğat aparmağa cəhd edir. Lakin hətta “Vətəndaş Müqaviləsi”nin üzvləri belə etiraf edirlər ki, kabus hələ qarşıdadır”. 

“Cebheinfo.az”-ın məlumatına görə, “Hraparak” qəzeti belə yazır. Qeyd edilir ki, Azərbaycan nə dəhliz mövzusundan, nə Ermənistan konstitusiyasının dəyişdirilməsindən, nə azərbaycanlıların Ermənistana köçürülməsindən, nə də anklavlardan imtina edir: ““Vətəndaş Müqaviləsi”nin son qapalı iclaslarından birində Nikol Paşinyan komandasına bildirib ki, Prezident İlham Əliyev Kərki kəndini, eləcə də Tavuş istiqamətində işğal altında olan Azərbaycana məxsus üç kəndi tələb edir”. 

“Hraparak” nəşri Paşinyana istinadən Azərbaycan tərəfinin Ermənistan-Gürcüstan dövlətlərarası avtomobil yolunun bir hissəsini də istədiyini yazıb. Əslində, Ermənistan mediası bu məsələdə təhrifə yol verib. Söhbət ərazi iddiasından deyil, sərhədlərin delimitasiyası və demarkasiyası çərçivəsində Azərbaycana keçməli olan torpaqlardan gedir. 

“Yerkrapa” terror təşkilatının sədri, hakim “Vətəndaş Müqaviləsi” Partiyasının İdarə Heyətinin üzvü Sasun Mikaelyan qapalı iclasda Paşinyana sual verib ki, Kərkini Başkəndlə əvəzləmək mümkün deyilmi? Aydındır ki, Kərkinin götürülməsi ilə Zəngəzurun və Dərələyəzin Ermənistanın qalan hissəsi ilə əlaqəsi kəsiləcək. Paşinyan bu sualdan qəzəblənərək deyib: “Siz məni cinayətə təhrik edirsiniz? Mən Ermənistan Respublikasına “məxsus” ərazi ilə bağlı birtərəfli qərar qəbul edib öz imzamla Başkəndi Azərbaycanın tərkibində necə saxlaya bilərəm?” 

Qeyd edilən məlumat revanşist müxalifətə yaxınlığı ilə seçilən “Hraparak” qəzeti tərəfindən Nikol Paşinyan hökumətinin sülh prosesisi ilə bağlı siyasətini tənqid etmək məqsədi daşıya bilər. Lakin informasiyanın ümumi məzmunu Azərbaycan tərəfinin yekun sülh müqaviləsi üçün ən vacib olan prinsiplərin qəbulunda israr etdiyini göstərir. Yəni iki ölkə arasında real sülhün imzalanması üçün Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunmalıdır. 

İlk növbədə, Azərbaycanın işğal altındakı dörd anklav kəndi geri qaytarılmalıdır. Ermənistanın indiyə qədər həmin yaşayış məntəqələrindən öz qoşunlarını çıxartmaması Sədərək rayonunun Kərki kəndinə olan ərazi iddiası ilə izah edilir. Belə ki, Ermənistan Qazax rayonunun Yuxarı Əskipara, Barxudarlı və Sofulu kəndlərinin işğalına son qoysa da, Kərki məsələsində tərəddüd edir. Çünki Kərki kəndi İrəvan şəhərini İran sərhədi ilə birləşdirən strateji əhəmiyyətli magistral avtomobil yolunun yaxınlığında yerləşir. Ermənistan tərəfi isə Azərbaycanın Kərkidə möhkəmləndikdən sonra ölkənin cənubu ilə mərkəzi arasında nəqliyyat əlaqəsini bloklayacağına dair iddialar irəli sürməklə işğal etdiyi ərazini qaytarmaq istəmir. Halbuki, adları çəkilən anklavlar işğal olunmuş ərazilərdir və qeyd-şərtsiz azad olunmalıdır. 

İkincisi, Azərbaycan və Ermənistan arasında 2024-cü ildə sərhədlərin 1991-ci il Almatı Bəyannaməsinə uyğun olaraq Sovet dövrünün xəritələri əsasında delimitasiya və demarkasiya olunmasına dair razılaşma var. SSRİ dövründə isə Kərki Azərbaycanın tərkibində olub. 1928-ci ilə qədər Kərki, ümumiyyətlə, anklav ərazi olmayıb. Sonrakı illərdə Kərkinin ətrafındakı ərazi qanunsuz olaraq Ermənistan SSR-ə bağışlanıb. İndi ermənilər işğaldan istifadə edib kəndin ilhaqına nail olmaq istəyirlər. Lakin Azərbaycan tərəfi Kərkinin qaytarılmasını tələb etdiyindən, Ermənistanda revanşist qüvvələr Kərkini Gədəbəy rayonunun Başkənd kəndi ilə dəyişmək məsələsini gündəmə gətirir. 

Başkənd özü də bolşeviklər tərəfindən 1920-ci ildə partiya orqanının daxili qərarı ilə, yəni SSRİ yaradılmamışdan iki il əvvəl Zəngəzur kimi Ermənistana bağışlanıb. Bu qərarın hər hansı hüquqi-konstitusion əsası yoxdur. 

Ermənistan isə Birinci Qarabağ müharibəsinə başlamaqla Azərbaycanla mövcud olan sərhədlərdən imtina edib. Bu, Başkəndin daxil olduğu inzibati sərhədlərə də aiddir. Ona görə də Ermənistan Başkəndi tələb etməsi üçün hər hansı hüquqi əsasa malik deyil. Əksinə, delimitasiya prosesi zamanı Sovet dövrü xəritələri tətbiq edilərsə, Gədəbəy rayonunun qanunsuz şəkildə Ermənistana verilmiş yaşayış məntəqələri və torpaq sahələri geri qaytarılmalıdır. 

“Hraparak”ın məqaləsi bir daha təsdiq edir ki, sülh müqaviləsinin imzalanması üçün ən başlıca şərtlərdən biri Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddiası çıxarılmasıdır. Bundan başqa, Azərbaycanın qərb hissəsi və Naxşıvan MR arasında nəqliyyat və kommunikasiya əlaqələrinin bərpası üçün Zəngəzur dəhlizi açılmalıdır. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

 

Açar sözlər: Zəngəzur Paşinyan konstitusiya tələblər

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 Mart 2025 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see186

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see157

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see157

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see155

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see144

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see140

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see137

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see135

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see135

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see134

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see132

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see131

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see131

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see129

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see126

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see125

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri